Suçiçəyi | infeksion xəstəliklər

Suçiçəyi

suçiçeyi, suciceyi

Suçiçəyi (həmçinin varisella kimi də tanınır) yüksək yoluxuculuq qabiliyyəti olan və varicella zoster virusları tərəfindən törədilən infeksiyon xəstəlikdir.Xəstəlik əsasən 1-2 həftə davam edir.

Bu infeksiya zamanı suluqlara bənzər səpgilər formalaşır.Səpgilər əvvəlcə üzdə yaranır və sonra bütün bədənə yayılırlar. Həyati təhlükə daşımamasına baxmayaraq,bir sıra ağırlaşmalar üzə çıxa bilər.

Suçiçəyi haqqında ümumi məlumatlar

  • - Suçiçəyi varicella zoster virusları tərəfindən törədilir.
  • - Varicella virusunun inkubasiya müddəti 10-21 gün arasında dəyişir.
  • - Suçiçəyi yüksək yoluxuculuq qabiliyyətinə malikdir.
  • - Bu infeksiya qrip və influenza viruslarının yayıldığı kimi yayılır.
  • - Diaqnoz əlamət və simptomlar əsasənda qoyula bilər.

Səpgilər üzə çıxmamışdan əvvəl aşağıdakı simtomlar üzə çıxır:

  • - Halsızlıq
  • - Qızdırma, əsasən yaşlılarda uşaqlardan daha ağır formada olur
  • - Əzələ ağrıları
  • - İştahasızlıq
  • - Bəzi hallarda ürəkbulanma

Səpgilər yarandıqdan sonra isə, bu simptomlar da müşahidə olunur:

  • Səpgilər. Kəskinlik dərəcəsindən asılı olaraq  nöqtəvari ola və ya bütün bədəni əhatə edə bilər.
  • Ləkələr. Ləkələr qruplar şəkilində inkişaf edir və əsasən üzdə, ətraflarda, döş qəfəsində və qarın nahiyəsində olurlar.
  • Suluqlar.Səpgilərin üzərində formalaşa bilərlər.Bu suluqlar güclü qaşınma ilə müşahidə oluna bilir.
  • Qabıqlanma. Təxminən 48 saat ərzində suluqlar qabıqlanır və qurumağa başlayır.
  • Sağalma. 10 gün ərzində qabıqlar özləri sərbəst şəildə qopub düşürlər.

 Profilaktika

Varisella əleyhinə vaksinlər mövcuddur. Uşaqlar üçün, varisella vaksininin 2 dozası verilir, birincisi 12-15 aylıqda və digəri isə 4-6 yaşda. Bu vaksinlər suçiçəyinin qarşısının alınmasında 90% effektivdir. 

Ağırlaşmalar

  • Yetkin şəxslərdə uşaqlara nisbətən ağırlaşmalar daha çox baş verir, buna baxmayaraq ağırlaşmaların baş vermə halları çox nadirdir.
  • Suluqlar bakteriya ilə yoluxduqda, ağırlaşmaların başvermə riski daha da yüksəlir.
  • Hamilə qadınlar,yenidoğulmuşlar və 4 həftəliyinə qədər olan körpələr, eləcə də zəifləmiş immun sistemi olanlarda ağırlaşmalar daha tez- tez müşahidə olunur.
  • Əgər ləkələr və suluqların ətrafındakı dəri qızarmış, gərginləşmiş və ağrılıdırsa, infeksiyaya yoluxmuş ola bilər.Suçiçəyinə yoluxmuş bəzi insanlarda pnevmoniya inkişaf edə bilir.
  • Ensefalit. Beyinin iltihabi xəstəliyi baş verə bilər.
  • Reye sindromu.Bu nadir lakin təhlükəli sindrom uşaqlar və yeniyetmələrin virus infeksiyasından sağaldığı dönəmdə inkişaf edir və xəstəlik qaraciyərin və beyinin zədələnməsinə səbəb olur.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?