Xlamidioz | infeksion xəstəliklər

Xlamidioz

Xlamidioz

Xlamidioz cinsi yolla ötürülən xəstəlikdir.Bu, Chlamydia trachomatis kimi tanınan bakteriya ilə yaranan bir infeksiyadır.Chlamydia,simptomları və yoluxma şəklinə görə qonoreyaya çox oxşardır.Xlamidiyaya yoluxmuş bir çox insanda (həm qadınlar, həm də kişilər) hər hansı bir əlamət qeydə alınmır və onlar infeksiyaya yoluxduqlarını bilmirlər.Xlamidiya infeksiyası qadınlarda fallopiya borularını bəzən geriyədönməz şəkildə zədələyə bilir və bu da gələcəkdə sonsuzluq və ektopik hamiləlik riskinin artmasına səbəb olur.Hamiləlik dövründə xlamidiya infeksiyası həmçinin qadınlarda erkən doğuşa və düşüklərə səbəb ola bilir.

Limfoqranuloma venereum,inkişaf etməkdə olan ölkələrdə olan və Chlamydia bakteriyalarının fərqli bir tipindən  qaynaqlanan yaygın bir cinsi yolla yoluxan xəstəlik növüdür.

Simptomlar

Xlamidiya cinsi yolla ötürülən yaygın bir xəstəlikdir.Bu, həm kişilərdə, həm də qadınlarda ola bilir və əksər hallarda heç bir əlamət göstərmir.Simptomlar və əlamətlər meydana çıxdıqda,bu o demək deyil ki,infeksiyanın yoluxmasından bir neçə həftə keçib.Qadınlardakı simptomlar aşağıdakılardır:

•Sidiyəgetmədə yanma və patoloji vajinal axıntı
•Qarında və ya pelvik nahiyədə ağrı (bəzən mövcud olur)
•Sidikdə qan,sidik aktlarının tezləşməsi.Sidik yollarında iltihab olduqda sidiyəgetmə tezliyi artır.

Xlamidiya olan qadınların əksəriyyətində infeksiyanın əlamətləri və simptomları olmur,beləliklə,xlamidiyanı təyin etmək mümkün olmur. Bu səbəbdən infeksiyanı “səssiz” infeksiya olaraq adlandırırlar.Buna baxmayaraq,infeksiya sidik yollarına ciddi zərər verə biləcəyindən bu infeksiyanı təyin və müalicə etmək vacibdir. Xlamidiya infeksiyası adətən qadınlarda uşaqlıq boynu iltihabına səbəb olan infeksiyadır.
Simptomlar meydana gəldikdə,qonoreya olan xəstələrin simptomları ilə çox oxşar olur.İlkin infeksiyanın yaranması bir neçə həftə çəkə bilər.Xlamidiya infeksiyası simptomlarına vaginal axıntı və qarın ağrısı daxildir.Sidik axarı infeksiyası sidik yollarının infeksiyasının xarakterik əlamətlərinə,sidiyəgetmə zamanı ağrı və yanma hissinə,sidikdə qana, sidiyəgetmə istəyinin və sidiyəgetmənin artmasına səbəb ola bilər.
Xlamidiya infeksiyası müalicə edilməzsə,təxminən 30% hallarda  pelvik orqanlarda(çanaq boşluğu orqanları) yayılır və bu pelvik iltihabi xəstəlik (PID) kimi tanınır.Pelvik iltihab xəstəliyinin simptomlarına pelvik anhiyədə ağrı, cinsi əlaqə zamanı ağrı,qızdırma,əzələdə qıcolmalar və qarın ağrısı daxildir.Pelvik iltihab xəstəliyi sonsuzluğa da səbəb ola biləcək sidik-ifrazat orqanlarının zədələnməsinə gətirib çıxara bilər.
Xlamidiya kişilər də olduqda simptomları göstərməyə bilər.Simptomlar varsa,bunlara penisdən axıntı,sidiyəgetmədə yanma və daha az rastgəlinən bir və ya hər iki xayada ağrı və şişkinlik daxildir.

Səbəbi

Xlamidiya,Chlamydia trachomatis bakteriyası ilə yaranan bir infeksiyadır.Bu bakteriya çanaqda,sidik axarlarında, vagina və yoluxmuş şəxsin duz bağırsağında olub iltihab yaranmasında iştirak edə bilər.Bu bakteriyalar boğazda da yaşaya bilir.Yoluxmuş şəxslə hər hansısa bir cinsi əlaqə (vaginal, anal və ya oraı) infeksiyanı yaya bilər.
Cinsi fəal olan gənclər, xlamidiyaya qarşı yüksək risk altındadırlar.
Yoluxmuş ana doğum zamanı körpəyə,körpə vaginal kanaldan keçərkən də infeksiyanı yoluxdura bilər. Doğum kanalından yoluxan xlamidiya adətən yenidoğulmuşlarda göz zədəsi və pnevmoniya yaradır.
Xlamidiyaya qarşı müalicə aldıqdan sonra da infeksiya ilə yoluxmaq mümkündür.Xlamidiyanın təkrarlanan infeksiyasına çox rast gəlinir.

