Sirroz diffuz patoloji proses olub, normal qaraciyər quruluşunun fibrozu və regenerativ düyünlər kimi tanınan struktur cəhətdən anormal düyünlərə çevrilməsi ilə xarakterizə olunur. Müxtəlif səbəblərdən yarana bilər və istənilən xroniki qaraciyər xəstəliyinin yekun mərhələsidir. Portal hipertenziya, qaraciyər çatışmazlığı və qaraciyər funksiyası pozulması ilə nəticələnir. Ümumilikdə, xəstəliyin inkişaf etmiş mərhələlərində geri dönməz proses hesab edilir.
Sirroz istənilən xroniki qaraciyər xəstəliyindən yarana bilər. Qərb dünyasında sirrozun ən çox rast gələn səbəblərini xroniki hepatit C və qaraciyərin alkoqol xəstəliyi, daha sonra qeyri-alkoqol səbəbli qaraciyərin yağlanma xəstəliyi (steatohepatit) və xroniki hepatit B təşkil edir.Sirrozun daha az rast gələn, amma vacib digər səbəbləri qaraciyərin xolestatik, autoimmun və metabolik xəstəlikləridir.
Sirrozun etiologiyasını müəyyənləşdirmək mümkün olmadıqda, ‘kriptogen’ hesab edilir. Kriptogenik sirrozun bir çox xəstəlik hadisələri qismən nəzərə çarpan dərəcədə azalır, çünki getdikcə aydın olunur ki, bir çox xəstəlik hadisələrini diaqnozu qoyulmamış qeyri-alkoqol səbəbli qaraciyərin yağlanma xəstəliyi təşkil edir.
Sirrozun müxtəlif səbəbləri aşağıda qeyd edilmişdir.
Kliniki əlamətlər
Keçmiş xəstəlik anamnezi
Dərman vasitələrinə dair anamnez
Diaqnostika
Xroniki qaraciyər xəstəliyi və sirroz müxtəlif fiziki xüsusiyyətlərə malikdir ki, onlardan bəzisi mövcud törədici xəstəlik üçün spesifik hesab edilir.
Əl və dırnaq xüsusiyyətləri
Qaraciyər-ağciyər sindromuna malik xəstələrdə sianoz və barmaq uclarının şişkinliyi.
Üz xüsusiyyətləri
Qarın nahiyəsi xüsusiyyətləri
Assitlər səbəbindən ikincili olaraq meydana gələn dəyişkən kütlük və mayenin kəskin hissiyatından ibarət qarın nahiyəsinin şişi (xüsusilə böyüklərdə)
Sirrozun səbəbini və ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün bütün xəstələr xarici görünüşə əsasən qaraciyər skrininqindən keçməlidirlər.
Qaraciyər funksiyası testləri
Bu testlər qaraciyər insultunun təbiətindən asılı olaraq xarakterik nəticələr göstərir.
Müalicə
Qaraciyər sirrozu üçün terapiyanın dayaq nöqtəsi kimi mümkün olduğu halda, mövcud xroniki qaraciyər xəstəliyinin müalicəsi və genişlənmiş qaraciyər insultunun qarşısının qalmaqdadır. Ağırlaşmaların erkən aşkarlanması, nəzarəti və müalicəsi vacibdir və ağırlaşmaların inkişaf etdiyi xəstələr qaraciyər transplantasiyasına görə qiymətləndirmə üçün nəzərdən keçirilməlidirlər. Xəstələrə həmçinin zəruri qidalanma, mütəmadi fiziki məşq və hepatotoksinlərdən az istifadənin vacibliyi haqqında məsləhət verilməlidir.
Sirroz istənilən xroniki qaraciyər xəstəliyinin patoloji son mərhələsi olduğundan sirrozun inkişafını zəiflətmək və ya dayandırmaq məqsədilə hepatit B və C, qaraciyərin alkoqol xəstəliyi, hemoxromatoz, Vilson xəstəliyi, alfa-1 antripsin çatışmazlığı, qlikogen toplanması xəstəlikləri, abetalipoproteinemiya, birincili öd xolangiti, birincili sklerozlaşdıran xolangit, autoimmun hepatit, öd axarları atreziyası, kistalı fibroz və Budd-Chiari sindromu (bu məsələyə dair bizim ətraflı məzmuna baxın) kimi mövcud törədici vəziyyəti müalicə etmək mühümdür.
Peroral qəbul edilən və birbaşa təsir göstərən dərman vasitələri artıq mövcuddur və hepatit C üçün prioritet müalicə üsulu hesab edilir. Müalicə rejimləri genotip və sirrozun mövcudluğu və ya yoxluğundan asılıdır. Yerli təlimata müraciət edilməlidir.
Genişlənmiş qaraciyər insultunun qarşısı alkoqol və digər hepatotoksik dərman vasitələrinin qəbulundan çəkinmək (qeyri-steroid tipli iltihab əleyhinə dərman vasitələri [QSİƏDV] və parasetamolun yüksək dozaları [>2 q/gün]), həssas xəstələr üçün hepatit A və B-yə qarşı immunizasiya, bədən kütləsi indeksi artmış xəstələr üçün çəki atma, müvafiq qidalanmanın saxlanılması və müntəzəm fiziki məşq vasitəsilə alına bilər.
Sirroz assitləri (sponton bakterial peritonit və qaraciyər hidrotoraks vasitəsilə daha da ağırlaşır), mədə-qida borusu varikoz genişlənmiş damarlar və qaraciyər ensefalopatiyası, qaraciyər-böyrək və qaraciyər-ağciyər sindromları, portal-ağciyər hipertenziya və bədxassəli hepatomaya səbəb olan portal hipertenziya daxil olmaqla ciddi ağırlaşmalar ilə müşayiət olunur.
Bu ağırlaşmaların cəld surətdə aşkar edilməsi və müalicəsi əlaqədar xəstələnmə və ölüm göstəricilərinin səviyyəsinin aşağı salınmasında mühüm əhəmiyyətə malikdir.