Sitomeqalovirus | infeksion xəstəliklər

Sitomeqalovirus

Sitomeqalovirus

Normal immun sisteminə malik insanlarda SMV infeksiyası, adətən, asimptomatik cəhət daşıyır və ya mononukleozabənzər infeksion sindrom kimi təzahür olunur (qızdırma, limfadenopatiya və atipik limfositoz).

İmmun sistemi zəif olan insanlarda (QİÇS xəstələri və transplantasiya keçirmiş şəxslər) xəstəlik qızdırma, sümük iliyi funksiyasının zəifləməsi və pnevmoniya, hepatit, kolit, nefrit və retinit kimi toxuma-invaziv xəstəliyi formasında təzahür olunur.

İmmunoloji cəhətdən həssas döldə SMV infeksiyası sitomeqaliya xəstəliyinə səbəb ola bilər ki, ağır nevroloji anormallıqlar, əqli gerilik və eşitmə qüsurları ilə xarakterizə olunur.

Diaqnoz üçün testlərə daxildir: virus kulturası, serologiya, pp65 antigenemiya testi, histopatologiya və nuklein turşusunun amplifikasiyası və aşkarlanması testləri, ən çox hallarda kəmiyyət yönümlü PZR əsaslı analizlər.

İmmun sistemi sağlam olan insanlarda infeksiya, adətən, öz-özünə sağalır; bu səbəbdən, müalicəyə göstəriş verilmir. 

Zəifləmiş immun funksiyasına malik xəstələrdə müalicə üçün venadaxili qansiklovir və ya peroral valqansiklovir seçilir. Qansiklovirin və daha az hallarda fomivirsenin gözdaxili tətbiqi SMV retinitində də istifadə edilir. Venadaxili foskarnet və sidofovir kimi vasitələrə daha az üstünlük verilir.

Sitomeqalovirus (SMV) insanların əksəriyyətini yoluxduran hər yerdə rast gələn beta-herpes virusudur. Normal immun infeksiyasına malik şəxslərdə başlıca infeksiya, adətən, asimptomatik cəhət daşıyır. Birinci yoluxmadan sonra SMV müxtəlif sahib hüceyrələrdə ömür boyu davam edən gizlilik vəziyyəti yaradır, fəaliyyət göstərən immun sistemi tərəfindən nəzarət olunan dövri sub-klinik təkrar aktivasiyalar qeyd edilir. Kəskin şəkildə immun sistemi zəif xəstələrdə (transplantsiya keçirmiş xəstələr və ya <50 hüceyrə/mikrolitr CD4 hüceyrə miqdarına malik QİÇS xəstələri) təkrar aktivasiya (və ya birinci infeksiya) baş verdikdə, adətən, nəzarətsiz SMV çoxalması baş verir ki, qızdırma, sümük iliyi funksiyasının zəifləməsi və toxuma-invaziv xəstəlik ilə xarakterizə olunan kliniki təzahürlərə səbəb olur. 

Etiologiya

SMV herpes virusu ailəsinin bir üzvüdür.  İki zəncirli düz DNT genomu, ikosaedrik virus kapsidi və yüksək dərəcədə immunogen qlikoprotein B-ni əhatə edən virus qişası zülalından ibarətdir. SMV daxil olmaqla, bütün herpes viruslarının bioloji xarakteristikası birinci infeksiyadan sonra gizlilik yarada bilmək potensialından ibarətdir. Bu növ bioloji xarakteristika insanın həyatı boyu virusun dövri təkrar aktivasiyalarına şərait yaradır. 

Ötürülmə yollarına insandan insana keçmə (öpüşmə, intim təmas, cinsi əlaqə), şaquli ötürülmə (anadangəlmə infeksiya ilə nəticələnən anadan uşağa ötürülmə), qan köçürülməsi və orqan və ya hematopoetik kök hüceyrə transplantasiyası daxildir.

Patofiziologiya

SMV müxtəlif hüceyrələri, eləcə də birnüvəli leykositləri və endotel hüceyrələrini yoluxdurur. SMV-həssas fərdlərdə təxminən 1-günlük çoxalma siklinə malikdir, virus nəsli ilə nəticələnir.