Diaqnoz

Xlamidiya diaqnozu, orqanizmdə bakteriya kulturalarının genetik materialının identifikasiyası vasitəsi ilə mövcud olduğunu göstərmək üçün laboratoriya testinə əsaslanır.Bakteriya kulturasının müəyyənləşdirilməsi köhnə və çox vaxt aparan bir üsuldur və artıq rutin olaraq istifadə edilmir.Diaqnostik məqsədlər üçün adətən bakterial genetik materialları müəyyən edən sürətli testlər tətbiq edilir.Bunlar nuklein turşu amplifikasiya testləri və ya NAATs olaraq adlandırılır. NAATs üçün nümunə serviksdən,ginekoloji müayinə zamanı götürülə bilər, lakin diaqnostika sidik nümunələri testləri ilə də aparıla bilər.
Xəstəliklərin İdarə Olunması və Müalicəsi Mərkəzləri, 25 yaş və daha gənc olan cinsi fəal qadınlara hər il xlamidiya infeksiyası testi edilməyi tövsiyə edir.Bundan başqa hamilə qadınlar və ya çoxlu cins partnyorları olan 25-dən yuxarı yaşlı qadınlar da yoxlanılmalıdır.

Müalicə

Xlamidiya antibiotik müalicəsi ilə rahatlıqla müalicə edilə bilər. Antibiotiklər tək dozada və ya 7 günlük bir kurs olaraq verilə bilər. Qadınlar 7 günlük antibiotik kursunda ya da tək dozada müalicədən sonra 7 gün ərzində başqalarına infeksiya yayılmaması üçün cinsi əlaqədən çəkinməlidirlər. Azitromisin və doksisiklin xlamidiya infeksiyasının müalicəsi üçün ən çox istifadə edilən antibiotiklərdir, lakin digər antibiotiklər də effektiv olaraq istifadə edilə bilər. Hamilə qadınlar antibiotiklərlə (məsələn, azitromisin, amoksisilin və eritromisin etilsuksinat, lakin doksisiklin deyil) xlamidiya infeksiyasına qarşı təhlükə olmadan müalicə edilə bilər. Xlamidiya aşkar olunmuş xəstənin cinsi partnyorları da yenidən yoluxmama və daha da infeksiyanın yayılmaması üçün yoxlanılmalı,test və müalicə edilməlidir.Cinsi partnyorları müalicə edilməmiş qadınlar yenidən yoluxma riski altındadır.

Proqnoz

Əvvəl də deyildiyi kimi, xlamidiya infeksiyası müalicə edilmədikdə pelvik iltihab xəstəliyinə keçə bilər, bu da ciddi nəticələrə səbəb ola bilər.Ağırlaşmalar sidik-ifrazat orqanlarına geriyədönməz zərər verə bilər, o cümlədən bunlara sonsuzluq və ektopik hamiləlik riski aiddir.Hamiləlikdə xlamidiya infeksiyası düşük və ya erkən doğuşa,bununla yanaşı yenidoğulmuşlarda pnevmoniya və göz zədələnmələrinə səbəb ola bilər.
Müalicə edilməmiş xlamidiya infeksiyasına sahib olma,xəstədə HIV infeksiyasına qarşı riski artıra bilər.HİV infeksiyası olan bir şəxs cinsi əlaqə zamanı başqalarına da infeksiyanı yoluxdura bilər.

Profilaktika

İnfeksiyaya yoluxmuş şəxslərin əksəriyyəti simptomlar olmadığından infeksiyaya yoluxduqlarını bilmir və infeksiyanın qarşısını almaq çətin ola bilir.Cinsi əlaqə zamanı prezervativ istifadəsi infeksiya riskini azalda bilir.Müayinə olunmuş və ya müalicə olunan xəstələrin qarşılıqlı təkpartnyorlu əlaqəyə diqqət etməsi də xəstəliyin riskini azaldır.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Flatulence, Flatulence, Qarın yatalağı

Qarın yatalağı

hepatit, Hepatit A, Hepatit B, Hepatit C, Hepatit D, Hepatit E

HEPATİTLƏR

Acute bronchitis, Kəskin bronxit

Kəskin bronxit

Rəy bildirin

Samir
2022-11-15 20:09:30

Salam. Mən bu xlamidiyaya yoluxdum. Anladıq ki,bu cinsi yolla keçir. Mənimsə tək partnyorum xanımımdır . Bəs onda bu necə yarana bilər?










Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?