Sepsis | infeksion xəstəliklər

Sepsis

Sepsis

Sepsis

Sepsis, bədənin infeksiyasına qarşı yaranan,həyati təhlükə daşıyan bir xəstəlikdir.İmmunitet sisteminiz sizi bir çox xəstəliklərdən və infeksiyalardan qoruyur,ancaq infeksiyaya qarşı normadan güclü cavab da mümkündür.
Sepsis, immunitet sisteminin infeksiyaya qarşı qan dövranına keçirdiyi kimyəvi maddələrin bütün bədəndə iltihaba səbəb olması zamanı yaranır. Şiddətli sepsis halları septik şoka gətirib çıxara bilər ki,bu qorxulu və dərhal tibbi yardım tələb edən vəziyyətdir.

Simptomlar

Sepsisin üç mərhələsi var: sepsis,kəskin sepsis və septiki şok. Sepsis xəstəxana prosedurlarından istifadə edərkən yarana bilər,ancaq bu həmişə yaranır demək deyil.Aşağıdakı simptomlardan hər hansı biri varsa dərhal tibbi müdaxilənin olması vacibdir. Daha erkən müalicə,sağ qalma şansını artırır.

Sepsis

Sepsis simptomları aşağıdakılardır:

 - 38ºC-dən yuxarı və ya 36.6ºC-dən aşağı olan temperatur
 - Ürək vurğusu dəqiqədə 90-dan yüksəkdir
 - Tənəffüs hərəkətləri dəqiqədə 20-dən çoxdur
 - Ehtimal olunan və ya təsdiqlənmiş infeksiya

Həkim sepsis diaqnozunu qoymaq üçün bu əlamətlərdən azı 2-ini müşahidə etməlidir. 

Kəskin sepsis

Orqan çatışmazlığı olduqda kəskin sepsis meydana gəlir.Kəskin sepsisə diaqnoz qoyulması üçün aşağıdakı əlamətlərdən bir və ya bir neçəsi olmalıdır:

- Dəridə rəngsizləşmələr
- Sidiyin azalması
- Zehni qabiliyyətdə dəyişikliklər
- Aşağı trombosit (qan laxtalanma hüceyrələri) sayı
- Nəfəsalmada problemlər
- Ürək funksiyasında dəyişiklik
- Bədən temperaturu ilə bağlı titrətmə
- Şüurun itməsi
- Həddindən artıq zəiflik

Septiki şok

Septiki şokun simptomları kəskin sepsis əlamətləri  aşağı təzyiqdir.

Sepsisin ciddi təsirləri

Sepsis potensial həyat təhlükəsi olsa da, xəstəlik yüngüldən ağıra qədər dəyişir.Yüngül hallarda bərpa olunma daha rahat baş verir.Septiki şok 50% xəstələrdə ölümlə nəticələnir.Kəskin sepsis və septiki şok da ağırlaşmalara səbəb ola bilər.Eyni zamanda bədəndə qan laxtaları yarana bilir.Bu qan laxtaları həyati vacib orqanlarda və bədəninizin digər hissələrində qan və oksigen axınına maneə törədir.Bu isə orqan çatmazlığı və toxuma ölümü riskini artırır (qanqren).

Səbəbi

Hər hansı bir infeksiya sepsisə səbəb ola bilər,lakin infeksiyanın aşağıdakı növləri daha çox sepsis yaradır:

•  Pnevmoniya
•  Abdominal(qarın boşluğu) infeksiyaları
•  Böyrək infeksiyası
•  Qan infeksiyası

Sepsisin artma səbəbləri:

• Yaşlı əhali, çünki sepsis yaşlılarda daha çox yaranır
• Antibiotik rezistentliyi,bakteriyanın antibiotikə qarşı müqavimətinin artmasıdır
• İmmunitet sistemlərini zəiflədəcək xəstəlikləri olan insanların sayının artması

Risk faktorları

Bəzi insanlarda infeksiya riski daha yüksək olsa da, hər kəs sepsisə  yoluxa bilər.Yüksək risk altında olan insanlar bunlardır:

- Körpələr və yaşlılar
- HİV olan və ya xərçəng üçün kimyaterapiya müalicəsi alanlar kimi zəif immun sistemi olan insanlar
- Xəstəxana şəraitində intensiv müalicə alan insanlar
- İntravenoz kateter və ya tənəffüs boruları kimi invaziv qurğulardan istifadə edən insanlar

