TONZİLLİT | infeksion xəstəliklər

TONZİLLİT

TONZİLLİT ANGİNA

Tonzillit hər il milyonlarla insanda görülən badamcıqların iltihabıdır. Tonzillit nadir hallarda sağlamlıqda ciddi problem yaradır.Badamcıqlar boğaz nahiyyəsinin arxa yan hissəsində yerləşir və immun sisteminin bir hissəsini təşkil edən limfoid toxumalardan təşkil olunmuşdur.Ümumiyyətlə, insanlarda 4 tip badamcıq  vardır, ancaq, adətən,tonzillit damaq badamcıqlarında yaranır.Damaq badamcıqları normal halda görünən tək badamcıqdır və yeniyetməlik dövründə ən böyük ölçüsünə çatır.Bundan sonra yavaş-yavaş kiçilir və bədənin ətrafdakı bakteriyalara, viruslara və xəstəliyə səbəb olan digər mikroorqanizmlərə qarşı ilk müdafiə baryerini yaradır.Badamcıqların üzərindəki xüsusi hüceyrələr immun sistemindəki T və B hüceyrələrini hərəkətə keçirir və immun müdafiyəni yaradır.İnsanların böyük əksəriyyəti,müalicəsiz də, bir neçə gün içində tonzilitdən tam sağala bilər.Çox vaxt simptomlar 7-10 gün ərzində keçib gedir.

SƏBƏBLƏRİ

Badamcıqlar xarici mühitlə ilk müdafiə baryeri olduğundan daha çox infeksiyaya məruz qalır.

Tonzillitlər əsasən virus mənşəli olur,lakin bəzən bakterial da ola bilir.Əgər A qrup setreptokoklardan olan bakteriya tonzillitə səbəb olarsa bu “Streptokokk boğazı” adlanır.Virus və ya bakteriyal mənşəli olmasından asılı olmayaraq yoluxucudur.

VİRUS MƏNŞƏLİ SƏBƏBLƏR:

Tonzilit ən çox viruslar tərəfindən törədilir.Xəstəliyi yaradan viruslar daha çox bunlardır:

  • - Adenovirus-kataral əlamətlər və boğaz ağrısı ilə müşahidə olunur
  • - Rinovirus-əsasən kataral əlamətlər ilə müşahidə olunur
  • - İnfluenza-adətən qrip adlanır
  • - Respirator sinsitial virus-tez-tez kəskin respirator infeksiyalara səbəb olur
  • - Koronavirus

Daha az hallarda olsa da bu törədicilər də virus mənşəli tonzillitə səbəb olur:

  • Epstein-Barr virusu
  • Sadə herpes
  • Sitomeqalovirus

 

SİMPTOMLARI

Tonzilitin ən çox görülən simptomları:

  • - boğaz ağrısı və udqunma zaman ağrı
  • - irinli qırmızı şişmiş badamcıqlar
  • - yüksək temperatur
  • - baş ağrısı
  • - çətin udqunma
  • - qulaq və ya boyunda ağrı
  • - yorğunluq
  • - yuxusuzluq
  • - öskürək
  • - titrəmə
  • - limfa düyünlərinin şişməsi

 

Daha az rast gəlinən simptomlar:

  • - mədə ağrısı,ürəkbulanma və qusma
  • - ərplə örtülü dil
  • - danışıqda səsin dəyişməsi
  • - çətin nəfəsalma
  • - ağzı açmada çətinlik

Bəzi hallarda badamcıqların üzərində daşlara rast gəlinə bilər.Bu daşlar badamcıq üzərində kirəcləşmiş maddə yığınıdır.Onlar əsasən kiçik ölçülü olur, lakin nadir hallarda  böyük də ola bilər. 

HƏKİMƏ GÖRÜNMƏLİSİNİZ

Nadir hallarda da olsa, tonzillit bəzən boğazda tənəffüsü çətinləşdirəcək qədər şişməyə səbəb ola bilər.Əgər bu baş verərsə,dərhal tibbi müdaxilə olunmalıdır.Bundan əlavə, əgər bir şəxs aşağıdakı əlamətlərdən  birini də yaşayırsa, həkimə müraciət etməlidir:

  • - Temperatur 39-40’C-i keçərsə
  • - Sərtləşmiş boğaz-yəni boyunun hərəkətində məhdudluq
  • - Əzələ zəifliyi
  • - 5 gündən çox çəkən boğaz ağrısı

 

DİAQNOZ

Tonzillit diaqnozu üçün həkim  xəstəni ümumi müayinə edir və badamcıqların şişkin olmasına və üzərində ərpin olub-olmamasına diqqət edir.Eyni zamanda boyun nahiyyəsini palpasiya edərək şişmiş limfa vəzlərini yoxlayır.Həmçinin, bədəndə səpkilərin olub-olmamasına diqqət edir.

