QIZILCA xəstəliyi | infeksion xəstəliklər

QIZILCA xəstəliyi

qızılca,qızılcanın çarəsi, qızılcanın dərmanı

Bu xəstəlik öskürmə və asqırma yolu ilə yayılan çox güclü yoluxma qabiliyyətli viruslar tərəfindən törədilir. Simptomlar qızdırma,burun axması,gözlərin qızarması və sulanması ilə başlayır.Bunun ardınca bütün bədən boyu yayılan qırmızı kiçik ölçülü səpgilər əmələ gəlir.Xəstəlik pnevmoniya,beyin zədələnmələri, karlıq və hətta ölümə səbəb ola bilər.Vaksinlərdən istifadə edildiyi üçün xəstəliyə ABŞ kimi inkişaf etmiş ölkələrdə nadir gəlinir.Lakin bir çox ölkələrdə geniş yayılmışdır. Vaksinasiya olunmamış  insanlarda qızılcaya tutulma riski yüksəkdir. Qızılca ən yüksək yoluxma qabiliyyəti olan xəstəliklərdən biridir. Mühafizə tədbirlərindən istifadə edən hər bir şəxs, xüsusən də başqa ölkələrə səyahət edənlər yüksək risk qrupuna aiddirlər.Qızılca əleyhinə vaksinlər uğurlu olmuşdur.2 doza vaksinasiya olunmuş hər 100 uşaqdan 97-sində virusla təmasda olmasına baxmayaraq xəstəlik baş verməmişdir 

Profilaktik metodlar

Uşaqları qızılca əleyhinə vaksinasiya etmək. CDC təklif edir ki, uşaqlarda iki doza qızılca vaksini istifadə olunmalıdır – birinci doza 12-15 aylıqda, ikinci doza isə 4-6 yaşda tətbiq olunmalıdır.

Qızılca ilə əlaqəli immun vəziyyəti bilmək. Qızılca xəstəliyi keçirməyənlər və ya heç vaxt vaksinasiya olunmamış yetkinlərə ən azı bir doza vaksin tətbiq olunmalıdır. Tələbələr, beynəlxalq səyahətçilər və tibb sahəsi işçiləri ən az 28 gün müddətində 2 doza vaksinasiya olunmalıdırlar.

Səyahət etmədən öncə yoxlanmaq. 6 aylıq və daha yaşlı uşaqlar,yeniyetmələr və yetkinlər səyahət etmədən öncə qızılcadan mühafizə edilməlidirlər. Səyahətdən öncə hər bir şəxs vaksinasiyaya ehtiyacın olub olmamasının müəyyən edilməsi üçün tibbi müayinədən keçməlidir.

Özünüzü və başqalarını qoruyun. Qızılca vaksini tətbiq olunmuş hər bir fərd özünü və başqalarını qorumuş olur.Bu yenidoğulmuşlar və xüsusi xəstəliklərlə əlaqədar vaksinasiya oluna bilməyən yetkinlər üçün çox vacibdir.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Sitomeqalovirus

Sitomeqalovirus

hepatit, Hepatit A, Hepatit B, Hepatit C, Hepatit D, Hepatit E

HEPATİTLƏR

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?