COVID-19 pandemiyasının mövcudluğundan bəri çoxlarımız bu sualı tez-tez eşidirik: “Qripəmmi, yoxsa COVID-19?”
Hər iki xəstəlik oxşar simptomlarla təzahür edə bildiyindən, onlardan birinə yoluxduğumuzu müəyyənləşdirmək bəzən çətin olur. Bu yazıda COVID-19 və qrip arasındakı əsas fərqləri öyrənə bilərsiniz.
Ümumi simptomlar:
Həm COVID-19, həm də qrip aşağıdakı simptomlarla özünü göstərə bilər:
• Qızdırma
• Titrəmə
• Öskürək
• Nəfəs darlığı və ya nəfəs almaqda çətinlik
• Yorğunluq
• Boğaz ağrısı
• Axan və ya tıxanmış burun
• Əzələ və ya bədən ağrıları
• Baş ağrısı
• Qusma və ishal
Dad və ya qoxu hissiyatının dəyişməsi və ya itməsi COVID-19 xəstəliyinə daha çox xasdır.
Mövsümi xarakter:
• Qrip mövsümi bir xəstəlikdir və adətən fəsil dəyişkənliyi dövrlərində epidemiyalara səbəb olur.
• COVID-19 isə mövsümi xarakter daşımır və il boyu yoluxma halları müşahidə olunur.
Simptomların üzə çıxma müddəti:
• Qrip: Yoluxmadan 1-4 gün sonra əlamətlər özünü göstərir.
• COVID-19: Yoluxmadan 2-14 gün sonra simptomlar ortaya çıxır.
Ağırlaşmalar:
• Qrip ilə əlaqəli ağırlaşmalar:
• Əksər hallarda xəstə bir neçə gün ərzində sağalır.
• Lakin bəzi insanlarda xəstəlik hospitalizasiya tələb edən ikincili bakterial infeksiyalara səbəb ola bilər.
• COVID-19 ilə əlaqəli ağırlaşmalar:
• Ağciyər, ürək və beyin damarlarında qan laxtalanması.
• Uşaqlarda MIS-C (multisistem iltihab sindromu) və böyüklərdə MIS-A kimi hallar.
Doğru diaqnoz necə qoyulur?
COVID-19 və qripi bir-birindən ayırmağın ən etibarlı yolu PZR (polimeraz zəncirvari reaksiya) testidir. Bu mikrobioloji diaqnostika üsulu ilə tənəffüs yollarından götürülmüş nümunədə virusun mövcudluğu sürətli və dəqiq şəkildə müəyyən edilir.
Nəticə olaraq, simptomlar bənzər olsa da, dəqiq diaqnoz üçün mütəxəssis məsləhətinə və laborator müayinələrə müraciət etməyiniz tövsiyə olunur.