İnfeksiyanın viral və ya bakterial mənşəli olub-olmadığını müəyyən etmək üçün boğazdan yaxma götürür.Diaqnoz qoyulması üçün qan analizlərindən də istifadə olunur.

MÜALİCƏ

Müalicə əsasən ev şəraitində aparılır.Bunlar evdə tonsillit əlamətlərini azaltmaq üçün istifadə olunan ən sadə üsullardır:

  • - Dincəlmək bədəndəki gücü gündəlik fəaliyyətlərdə istifadə etmək əvəzinə,enerjini infeksiyaya qarşı mübarizəyə sərf etməyə imkan verir.
  • - Bol miqdarda maye qəbulu, boğazın qurumasının və narahatlığının qarşısını alır.Bədən bir infeksiya ilə mübarizə apardığı zaman normaldan daha çox maye tələb edir.İsti maye qəbul etmək istəyirsinizsə,kofeinsiz içkilərdən istifadə edə bilərsiniz.
  • - Qarqaralar
  • - Rahatlıqla əlinizin altında tapacağınız sümürmə həblərdən istifadə etmək ağrınızı azaltmağa kömək edəcəkdir.
  • - Spreylərdən istifadə etmək və ya buxar vannası qəbul etmək quru havanın yaratdığı qıcıqlanmanı aradan qaldıracaqdır.
  • - Tütün və ya tüstü kimi qıcıqlandırıcılardan uzaq durmaq.
  • - İbuprofen və ya asetaminofen kimi dərman preparatları qəbul edərək, ağrı və qızdırmanı  aradan qaldıra bilərsiniz.

 

ANTİBİOTİKLƏR:

Tonzillitə bakterial infeksiya səbəb olduqda,həkim antibiotik təyin edir.Penisilin qrupu antibiotiklər tonzillit zamanı ən çox istifadə edilən antibiotikdir.İnsanlar simptomlarının yüngülləşməsindən asılı olmayaraq,dərman preparatlarını tam kurs qəbul etməlidirlər. Əks halda,infeksiyanın yayılmasına və ya digər orqanların iltihabına gətirib çıxara bilər. 

CƏRRAHİYYƏ

Əvvəllər cərrahi əməliyyat tonzillit üçün ümumi bir yanaşma idi və bir çox hallarda həyata keçirilirdi.Bu gün üçün isə tonzillektomiya xroniki hal almadığı və təkrarlanmadığı təqdirdə istifadə edilmir.Badamcıqlar yetkinlik dövründə getdikcə daha az fəal olmasına baxmayaraq, onlar aktiv bir orqan hesab olunur və buna görə də, zəruri hal olmadıqda həkimlər cərrahi müdaxiləyə ehtiyyac duymurlar.Yalnız badamcıqlar,aşağıdakı hallara səbəb olursa,tonzillektomiya əməliyyatı zəruri hesab olunur

  • - Gecə nəfəs problemləri ilə müşahidə olunan,yuxu apnesi
  • - Nəfəs almada və ya udmada çətinlik
  • - Müalicəsi çətin olan abses
  • - Tonzillit  badamcıqların arxasında iltihab yığılmasına səbəb olursa.
  • - Tonzillektomiya tələb olunursa, istifadə edilən bir çox müxtəlif üsullar vardır. Lazerlər, radio dalğaları, ultrasəs enerjisi, coblation (soyuq temperatur) və ya elektrokoteriya (elektriklə qızdırılan bir iynə).Tonzilloktemiyanın mənfi yönlərinin,əməliyyatla nail olunan pozitiv yönlərdən daha böyük olduğu düşünülür.
  • Ümumiyyətlə,müəyyən vaxtlığına narahatlıq verməsinə baxmayaraq, insanların böyük əksəriyyəti üçün tonzillit heç bir ciddi uzunmüddətli nəticə olmadan keçib gedir.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?