İnfeksiya zamanı SMV antigenləri anadangəlmə immun sistemini, interferon daxil olmaqla, virus əleyhinə müxtəlif peptidləri ifraz etməyə təhrik edir. Son tədqiqatlar göstərir ki, bu, qismən nümunə tanınması molekullarının zəngə bənzər (toll) reseptor ailəsi vasitəsilə baş verir.  Daha sonra, anadangəlmə immun cavab reaksiyası humoral və hüceyrə vasitəçiliyi ilə adaptiv immunitetin inkişafını təşkil edir ki, sonda virus infeksiyasına nəzarət etməsi ehtimal olunur, bununla da gizlilik vəziyyəti ilə nəticələnir.  Anadangəlmə və adaptiv immun reaksiyalarını zəiflədən faktorlar virusun nəzarətsiz şəkildə təkrar aktivasiyası və çoxalmasına qabaqcadan zəmin yaradır ki, viruslu sitopatik təsirlər və kliniki xəstəlik ilə nəticələnir.

SMV-nin çoxalması viruslu nuklein turşu vasitəçiləri və virus antigenlərinin sərbəst buraxılması ilə nəticələnir ki, müxtəlif diaqnostik analizlər vasitəsilə virusun aşkarlanması üçün hədəflər kimi çıxış edir. Bu virus antigenləri və nuklein turşu vasitəçilərinin miqdarı, həmçinin, terapevtik reaksiyalara nəzarət etmək üçün vasitələr kimi çıxış edir. 

SMV-nin nəzarətində sitotoksik T hüceyrələrinin mühüm rolunun tanınması arasıkəsilməz və dərmanlara rezistent SMV xəstəliklərinin nəzarətində SMV-spesifik T-hüceyrə infuziyasının potensial kliniki faydalılığına dair tədqiqatların aparılması ilə nəticələnmişdir. 

İmmun sistemi sağlam olan xəstələrdə SMV infeksiyası, adətən, özünü məhdudlaşdırır və virus əleyhinə müalicəyə göstəriş verilmir.

SMV xəstəliyinin qarşısının alınması transplantasiya keçirmiş xəstələrin müalicəsinin əsasını təşkil edir. Transplant xəstələrində SMV infeksiyasının kliniki təzahürü sahibin ümumi immun sisteminin vəziyyətindən asılıdır, belə ki, mümkün olarsa, ağır kliniki xəstəlik hallarında immun sisteminin zəifləməsinin intensivliyi azaldılmalıdır. Transplantasiya keçirmiş xəstələrdə immun sistemin, virusun çoxalmasına nəzarət etməsini təmin etmək məqsədilə qəbul etdikləri immunosupressiv dərmanlar ehtiyatla azaldılmaldır. QİÇS-ə görə yüksək aktiv antiretrovirus terapiyasının (YAART) başladılması mövcud İİV infeksiyasının müalicəsi üçün nəzərdə tutulmalıdır. YAART-ın başladıldığı xəstələr arasında SMV uveitində immunitetin bərpası riski vardır.

SMV xəstəliyi riski altında olan xəstələr

SMV xəstəliyinin qarşısının alınması transplantasiya keçirmiş xəstələrin müalicəsinin əsasını təşkil edir və mütəxəssis ilə məsləhətləşmə tələb olunur. Virus əleyhinə profilaktika və ya qabaqlayıcı terapiya istifadə edilə bilər. Yüksək aktiv antiretrovirus terapiyasından (YAART) İİV xəstələrində istifadə edilə bilər. Profilaktikanın ən müvafiq növünə dair qərarlar mütəxəssis tərəfindən verilməlidir.

İmmun sistemi sağlam olan şəxslər

Sağlam immun sistemi olan xəstələrdə SMV infeksiyası və xəstəliyi virus əleyhinə müalicə aparmadan aradan qalxır. Bu insanlarda xəstəliyin gedişi zamanı SMV spesifik immunitetin əmələ gəlməsi kliniki xəstəliyi aradan qaldırmaq üçün kifayət edir. Müvafiq olaraq, virus əleyhinə müalicə tələb olunmur.

