Toksoplazmoz | infeksion xəstəliklər

Toksoplazmoz

Toksoplazmoz

Toksoplazmoz

Toksoplazmoz (tok-so-plaz-MOE-sis) dünyanın ən çox yayılmış parazitlərindən biri olan Toxoplasma gondii paraziti ilə yoluxmuş bir xəstəlikdir.İnfesiyanın yoluxması adətən yoluxmuş ətin yeyilməsi,yoluxmuş pişik nəcisi və ya hamiləlik dövründə anadan uşağa ötürülməsi ilə baş verir.
Toksoplazmoz bəzi şəxslərdə qrip kimi simptomlara səbəb ola bilir, lakin insanların əksəriyyətində əlamətlər və simptomlar heç vaxt inkişaf etmir.İnfeksiyaya yoluxmuş analarda və immunitet sistemləri zəifləmiş insanlarda, doğulmuş körpələrdə toksoplazmoz ciddi ağırlaşmalara səbəb ola bilər.
Əgər ümumi sağlamlığınız yerindədirsə,hamilə deyilsinizsə və sizə toksoplazmoz diaqnozu qoyulubsa,yəqin ki,konservativ müalicədən başqa bir müdaxiləyə ehtiyacınız olmayacaq.Əgər hamiləsinizsə və immunitetiniz zəifdirsə ciddi ağırlaşmalardan qaçınmaq üçün tibbi müalicəyə ehtiyacınız ola bilər.Ən yaxşı yanaşma isə yoluxmanın tamamilə qarşısının alınmasıdır.

Simptomlar

Toksoplazmoz yoluxmuş əksər insanlarda heç bir əlamət və ya simptom olmur və onlar yoluxmuş olduqlarından xəbərdar belə olmurlar.Ancaq bəzi insanlarda qripə bənzər əlamətlər və simptomlar inkişaf edir:
• Bədəndə ağrıları
• Şişkin limfa düyünləri
• Baş ağrısı
• Yüksək hərarət
• Yorğunluq

Immun sistemi zəifləmiş şəxslər

Xəstədə HİV / AİDS varsa,xəstə kimyaterapiya alırsa ya da bu yaxınlarda orqan transplantasiyası olunubsa bu zaman əvvəlki toksoplazma infeksiyası yenidən aktivləşə bilər.Bu vəziyyətdə,infeksiyanın əlamətləri və simptomları daha ağır inkişaf edə bilər:
• Baş ağrısı
• Fikir dağınıqlığı
•Kordinasiyanın zəifləməsi
• Cəngolmalar
• Tüberküloza və ya Pneumocystis jiroveci pnevmoniyasına bənzəyən ağciyər problemləri,adətən AİDS xəstələrində baş verən opportunistik infeksiya
• Retinanın şiddətli iltihabının (göz toksoplazmozu) səbəb olduğu bulanıq görmə

Körpələrdə

Hamiləlikdən əvvəl və ya hamiləlik vaxtı ilk dəfə infeksiyaya yoluxsanız və sizdə əlamət və simptomlar görünməsə belə,infeksiyanı körpəyə yoluxdura bilərsiniz (kongenital toksoplazmoz).
Üçüncü trimestrdə infeksiyaya məruz qalma olarsa körpə ən yüksək,birinci trimestrdə infeksiyaya məruz qalma olarsa körpə ən aşağı toksoplazmoz riski altındadır.Digər tərəfdən,hamiləliyin əvvəllərində baş verən infeksiya zamanı, körpənin xəstəliyi daha ciddi olur.
Bir çox erkən infeksiyalar ölüm və ya düşüklərlə nəticələnir.Sağ qalan uşaqlar isə ciddi problemlərlə doğulur:

• Cəngolmalar
• Genişlənmiş qaraciyər və dalaq
• Sklera və dərinin saralması (sarılıq)
•Ağır göz infeksiyaları

Toxoplazmozu olan körpələrin az bir qismi doğulduqda xəstəliyin əlamətlərini göstərir.Çox vaxt infeksiya olan uşaqlarda,yeniyetməlik yaşlarına qədər,karlıq,zehni qüsur ya da ciddi göz infeksiyaları əlamətləri inkişaf etmir.

