Tetanus | infeksion xəstəliklər

Tetanus

tetanus xesteliyi, xestelik, yara, ayaq yarasi

Yay aylarında insanlar əsasən təbiət qoynunda dincəlməyə üstünlük verir və bu zaman təəssüf ki, müxtəlif tipli yaralanmaların baş verməsi qaçınılmaz olur.Tetanus bakteriyasının sporları əsasən torpaqda olur və zədələnmiş dəri nahiyyəsindən bədənə daxil olurlar.Bədəndə sporlar aktiv bakteriyalara çevirilirlər və güclü və ağrılı əzələ gərginliyinə səbəb olan toksinlər istehsal edirlər. Tetanus infeksiyası ciddi sağlıq problemlərinə,eləcə də ölümə səbəb ola bilər. Bunun qarşısını almaq üçün hər bir kəsin tetanus əleyhinə vaksinasiya olunması vacibdir. 

Əsas məlumatlar

  • - Tetanus xəstəliyinə “çənəqıfıllayıcı” da deyirlər, çünki bu xəstəlik zamanı boyunun və çənənin əzələləri aşırı gərginləşir və udqunma və ağızı açmaq mümkünsüzləşir.
  • - CDC bütün yaş qruplarına vaksinasiya olunmaq tövsiyə edir.
  • - Tetanus infeksiyası insandan insane keçmir.
  • - Tetanus bakteriyasının sporları əsasən torpaqda, tozda və s.tapılır və dəri zədələnməsi zamanı bədənə daxil ola bilir.
  • - Tetanus xəstəliyi ağır xəstələnməyə və ölümə səbəb ola bilər. 

 

Profilaktika qaydaları

  • - Müntəzəm olaraq vaksin qəbul etmək.Tetanus əleyhinə vaksinin təsiri zamanla azaldığına görə, CDC bütün yaş qruplarına revaksinasiya olunmaq təklif edir.
  • Hətta kiçik zədələnmələr, cızıqlar, suluqlar olduqda belə təcili ilk yardım tədbirləri görülməlidir.Əlləri tez-tez sabun və su ilə yumaq lazımdır. Əgər su məhduddursa spirtli məhlullarla əli silmək məsləhətdir. 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?