https://infection.az/cdn/689c3f4c8588f.jpg
Soyuqdəymə, yoxsa infeksiya | infeksion xəstəliklər

Soyuqdəymə, yoxsa infeksiya

Soyuqdəymə, infeksiya

 

Səbəbləri

200-dən artıq virus soyuqdəymə əlamətləri ilə müşahidə oluna bilər. Bu viruslar insandan insana hava yolu və yaxın təmasla keçir.

Risk faktorları

Bir çox faktorlar sizin soyuqdəymə viruslarına yoluxma riskinizi artırır. 

- Oxşar simptomları olan şəxslə yaxın təmas

- Mövsüm (bu viruslar payız və qış aylarında daha çox rast gəlinsə də, ilin bütün fəsillərində görülə bilər.

- Yaş ( il ərzində uşaqlar böyüklərdən daha çox bu viruslara yoluxur)

Simptomlar 2-3 gün ərzində ortaya çıxır:

- Asqırma

- Burun tutulması

- Burun axıntısı

- Boğaz ağrısı

- Öskürək

- Boğazda bəlğəm, post-nazal axıntı

- Gözlərin sulanması

- Temperaturun yüksəlməsi (bəzi şəxslərdə temperatur yüksəlməyə bilər)

Viruslar ilk öncə burun və sinuslara daxil olur, şəffaf axıntıya səbəb ola bilir. Bu virusların burundan atılmasına yardımcı olur. 2-3 gün sonra seliyin rəngi dəyişə bilər-sarı, yaşıl ola bilər.Bu normaldır və sizin antibiotikə ehtiyacınız olduğunu göstərmir.Bəzi simptomlar, xüsusən də, burun tutulması, öskürək 10-14 gün davam edə bilər.Bu simptomlar zamanla arta  da bilər.

Həkimə nə vaxt getməli:

- Tənəffüsün sürətlənməsi və ya çətinləşməsi

- Dehidratasiya

- Temperaturun 4 gündən artıq davam etməsi

- Simptomlarda 10 gündən artıq vaxt ərzində yaxşılaşma görülmədikdə

- Temperatur və öskürəyin şiddətlənməsi

- Yanaşı xəstəliklərin olması və s.

Müalicəsi:

Həkim sizdən bəzi laborator testlər istəyə bilər.Antibiotik bu virusları müalicə etmir. Əgər başqa səbəbdən dolayı antibiotik ehtiyacı yaranarsa bunu həkim təyinatı ilə qəbul edin.

Qorunma yolları

- Əllərin yaxşı yuyulması

- Oxşar simptomları olan şəxslərlə təmas zamanı məsafəni gözlənilməsi (1-2 m)

- Asqırarkən və öskürərkən ağız-burnunuzu dirsəyinizlə bağlamaq

- Əllərinizi yumadan üzünüzə, burnunuza və gözünüzə toxunmamaq.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

TONZİLLİT ANGİNA

TONZİLLİT

Allergik rinit

Allergik rinit

pnevmoniya, pnevmaniya, ag ciyer su

Pnevmoniya

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?