Qrip | infeksion xəstəliklər

Qrip

Qrip, flu

QRİP

Qrip yüksək kontagiozluğa(yoluxdurma qabiliyyəti)malik xəstəlikdir.
Yetkin şəxslərdə kontagiozluq simptomları yaranmadan 1-2 gün öncə başlayır və xəstəlik başlayandan 7 gün sonraya qədər artaraq davam edir.Bu o deməkdir ki,siz hətta virusa yoluxduğunuzu bilmədən,xəstəliyi başqa birini də keçirə bilərsiniz.

SİMPTOMLAR

Qarışıq qrip ağır  soyuqdəymə əlamətləri ilə ortaq əlamətlərə sahib olur.Bu əlamətlərə burunun axması və ya tutulması,boğaz ağrısı və öskürək daxildir.Qripdə olub ağır soyuqdəymədə olmayan simptomlar:
- Yüksək temperatur
- Soyuq tər və titrəmə
- Oynaq və ətraflarda ağrılar
- Yorğunluq və əzgin hissetmə
-  Həzm sistemində problem ürəkbulanma,qusma və ya diareya.Bu simptomlara uşaqlar arasında daha çox rast gəlinir.
Normal halda simptomlar 1 həftəyə qədər uzana bilir.Ancaq əzgin və yorğun hissetmə,halsızlıq bir neçə həftə davam edə bilər. 

QRİPİN ERKƏN SİMPTOMLARI:

  • Əsasən soyuqdəymədə də,qripdə də ilkin simptom olaraq yorğunluq yaranır.Amma qripdə yorğunluq daha ağır müşahidə olunur.Bundan başqa ilkin simptomlara öskürmə,asqırma,boğaz ağrısı,temperatur,bədəndə ağrı və titrəmə,həzm sistemində dəyişikliklər aiddir.

 

MÜALİCƏ

Qrip virus mənşəli xəstəlik olduğuna görə antibiotiklər bu xəstəliklə paralel hər hansısa bakterial mənşəli xəstəlik halı yoxdursa,xəstəyə heçbir təsir göstərmir.Bəzi hallarda antiviral dərman preparatları (oseltamivir(Tamiflu) və zanamivir (Relenza)) təyin edilə bilər.

Qripə yoluxmuş xəstə nə etməlidir:
-Ev şəraitində qalmalıdır
-Digər insanlarla mümkün qədər əlaqəni azaltmalıdır
-  İstirahət etməlidir
- Çox maye qəbul etməlidir
-Alkoqol və siqaretdən istifadə etməməlidir 
- Qidasına fikir verməlidir. 

QRİP AĞIRLAŞMALARI

Bir çox halda qrip ciddi bir xəstəlik olmur,sadəcə,xəstəyə narahatçılıq verə bilir.Lakin buna baxmayaraq,bəzi insanlarda bəzi ağırlaşmalar ola bilər.Bu hallar əsasən immuniteti aşağı olan şəxslərdə,uşaqlarda,yaşlılarda və bəzi uzun müddətli xəstəlik keçirən şəxslərdə yaranır.
Ağırlaşma riski daha yüksək olan insanlar:
- 65 yaşdan yuxarı yaş qrupu,körpələr və uşaqlar
- Hamilə qadınlar
- Ürək qan-damar sistemində problem olan şəxslər
-Tənəffüs sistemi xəstəlikləri olan şəxslər (bronxit,astma və s.)
- Böyrək xəstəlikləri olan şəxslər
- Diabet xəstələri
- Steroid qəbul edən şəxslər
- Xərçəng xəstəliyi ilə bağlı müalicə alan şəxslər
- Uzunmüddətli xəstəlik keçirdiyi üçün immun sistemi zəifləmiş olan şəxslər.
Bəzi ağırlaşmalara qrip virusuna bakterial pnevmoniyanın,dehidratasiyanın,konjestif ürək çatışmazlığı,astma və ya diabet kimi ağırlaşan tibbi problemlərin qoşulması səbəb olur.Bəzən uşaqlarda qulan infeksiyaları və sinus problemləri də inkişaf edə bilir.

PROFİLAKTİKA

Qrip vaksini yenidən qriplə yoluxmaqdan qoruyan ən yaxşı vasitədir.200.000-dən artıq insan hər il qrip ağırlaşması ilə xəstəxanaya daxil olur və onların 36.000-i qrip səbəbiylə həyatını itirir.
Hər il dünyada orta hesabla, 250.000-500.000 insan qrip səbəbiylə ölür.Sənaye ölkələrində ölümlərin çox hissəsi 65 yaşın üstündəki insanların üzərinə düşür.
Həkimlər qripdən qorunmağın tək yaxşı yolunun hər il vurulacaq olan qrip əleyhinə vaksin olduğunu bildirirlər.
İki tip vaksin mövcuddur:Vaksinin inyeksiyası və nazal-sprey yolu ilə bədənə daxil edilməsi.Vaksin iynə ilə vurulursa (əsasən qoldan) tibbi şərtləri uyğun olan,6 aydan yuxarı olan uşaqlar da daxil olmaqla hərkəsə təyin oluna bilər.Nazal-sprey  isə zəiflədilmiş canlı qriv viruslarından hazırlanmış vaksindir.

VAKSİNİN VURULMAĞI QADAĞAN OLAN İNSANLAR:

  • - Toyuq yumurtasına allergiyası olan şəxslər
  • - Daha əvvəl qrip vaksininə ciddi reaksiya vermiş şəxslər
  • - Vaksindən 6 həftə sonra Guillain-Barré sindromu inkişaf edən şəxslər
  • - 6 yaşdan kiçik uşaqlar
  • - Orta şiddətli xəstəliyi olan qızdırmalı şəxslər temperaturun enməyini gözləməlidir.

QRİP VİRUSU TİPLƏRİ

Qrip viruslarının 3 növü mövcuddur-qrip A,qrip B və qrip C.A və B virus növləri ABŞ və Avropada hər qış aylarında yaşanan mövsümi epidemiyalara səbəb olur.C tipli virus növü  isə yüngül respirator xəstəliyə səbəb olur və epidemiya yaratmır.

 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?