Xolera | infeksion xəstəliklər

Xolera

cholera, veba

Xolera əsasən çirklənmiş su ilə yayılan bakterial infeksiyadır.İnfeksiya kəskin ishal və dehidratasiyaya səbəb ola bilər.Müalicə olunmadığı təqdirdə ölümə səbəb olur.

Müasir kanalizasiya sistemləri və təmiz içməli su mənbələrinin olması inkişaf etmiş ölkələrdə vəbanın aradan qaldırılmasını təmin etmişdir.Amma  hələ də vəba Africa, Cənub-şərqi Asiya, Haiti kimi ölkələrdə təhlükə mənbəyi olaraq qalmaqdadır.Xolera epidemiyasının baş verməsinin əsas risk amilləri yoxsulluq, müharibə və ya  təbii fəlakətlər nəticəsində insanların antisanitar şəraitdə kütləvi toplaşmasıdır.Xəstəlik asanlıqla müalicə oluna bilər. Ölümün səbəbi olan dehidratasiya sadə və ucuz rehidratasiya məhlulları ilə asanlıqla aradan qaldırıla bilir.

SİMPTOMLAR

Xolera bakteriyaları Vibrio Cholerea  çox insana yoluxa bilər, lakin onlar xəstələnmir və infeksiyaya yoluxduqlarından xəbərləri olmur.Lakin onlar 7-14 gün ərzində nəcisləri ilə ətraf mühitə yoluxdurma qabiliyyətinə malik bakteriyalar xaric edir.Xoleranın ən simptomatik əlaməti yüngül və orta dərəcəli ishaldır və digər səbəblərdən törənən ishallardan fərqləndirmək çətindir.10 xəstədən yalnız 1-də yoluxmadan bir neçə gün sonra Xoleranın daha ciddi əlamətləri üzə çıxa bilir. 

Simptomlara aiddir:

  • - İshal.Xolera ilə əlaqəli ishal ani başlayır və tez-tez təhlükəli miqdarda (1 saata 1 litr) maye itirilməsinə səbəb olur.Xolera zamanı nəcisin rəngi solğun, düyü həliminə bənzər olur.
  • - Ürəkbulanma və qusma.Əsasən vəbanın erkən fazalarında baş verir. Qusma 1 saata qədər davam edə bilər.
  • - Dehidratasiya. Vəbanın əlamətləri üzə çıxmağa başlayandan sonra saatlar içərisində dehidratasiya inkişaf edir.İtirilən mayenin miqdarından asılı olaraq dehidratasiya yüngül və ağır olur.Bədənin ümumi mayesinin 10% və daha çoxunun itirilməsi ağır dehidratasiyanın əlamətidir.

Dehidratasiya  maye-duz balansını təmin edən elektrolitlərin və mineralların qandan itirilməsinə səbəb olur. Bu da elektrolit balansının pozulması adlanır və ciddi əlamətlərlə özünü göstərir.

  • - Əzələ qıcolmaları. Natrium, kalium və xlor kimi ion və duzların qanda azalması əzələ qıcolmalarına səbəb
  • - Şok. Bu dehidratasiyanın ən ciddi ağırlaşmasıdır. Bunun səbəbi mayenin itirilməsi nəticəsində qan təzyiqinin aşağı düşməsi və orqanizmin tələb olunandan az oksigenlə təmin olunmasıdır. Qarşısı alınmazsa, dəqiqələr içində kəskin hipovolemik şok nəticəsində ölüm baş verə bilər.

 

UŞAQLARDA XOLERANIN ƏLAMƏTLƏRİ

Ümumiyyətlə, uşaqlarda da Xoleranın əlamətləri böyüklərdəki ilə eynidir. Amma onlar maye itirilməsi nətiəsində qanda şəkərin azalmasına (hipoqlikemiya) daha həssasdırlar və bu da səbəb ola bilər:

  • - Şüurun dəyişməsi
  • - Tutmalar
  • - Koma 

 

SƏBƏBLƏR

Xoleranın törədicisi Vibrio Cholerea  bakteriyalarıdır. Amma Xolera zamanı ölümcül effektlərin  səbəbi vəba bakteriyalarının nazik bağırsaqlarda hazırladıqları toksin – CTX toksinidir. CTX bağırsağın divarına bağlanır, bu da bədənin lazım olandan artıq miqdarda maye xaric etməsinə səbəb olur.