Həkimə müraciət edin

Əgər HİV və ya AİDS-niz varsa və toksoplazmoza məruz qaldığınızı,hamilə olduğunuzu və ya hamilə qalmağı düşünürsünüzsə testlər üçün həkiminizə müraciət edin.Əsas toksoplazmozun əlamətləri və simptomları- bulanıq görmə,fikir dağınıqlığı,hərəkərlərdə koordinasiya zəifləməsi -xüsusən immun sisteminiz də zəifləyibsə,təcili tibbi yardım tələb olunur.

Səbəbləri

Toxoplasma gondii (T. gondii) heyvanlara və quşlara ən çox yoluxa bilən birhüceyrəli parazitik orqanizmdir.T. gondii yalnız pişik nəcisindən atıldığı üçün,yabanı və ev pişikləri parazitin ən uyğun sahibləridir.
Baxmayaraq ki,uşaqlardan və böyüklərdən toksoplazmoz “tutmaq” mümkün deyil,aşağıdakı hallarda siz yoluxa bilərsiniz:
• Parazitlər olan pişik nəcisinə toxunduqda.Bu təmasdan sonra ağzınıza toxunduğunuzda,zibil qutusunu təmizləyərkən və ya yoluxmuş pişik nəcisinə toxunan hər hansı bir şeyə toxunaraq parazitləri təsadüfən uda bilərsiniz. Ovladıqları və ya çiy ət ilə qidalanan pişiklərdə T. gondii olması ehtimalı yuxarıdır.
• Çirklənmiş qida yemək və ya su içmək.Quzu, donuz və maral əti xüsusilə T. gondii ilə yoluxmuş ola bilər.Bəzən pasterizə olunmamış süd məhsullarında da parazit ola bilər.
• Çirklənmiş bıçaqlar və digər mətbəx əşyalarından istifadə etmək.Çiy ətlə təmasda olan mətbəx qabları və ya isti, sabunlu suda təmiz yuyulmayan qablar parazitləri daşıya bilər.
• Yuyulmamış meyvə və tərəvəz yemək.Meyvə və tərəvəzlərin səthində bu parazitlər yerləşə bilir.Təhlükənin qarşısını almaq üçün bütün məhsulları, xüsusilə çiy yeyəcəyiniz ərzaqları yeməzdən öncə təmiz yuyun və soyun.
•Yoluxmuş donordan orqan transplantasiyası və ya qan köçürülməsi.Nadir hallarda toksoplazmoz  transfuziya və ya transplantasiya yolu ilə ötürülə bilər.

İnsan T. gondii ilə yoluxduqda, parazit bədənin demək olar ki, hər bir hissəsinə təsir edə bilən kistlər meydana gətirir – ürək də daxil olmaqla əsasən beyin və müxtəlif orqanların əzələ toxuması.
Ümumi sağlamlığınız yerində olduqda,immunitet sisteminiz parazitləri nəzarət altında saxlayır.Beləliklə,parazitlər bədəninizdə qeyri-aktiv vəziyyətdə qalır,daimi immuniteti təmin edirlər ki,bununla da yenidən parazitlə yoluxa bilmək ehtimalı olmur.Amma immunitet sisteminiz xəstəlik və ya müəyyən dərmanlar səbəbi ilə zəifləyərsə, infeksiya ciddi ağırlaşmalara səbəb ola bilər.

Risk faktorları

Hər kəs toxoplazmozla yoluxa bilər. Parazit bütün dünyada aşkar olunur.
Toksoplazmoz infeksiyası riski altındasınız:
• HİV / AİDS varsa. HİV / AİDS-i olan bir çox insanda yeni yoluxmuş toksoplazmoz,ya da  əvvəl olan və yenidən aktivləşmiş köhnə toksoplazmoz vardır.
• Kimyaterapiya olunursunuzsa.Kimyaterapiya,immunitet sisteminizə təsir edir və bədənin kiçik infeksiyalara belə mübarizəsini zəiflədir.
• Steroid və ya digər immunosupressor preparatlar qəbul edildikdə.Müəyyən qeyri-ciddi vəziyyətləri müalicə etmək üçün istifadə edilən dərmanlar immunitet sistemini zədələyə və toksoplazmozun ağırlaşmalarını daha çox inkişaf etdirə bilər.

