Skarlatina | infeksion xəstəliklər

Skarlatina

Skarlatina

SKARLATİNA

Skarlatina boğaz ağrısı olan şəxslərdə inkişaf edən infeksiyadır.O bədəndə parlaq qırmızı  səpkilər,bəzən səpkilərlə birgə boğaz ağrısı və yüksək temperaturla xarakterizə olunur.Boğaz ağrısına səbəb olan bakteriya skarlatinaya da səbəb ola bilər.Xəstəlik əsasən 5-17 yaşlı uşaqlara təsir göstərir.Əvvəllər uşaqlar arasında daha çox rast gəlinməyinə baxmayaraq,günümüzdə xəstəlik nadir hallarda görülür.Antibiotik müalicəsi xəstəliyin yayılmasını qarşısısnı alır.

BOĞAZ AĞRISI SƏPKİLƏRİ

Səpkilər uşaq və böyüklərdə skarlatinanın ən çox rast gəlinən simptomudur.O adətən günəş yanığına oxşayır.Tipik səpki döş qəfəsi və mədədə başlayır və daha sonra bədən üzrə yayılır.Qoltuq,diz və dirsək ətrafı dəri büküşlərində daha tünd qırmızı rəngli səpkilər müşahidə edilir.Tipik səpkilər 2-7 gün çəkir.Sonra səpkilər sönür və yavaş- yavaş soyulmağa başlayır. 

BAŞQA SİMPTOMLAR:

  • - Qızartılı pörtmüş sifət
  • - Moruğabənzər dil və ya səthi qırmızı nöqtələr olan ağ dil
  • - Ağ və sarı ləkələrlə boğaz ağrısı
  • - 38 dərəcə temperatur
  • - Titrətmə
  • - Baş ağrısı
  • - Şişmiş badamcıqlar
  • - Ürəkbulanma və qusma
  • - Limfalarda şişkinlik
  • - Dodaq ətrafında solğun dəri 

 

SƏBƏBİ

Skarlatinaya ağız və burun yollarında yaşayan A qrupu Streptokok bakteriyaları səbəb olur.Bu bakteriya toksin və ya zəhər ifraz edərək bədən səthində parlaq qırmızı səpkiləri yaradır.

RİSK FAKTORLARI

Xəstəliyin görülmə yaşı əsasən 5-15 yaş arası uşaqlardır.

AĞIRLAŞMALARI

Çox hallarda skarlatinanın səpki və digər simptomları 2 həftə ərzində keçib gedir.Lakin buna baxmayaraq,müalicə olunmamış skarlatina bir sıra ciddi fəsadlara səbəb ola bilər:

  • - Revmotik qızdırma
  • - Böyrək xəstəlikləri
  • - Qulaq infeksiyaları
  • - Dəri infeksiyaları
  • - Boğaz absesləri
  • - Pnevmoniya
  • - Artrit

 

MÜALİCƏ

Skarlatina əsasən antibiotiklərlə müalicə olunur.Antibiotiklər bakteriyaları öldürür və infeksiyaya səbəb olan bakteriya ilə savaşır və bədənin  immun sisteminə kömək.Bundan başqa müalicə vasitələrinə dondurma,isti suplar istifadə məsləhət görülür Dehidratasiyanın qarşısını almaq üçün isə bol su içmək vacibdir. 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Toksoplazmoz

Toksoplazmoz

Brusellyoz, oynaq ağrıları, temperatur

Brusellyoz

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?