Xolera infeksiyasının əsasə mənbəyi çirkli su mənbələri olsa da,çiy dəniz məhsulları, çirkli meyvə və tərəvəzlər və başqa qida maddələri infeksiyanın yaranmasına səbəb ola bilər. 

RİSK FAKTORLARI 

Vəbaya qarşı hər kəs həssasdır. Lakin bəzi risk faktorları var ki, vəbaya yoluxma ehtimalını daha da artırır:

  • - Antisanitariya
  • - Mədə turşuluğunun azalması və tam olmaması (hipoxlorhidriya və axlorhidriya)
  • - O qan quplu şəxslər. Səbəbi elmi cəhətdən tam aşkar edilməsə də O qan qruplu insanların Xoleraya tutulma ehtimalı daha çoxdur. 

 

AĞIRLAŞMALAR

Xolera tezliklə müalicə olunmadıqda ölümlə nəticələnə bilər.Ağır hallarda, maye və elektrolitlərin sürətlə itirilməsi nəticəsində 2-3 saat müddətində ölüm baş verir.

Şok və dehidratasiyadan əlavə aşağıdakı əlamətlər də meydana çıxa bilir:

  • - Qanda şəkərin azalması hipoqlikemiya. Orqanizmin əsas enerji mənbəyi olan qlükozanın itirilməsi xəstənin halsızlaşmasına və qida qəbul edə bilməməsinə səbəb olur. bu ağırlaşma daha çox uşaqlarda üzə çıxır və qıcolmalar, şüurun itirilməsi və hətta ölümə səbəb ola bilir.
  • - Kaliumun azalması  hipokaliemiya. Kaliumun azalması ürək və sinirlərin funksiyalarına təsir göstərir və həyat üçün təhlükəlidir.
  • - Böyrək çatışmazlığı. Böyrəklərin süzmə qabiliyyətini itirməsi nəticəsində orqanizmdə zərərli maddələrin toplanması baş verir.Vəba xəstələrində böyrək çatışmazlığı şokun baş verməsin səbəbidir.

 

PROFİLAKTİKA

  • əlləri sabun və təmiz su ilə tez-tez yumaq
  • - Yalnız təmiz su mənbələrindən istifadə etmək
  • - Yaxşıbişmiş və təzə qida məhsullarından istifadə etmək
  • - Suşi və buna bənzər digər çiy məhsullardan yayınmaq 

DİAQNOZ

Baxmayaraq ki,Xoleranın əlamətləri və simptomları endemik ərazilərdə asanlıqla aşkar olunur, diaqnozu təsdiqləmək üçün nəcis nümunəsində bakteriyanı aşkarlamaq lazımdır.Hazırda sürətli xolera testləri var ki, bu da ucqar ərazilərdə xəstəliyin erkən diaqnostikası üçün istifadə olunur.

MÜALİCƏ

Xolera təcili müalicə tədbirləri tələb edir.

  • - Məqsəd itirilmiş mayenin və elektrolitlərin bərpa olunması.Bunun üçün rehidratasiya məhlullarından, oral rehidratasiya duzlarından istifadə olunur.
  • - Venadaxili məhlulların yeridilməsi.
  • - Antibiotiklər furazolidin, ampissilin, eritromisin.
  • - Sink tədqiqatlar göstərir ki sink vəba zamanı ishalı yüngülləşdirə və müddətini qısalda bilər. 

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

hindistan ştammı

”Delta”

Allergik rinit

Allergik rinit

Beyin absesi

Beyin absesi

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?