Ağırlaşmalar

Sağlam immunitet sistemi varsa,bu ağırlaşmalar nadir hallarda baş verə bilir.Ancaq bəzən sağlam insanlarda da göz infeksiyaları kimi toxoplazmozun ağırlaşmaları yaşana bilər.Müalicə edilməyən bu infeksiyalar korluğa səbəb ola bilər.
Amma xəstədə immunitet sistemi zəifdirsə, xüsusilə də buna HIV / AİDS səbəb olubsa,toksoplazmoz epileptik tutmalar və ensefalit kimi həyati təhlükəsi olan xəstəliklərə – ciddi beyin infeksiyalarına səbəb ola bilər.
QİÇS-li insanlarda toksoplazmozdan müalicə edilməyən ensefalit ölümlə nəticələnir.Residiv ehtimalı zəifləmiş bir immunitet sistemi olan toksoplazmozlu insanlar üçün daimi bir narahatlıqdır.
Kongenital toksoplazmozu olan uşaqlarda,karlıq,psixi inkişafın zəifləməsi və korluq da daxil olmaqla qüsur yaradan digər ağırlaşmalar inkişaf edə bilər.

Profilaktika

Müəyyən tədbirlər toksoplazmozun qarşısını ala bilər:
• Bağ və ya torpaqda işləyərkən əlcəklərdən istifadə edin.Evdən kənarda işləyərkən əlcək geyinin və işdən sonra əllərinizi sabunla və su ilə yaxşıca yuyun.
• Çiy və ya az bişmiş ət yeməyin.Ət, xüsusilə quzu, donuz və mal əti, toksoplasma parazitləri daşıya bilər.Tam bişirilməmişdən əvvəl ətin dadına baxmayın.Çiy ətdən hazırlanmış qidalardan çəkinin.
• Mətbəx əşyalarını yaxşıca yuyun.Çiy ətləri hazırladıqdan sonra,digər ərzaqların çirklənməsinin qarşısını almaq üçün, isti, sabunlu suda doğrama lövhələrini,bıçaqları və digər qabları yuyun.Çiy ətə toxunduqdan sonra əllərinizi yuyun.
• Bütün meyvə və tərəvəzləri yuyun. Xüsusilə çiy yeməyi planlaşdırırsınızsa,təzə meyvə və tərəvəzləri yuyun.Mümkün olduqda soyun,lakin yuyulduqdan sonra.
• Pasterizə olunmamış süd içməyin.Pasterizə edilməmiş süd və süd məhsulları özündə toksoplazma parazitlərini daşıya edə bilər.
• Uşaqların oynadığı qum yerlərini örtün.Uşaqların oynadığı qumluq əraziniz varsa,pişiklərin nəcisində olan parazitlərdən qorunmaq üçün,istifadə etmədiyiniz vaxtlarda bu ərazinin üstünü örtün.

Pişiksevərlər üçün

Əgər siz hamiləsinizsə və ya toksoplazmoz riski altındasınızsa,özünüzü qorumaq üçün bu addımları atın:
• Pişiyin sağlam olmasına nəzarət edin.Pişiyi evin içərisində saxlayın,quru və ya konservləşdirilmiş pişik yemləri ilə qidalandırın,çiy yemlə deyil.Parazit daşıyan ovladıqları və ya çiy əti yeyəndən sonra pişiklər xəstəliyə yoluxur.
• Küçə pişiklərindən qaçının.Bütün küçə heyvanlarının yuvaya ehtiyacı olsa da, başqasının onları yuva ilə təmin etməsi sizin üçün daha yaxşıdır.Əksər pişiklər T. gondii infeksiyası əlamətlərini göstərmir və toksoplazmoz üçün test edilsə də, nəticələri əldə etmək bir ay çəkə bilir.
• Başqasından pişiyinizin qum qabını təmizləməsini xahiş edin.Bu mümkün deyilsə,qumu dəyişdirmək üçün əlcək və üz maskası istifadə edin.Sonra əllərinizi yaxşıca yuyun.Gündəlik qumu dəyişdirin ki,parazitlərin yoluxmağa vaxtları olmasın.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?