SMV xəstəliyinə malik transplant resipiyentləri

SMV xəstəliyinin qarşısının alınması transplantasiya keçirmiş xəstələrin müalicəsinin əsasını təşkil edir və mütəxəssis ilə məsləhətləşmə tələb olunur. SMV xəstəliyinin inkişaf etdiyi şəxslərdə məqsəd venadaxili qansiklovir və ya peroral valqansiklovirin istifadəsi ilə virusun çoxalması və kliniki xəstəliyə sürətli nəzarətdən ibarətdir. 

SMV xəstəliyinin yüngül-orta ağır hallarına malik parenximatoz orqan transplantı resipiyentlərində peroral valqansiklovir birinci sıra terapiya üsulu kimi istifadə edilə bilər. Lakin valqansiklovir mədə-bağırsaq xəstəliyinin (profuz ishal və absorbsiya problemləri) və pnevmonitin (hipoksemiya) ağır halları və ya ağır SMV xəstəliyinin istənilən formasına malik xəstələr, eləcə də intensiv terapiya şöbəsinə qəbulu tələb olunan xəstələrin müalicəsi üçün birinci sıra üsul kimi tətbiq olunmamalıdır. Venadaxili qansiklovir bu xəstələr üçün birinci sıra müalicə vasitəsidir. Peroral qansiklovir (mövcud olduqda) SMV xəstəliyinin müalicəsi üçün istifadə edilməməlidir, çünki mədə-bağırsaq yolunda zəif absorbsiya olunur.

Venadaxili qansiklovir ilə ilkin terapiyadan sonra valqansiklovir mərhələli azalma üsulu kimi istifadə edilmişdir. Sidofovir və foskarnet daha az üstünlük verilən vasitələrdir, çünki onlar nefrotoksiklik ilə müşayiət olunur. 

İmmunoqlobulinlər (seçilməmiş və ya SMV-hiperimmun qlobulinləri) xüsusilə SMV pnevmonitə malik ağciyər transplantı və hematopoetik kök hüceyrə transplantı xəstələrində ağır SMV xəstəliyinin müalicəsində əlavə kimi istifadə edilə bilər, baxmayaraq ki, aşkar faydasına dair dəlil mövcud deyil.  Xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün rəhbər qaydalar yoxdur; qərar müalicəni aparan klinisist tərəfindən verilir.

Vaksinasiya SMV xəstəliyinin qarşısının alınması üçün hələ də tədqiqat mərhələsindən keçir. Erkən mərhələdə kliniki sınaqlar həssas hamilə qadınlarda ilkin SMV infeksiyasının qarşısının alınması üçün perspektivli nəticələr göstərmişdir. Hamilə qadınlarda başlıca SMV infeksiyasının qarşısının alınması düzgün əl gigiyenası üsulları vasitəsilə təşviq olunur. Transplant gözləyən xəstələrdə qlikoprotein-B vaksinasiyasının sero-müsbət orqanlar qəbul edən sero-mənfi xəstələrdə viremiyanın müddəti və qansiklovir müalicəsinin müddətini azaltması aşkar edilmişdir. SMV gB və pp65 zülalları kodlaşdıran plazmidlər ilə DNT vaksini hematopoetik kök hüceyrə transplantasiyasından sonra SMV viremiyasının azalmış rastgəlmə tezliyini göstəmişdir.  Əlavə tədqiqatlar aparılmaqdadır. Qan köçürülməsi tələb olunan SMV-sero-mənfi transplant resipiyentləri SMV-sero-mənfi donorlarından qan qəbul etməlidilər. Bu, SMV-sero-mənfi qan donorlarının azlığı səbəbi ilə bütün hallarda maddi təminat baxımından mümkün deyil. Mümkün olmazsa, leyko-filtrasiyalı şüalandırılmış qan məhsullarından istifadə etmək tövsiyə olunur. Bu, SMV-nin ötürülməsinin rastgəlmə tezliyini təxminən 1% azaldır. 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Skarlatina

Skarlatina

Laym xəstəliyi

Laym xəstəliyi

Hepatit E

Hepatit E

Rəy bildirin

Məlek
2022-02-08 08:37:22

Superdi










Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?