Yenidoğulmuşlar və sepsis

Neonatal sepsis,yenidoğulmuş həyatının ilk ayı ərzində qan infeksiyası keçirdiyi zaman olur.Neonatal sepsis, infeksiya doğum prosesində (erkən başlanğıclı) və ya doğumdan sonra (gec başlanğıclı) olması əsasında təsnif edilir. Bu, həkimə hansı müalicənin tətbiq olunacağına qərar verməyə kömək edir.Zəif doğulan uşaqlar və ye erkən doğuşla doğulan körpələr adətən gecikmiş sepsisə tutulur, çünki onların immun sistemləri hələ inkişaf etmiş olmur. Simptomlar tipik və atipik ola bilər:

• Ətraf mühitə diqqətsizlik
• Sağlam süd əmə bilməmə
• Aşağı bədən istiliyi
• Apnoe (nəfəsin müvəqqəti dayanması)
• Qızdırma
• Solğun dəri rəngi
• Zəif qan dövranı,soyuq dəri
• Qarnın şişməsi
• Qusma
• İshal
• Qıcolma
• Titrəmə
• Dəri və sklerada sarılıq (sarılıq)
• Qidalanmaq problemləri

Neonatal sepsis hələ də körpə ölümünün aparıcı səbəblərindən biridir, ancaq erkən diaqnoz və müalicə ilə körpə tamamilə xilas ola və başqa problemlər yaşanmaya bilər.Hamilə ana və körpənin ümumu müayinəsi və müvafiq neonatal test ilə neonatal sepsis riski əhəmiyyətli dərəcədə azaldıla bilir. 

Yaşlılar və sepsis

Immunitet sistemimiz yaşımız artdıqca zəiflədiyindən,yaşlılar daha çox sepsis riski daşıyırlar.2006-cı ildəki bir araşdırmada 65 yaşdan yuxarı olan insanlar sepsis hallarının təxminən 70 faizini təşkil edirdi.Bundan əlavə, diabet, böyrək xəstəliyi, xərçəng, yüksək qan təzyiqi və HİV kimi xroniki xəstəliklər sepsisi olan şəxslərdə daha çox rast gəlinir.Yaşlılarda sepsisə səbəb adətən sətəlcəm kimi respirator xəstəliklər və ya genoturiya kimi sidik-ifrazat sistemi xəstəlikləridir.Digər infeksiyalar yaradan və ya dəri zədələnmələrindən də daxil ola bilir.Bu infeksiyaların olduğu bir müddət hiss olunmasa da,müayinə zamanı zehni dəyişikliklər,hərəkət pozulmaları axtarılacaq ilk əlamətlərdir.

Sepsis yoluxucudur mu?

Sepsis yoluxucu deyil.Bununla belə,sepsisi yaradan infeksiyaya səbəb olan patogenlər yoluxucu ola bilər.Sepsis insanın bir orqanından birincili infeksiya qaynağından qan axını ilə digər orqanlara yayılır.

Diaqnoz

Əgər sepsis əlamətləri varsa, həkiminiz diaqnoz qoymaq və infeksiyanın dərəcəsini müəyyən etmək üçün testlər tələb edə bilər.İlk testlərdən biri qan testidir.Bu zaman qanda yoxlanılır:

• İnfeksiya
• Laxtalanma problemləri
• Pozulmuş qaraciyər və ya böyrək funksiyası
• Oksigen miqdarının azalması
• Bədəndəki suyun miqdarını və qanın asidini tənzimləyən elektrolitlər adlanan minerallarda balansın pozulması

Simptomlara və qan testinin nəticələrinə əsasən, həkim başqa testlər də istəyə bilər:

• Sidik testi (sidikdə bakteriyanı yoxlamaq üçün)
• Yaranın yoxlanılması  (infeksiya üçün açıq yaranı olub olmamasını yoxlamaq üçün)
• Selik testi (infeksiyaya səbəb mikrobları müəyyən etmək üçün)

Həkim yuxarıdakı testlərdən istifadə edərək infeksiyanın qaynağını müəyyən edə bilmirsə,daxili müayinələrdən birini məsləhət görə bilər:

• Ağciyərləri görmək üçün rentgen
• KT, oynaq, pankreas və ya bağırsaq sahəsindəki mümkün infeksiyaları görmək üçün
• Öd kisəsi və ya yumurtalıqların infeksiyalarını görmək üçün USM
• Yumşaq toxuma infeksiyalarını müəyyən edə bilmək üçün MRT

