VƏRƏM | infeksion xəstəliklər

VƏRƏM

vərəm, verem, virus, xestelik, ag ciyer

Vərəm əsasən ağciyərləri zədələyən çox ciddi infeksion xəstəlikdir. Xəstəliyi törədən bakteriya öskürmə və ya asqırma zamanı ayrılan  damcılar vasitəsi ilə bir insandan digər insana keçə bilir.

Inkişaf etmiş ölkələrdə nadir rast gəlinməsinə baxmayaraq,vərəm infeksiyası 1985-ci ildən etibarən artmağa başladı.Bunun əsas səbəbi İİV infeksiyasının geniş yayılması hesab olunur, çünki İİV immune sistemi zəiflədir və orqanizmin vərəmə qarşı mübarizə qabiliyyətini məhv edir.

Vərəm bakteriyalarının bir çox növləri müalicə üçün istifadə olunan əsas dərmanlara davamlı ola bilir.Aktiv vərəmli xəstələr müxtəlif növ dərmanlardan uzun müddət istifadə etməlidirlər.Yalnız bu yolla infeksiyanı aradan qaldırmaq antibiotikə davamlılıq halının yaranmasının qarşısını almaq olar.

Simptomlar.  

Vərəm mikobakteriyalarının orqanizimdə yaşamasına baxmayaraq,immune system xəstəliyin üzə çıxmasının qarşısın ala bilir.Bu səbəbə görə vərmin 2 növü vardır:

  • - Gizli Vərəm. Bu halda orqanizmdə vərəm infeksiyası mövcud olur, lakin bakteriya orqanizmdə qeyri-aktiv formada yaşayır və simptomlara səbəb olmur. Gizli vərəm həm də inaktiv vərəm adlandırılır və yoluxucu deyildir.Lakin bu forma aktiv formaya keçə bilər, buna görə də müalicə vacibdir. Təxminən 2 milyon insan gizli vərəm daşıyıcısıdır.
  • - Aktiv vərəm. Bu forma xəstələnməyə səbəb olur və başqa insanlara yayıla bilər.Bu forma bakteriyaya yoluxmadan bir neçə həftə sonra üzə çıxa bilər, və ya illər boyu gizlənə bilər.

Vərəmin simptomlarına aiddir:

  • - 3 həftə və daha çox davam edən öskürmə
  • - Qanlı öskürək
  • - Döş qəfəsində ağrı, və ya nəfəsalma və öskürmə zamanı ağrı
  • - Səbəbsiz çəki itirilməsi
  • - Yorğunluq
  • - Qızdırma
  • - Gecə tərləmələri
  • - Üşütmə
  • -İştahanın itirilməsi

Vərəm həmçinin bədənin başqa nahiyələrini də zədələyə bilər.Bunlara böyrəklər,onurğa və sümüklər,beyin və s aiddir.Ağciyərdən kənar vərəm baş verdikdə simptomlar prosesə cəlb olunmuş orqandan asılı olaraq dəyişir.Məsələn, onurğanın vərəmi zamanl beldə ağrı müşahidə olunur,və ya böyrəklərin vərəmində sidikdə qan müşahidə olunur.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Xlamidioz

Xlamidioz

Difillobotriaz

Difillobotriaz

Qida allergiyası

Qida allergiyası

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?