XƏSTƏXANADAXİLİ PNEVMONİYA | infeksion xəstəliklər

XƏSTƏXANADAXİLİ PNEVMONİYA

XƏSTƏXANADAXİLİ PNEVMONİYA

Səhiyyə sistemi ilə əlaqədar olaraq pnevmoniyalar tibbi baxım sistemləri ilə sıx əlaqəsi olan adamlarda rast gəlinən pnevmoniyalardır. Bunlara (1) yaraların intravenoz terapiyası, (2) tibbi baxım şöbələrindən uzun müddətdə qalanlar,  (3) kəskin baxım xəstəxanalarında 90 günə qədər hospitalizə olunmaq, və ya (4) xəstəxanada ambulator müalicə olanlar və ya əvvəlki 30 gün ərzində hemodializ edilməsi aiddir.

Pnevmoniya ağciyərlərdə yaranmış yeni infiltratlar və bundan əlavə bu infiltratların infeksion mənşəli olmasına dair kliniki sübutların olması ilə müəyyən edilir. Buna yeni başlanmış qızdırma, irinli bəlğəm, leykositlər və azalmış oksigenezasiya aiddir. Xəstəxanada qazanılmış pnevmoniya və ya nozokomial pnevmoniya tənəffüs sisteminin aşağı hissəsinin infeksiyasıdır və hospitala qəbul zamanı inkişaf etməmiş olur. Kliniki əlamətlər özünü hospitalizədən 2 gün sonra göstərir.

Xəstəxanada qazanılmış pnevmoniya nozokomial bakterial infeksiyalar arasında ən çox rast gəlinir və tibbi və cərrahi baxım şöbələrində geniş yayılmışdır. Buna görə də nozokomial pnevmoniya tibbi baxımın qiymətinə və xəstənin xəstəxanada keçirdiyi günlərin sayına nəzərə çarpacaq dərəcədə təsir göstərir. Nozokomial pnevmoniyalı xəstələrdə qızdırma və leykositoz inkişaf edir. Bu əlamətlər əsaslı diaqnozun qoyulması üçün çox vacibdir. Tənəffüs sistemi əlamətlərinə tənəffüs ritminin artması və nəfəs almanın qısalması aiddir.

PATOFİZİOLOGİYA

İnhalyasion, aspirassion və hemotogen yollar bakteriyaların ağciyərlərə çatmasının 3 əsas mexanizmidir. Birinci yol zamanı orqanizmlər aşağı tənəffüs yollarına laroforengial sekresiyanın traxeya daxilinə aspirasiyası zamanı daxil olur.

 Birincili inhalyasion pnevmoniyalar orqanizmlərin normal respirator müdafiə mexanizmlərini keçməsi və ya xəstənin yuxarı tənəffüs yollarında kolonizə edə bilən aerob gram neqativ orqanizmləri inhalyasia etdikdə yarana bilir. Asperassion pnevmoniya kolonizə olunmuş yuxarı tənəffüs yollarının sekresiyasının aspirasiyası nəticəsində baş verir.

Mədə gram neqativ batsillərin mühüm rezervuarıdır və buradan həmin bakteriyalar yuxarı qalxa və tənəffüs yollarında kolonizləşə bilərlər. Müşahidə xarakterli bir araşdırma nəticəsində müəyyən edilmişdir ki, mədə turşuluğunu azaldan dərmanlardan istifadə edən şəxslərdə xəstəxanadaxili pnevmoniyanın yaranma ehtimalı daha çoxdur (5% və 2%). Pnevmoniya riski histamin reseptorlarını bloklayan agentlərdən istifadə edənlərə nisbətən proton nasosu inhibitorlarından istifadə edənlərdə daha nəzərə çarpacaq dərəcədə artır.

Hemotogen yolla  qazanılan pnevmoniya müəyyən məsafədə yerləşmiş mənbədən orqanizmlərin qan dövranı vasitəsilə ağciyərlərə catması nəticəsində yaranır.