 Sepsis meyarları

Vəziyyətin şiddətini təyin etmək üçün iki vasitə və ya meyar  var.Birincisi sistemik inflamator reaksiya sindromudur (SIRS). SIRS aşağıdakı meyarlardan iki və ya daha çoxu olduqda təyin edilir:

• 38 ° C-dən daha yüksək olan və ya 36 ° C-dən az bədən temperaturu
• Dəqiqədə 90 dəfədən çox ürək vurğusu
• Dəqiqədə 20-dən çox nəfəs hərəkəti
• Leykosit sayında dəyişiklik

Digər bir vasitə isə,qSOFA.Bu test Üç meyarın nəticələrini istifadə edir:

• Aşağı təzyiq
• Dəqiqədə 22dən çox tənəffüs aktı
• Glasgow koma miqyasında 15-dən az bal  (şüur ​​səviyyəsini təyin etmək üçün istifadə olunur.)

Yuxarıda göstərilən ölçmələrin iki və ya daha çoxunda dəyişiklik olduqda pozitiv qSOFA müəyyən edilir. Bəzi həkimlər qSOFA-dan istifadə etməyi üstün tuturlar, çünki SIRS meyarlarından fərqli olaraq, qSOFA-da laboratoriya testləri lazım gəlmir.Bu qiymətləndirmələrdən birinin nəticələri həkimə müalicən istiqamətini seçməkdə kömək edəcəkdir. 

Müalicə

Sepsis müalicə olunmadığı halda sürətlə septik şoka və ölümə gətirib çıxara bilər. Həkimlər sepsis müalicəsi üçün bir sıra dərman vasitələrindən istifadə edirlər:

• İnfeksiya ilə mübarizədə IV vasitəsilə antibiotiklər
Vasoaktiv dərmanlar-qan təzyiqi artırır
• Qan şəkərini stabilləşdirmək üçün insulin
• İltihabı azaltmaq üçün kortikosteroidlər
• Ağrı kəsiciləri

Kəskin sepsis zamanı böyük miqdarda IV mayelərə ve tənəffüs üçün respiratora ehtiyac ola bilər.Əgər böyrəklər zədələnərsə, dializə ehtiyac .
Bəzi hallarda infeksiya qaynağını çıxarmaq üçün cərrahi müdaxiləyə ehtiyac duyulur.Bu zaman irin dolu absesi boşaltmaq və ya yoluxmuş toxumanı ümumi bədəndən çıxarmaq lazımdır.

Sepsisdən xilas ola bilərsiniz mi?

Sepsisdən xilas vəziyyətin şiddətindən və ola biləcək hər hansı mövcud mühitdən asılıdır.Xəstəlikdən ölməyən bir çox insan tamamilə infeksiyadan yaxa qurtarır.Ancaq digərləri uzunmüddətli təsirlərlə həyatlarına davam edir. Böyük Britaniyada Sepsis Cəmiyyəti,sağ qalanların normal hiss etməsinə 18 aya qədər vaxt lazım olduğunu bildirir. Sepsis Birliyinə görə,sepsisdən sağ qalanlarının təxminən 50 % post-sepsis sindromundan (PSS) əziyyət çəkir.Birlik qeyd edir ki, bu uzunmüddətli vəziyyətdən ibarətdir:

• Zədələnmiş orqanları
• Yuxusuzluq
• Kabuslar
• Əzələ və oynaq ağrılarının bloklanması
• Yorğunluq
• Zəif konsentrasiya
• Zehni qabiliyyətin azalması
• Özünü dərketmədə zəifləmə

Kəskin sepsis hadisələri ölümlə nəticələnə bilər.Amerikaya sepsisin təsir göstərdiyi il  milyonlarla şəxs sepsisə yoluxmuşdur,bunlardan 28-50%-inin öldüyü bildirilir.

Profilaktika

İnfeksiyanın yayılmasının qarşısını alan tədbirlər görülərək,sepsis inkişaf riski azaldıla bilər. Bunlar aşağıdakılardır:

• Vaksinlərinizə nəzarət.Qrip, sətəlcəm və digər infeksiyalar üçün bu vacibdir.
• Gigiyenaya diqqət.Bu, düzgün yara baxımı,əlləri vaxtında yumaq və müntəzəm olaraq çimmək və.s deməkdir.
• Əgər infeksiya əlamətləri inkişaf edirsə dərhal tibbi yardım alınması.Hər dəqiqə və hər saat infeksiyanın xeyrinə sayılır. Nə qədər tez müalicə alınarsa, nəticə o qədər yaxşı olur

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?