 

ETİOLOGİYA

Xəstəxanadaxili pnevmoniyanın inkişafı normal müdafiə sistemləri ilə və mikroorqanizmlərin kolonizasiya və aşağı tənəffüs yollarına invaziyası arasında disbalans şəklində özünü göstərir. Aerob gram neqativ batsillərin ( məsələn; pseudomonas aureginosa ) nozokomial pnevmoniyanın yaranmasında əsas faktor olduğuna görə bu xəstəliyin patofiziologiyası ağciyər toxunmasında destruksiyalara səbəb olur. Aerob gram neqativ patogenlər 2 qrupa ayrıla bilər. l qrupa sürətli kavetasiya ilə nekrozlaşan pnevmoniya, mikroabseslərin formalaşmasına, qan damarlarının inveziyasına və hemorragiyalara səbəb olan orqanizmlər(P Aeruginosa)  aiddir. Bundan başqa nekrozlaşmaya səbəb olmayan gram neqativ batsillər də nozokomial pnevmoniyaya səbəb ola bilər. Bakteriya qoşulması ilə gedən nozokomial pnevmoniyanın səbəblərinə aşağıdakılar aiddir:

  • P aeruginosa
  • Staphylococus aureus
  • Kkebsiellan pnevmonial
  • Escherichia coli

DİFERENSİAL DİAQNOSTİKA

Nozokomial pnevmoniya şübhəsi olan bütün xəstələrdə testlərdən istifadə olunmaqla nozokomial pnevmoniya inkar edilməlidir. NP diaqnozunu qoymaq çox çətindir. Çünki bu xəstəlik özünü bir çox spesifik olmayan şəkildə göstərir. Hal-hazırda bu xəstəliyin idarə olunması strategiyaları, Amerikanın infeksion xəstəliklər cəmiyyəti tərəfindən hazırlanmışdır.

  Diferensial diaqnostikaların geniş siyahısı NP-nın diaqnostikasında böyük çətinliklər yaradır. NP-dan başqa bir sıra hallarda da döş qəfəsinin rentgenoqrafiyası zamanı oxşar ağciyər infiltratlarına (məsələn; maye, atelektaz) rast gəlməsi olur.

Müxtəlif dərəcədə leykositozla nəticələnən başqa xəstəliklərdə diferensial diaqnostikada nəzərə alınmalıdır. İnfeksion olmayan iltihablarda da qızdırma yarana bilər.

Diaqnozu qoymamışdan və ya hər hansı hansı antimikrob trapiyaya başlamamışdan əvvəl bu diferensial diaqnozlar diqqətli şəkildə nəzərə alınmalıdır. Qızdırması və leykositozu olan xəstələrdə infiltratların əsas səbəbləri aşağıdakılardır;

  • Congestive ürək çatışmazlığı
  • Ağciyər embolları və infarkt
  • Kəskin respirator disstres
  • Kollagen vaskulyar xəstəlikləri
  • Ağciyər qanaxması
  • İnterstsial ağciyər xəstəlikləri
  • Bronxogen karsinomalar
  • Metastatik karsinomalar

DİAQNOZ

NP-nın diaqnozuna mikrobioloji yanaşma.  Əgər mümkündürsə xəstə emperik yollarla müalicə olunmamalıdır. Antibiotik seçimləri invaziv olmayan yollarla – spontan şəkildə və ya nazotrexial sorma vasitəsilə əldə edilmiş bəlğəm kulturasının müayinəsinə əsaslanmalıdır. Qan kulturası da həmişə əldə olunmalıdır. Respirator sekresiya əldə oluna bilmədikdə və qan kulturaları neqativ olduqda bronxoalveolyar lavaj üsulundan istifadə olunur.

RADİOQRAFİYA

Döş qəfəsinin serialı radioqrafiyası pnevmoniyanın inkar edilməsində ən effektiv üsuldur və uyğun antimikrob terapiyasının effektivliyinin göstəricisidir. KT skaninq və spiral KT skaninq NP-nın diferensasiyasında istifadəyə yararlıdır.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?