Yersinia enterocolitica | infeksion xəstəliklər

Yersinia enterocolitica

Yersinia enterocolitica

Yersinia pseudotuberculosis infeksiyasına az rast gəlinir və yersinioza bənzər əlamətlər törədir. Taun çöpləri, Y. pestis insana əsasən yoluxmuş birələrlə ötürülür. İnfeksiyanın bubon formasında xəstəlik hərarət və limfa düyünlərində ağrılı şişkinlik (bubon), septisemik formada bubonlar olmadan ümumi sistemli əlamətlər, ağciyər formasında isə döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırma (bubonlar) ilə qəfil başlanır. Y. enterocolitica və Y. pseudotuberculosis, əsasən yoluxmuş su və qida məhsullarından keçir. Simptomları əksərən mədə-bağırsaq traktı (MBT) ilə məhdudlaşır (öz-özünə sağalan qastroenterit), lakin reaktiv artrit tez-tez rast gələn ağırlaşmasıdır. 

Etiologiya

Taun xəstəliyinin törədicisi Yersinia pestis-dir. Siçovul, dələ, pişik və dovşanlar da daxil olmaqla, müxtəlif kiçik məməlilər törədicinin təbii rezervuarlarıdır. Törədici insana və heyvandan heyvana birə sancması vasitəsilə ötürülür. Taunun birincili ağciyər forması yoluxmuş insan və ya heyvandan xaric olan, tərkibində taun törədicisi olan damcıların tənəffüs yollarına aspirasiyası nəticəsində baş verir və nadir hallarda rast gəlinir. 

Y. enterocolitica dünyada həm vəhşi heyvanlarda, həm də ev heyvanlarında, eləcə də, su da daxil olmaqla bir sıra ətraf mühit amillərində rast gəlir. Yoluxma kontaminasiyalı qida və ya suyun mədə-bağırsaq və ya tənəffüs traktına düşməsi nəticəsində baş verir. Törədici 39°F (4°C) temperaturda inkişaf edə bilir. Soyuducuda saxlanılan ət potensial mənbə hesab edilir.  İkincili xəstəlik hadisələri xəstə olan evdə fekal-oral ötürülmə nəticəsində meydana çıxa bilər.

Y. pseudotuberculosis yersiniya infeksiyaları arasında ən az rast gələnidir. Heyvan rezervuarlarına müxtəlif quşlar və məməlilər aiddir.

Kliniki əlamətlərY. enterocolitica infeksiyasının ən çox rast gələn sindromudur və nəcisin qanlı olmasına səbəb ola bilər. Nisbətən böyük uşaqlarda terminal ileit və mezenteral adenit inkişaf edə bilər və kliniki mənzərənin kəskin appendisitdən fərqləndirilməsi çətin ola bilər. Böyüklərdə, adətən, ishal və qarında ağrı meydana çıxır ki, bunlar da ≥3 həftə davam edə bilər. Şəkərli diabet, xroniki qaraciyər patologiyası, alkoqolizm və ya dəmirin artıqlığı sindromları zamanı invaziv infeksiyanın başvermə ehtimalı daha çoxdur. 

 Y. pseudotuberculosis infeksiyası daha çox mezenteral adenit törədir. Enterit az təsadüf edir. İnvaziv infeksiyaya  çox rast gəlinmir, lakin xroniki qaraciyər patologiyası və ya hemoxromatozdan əziyyət çəkən xəstələrdə təsadüf edə bilər.

Diaqnostika

Mikrobioloji müayinə

  •  Taun laboratoriya işçiləri üçün potensial təhlükə təşkil edir və onunla bağlı işlər biotəhlükəsizlik şkafında aparılmalıdır. Əgər nümunədə taun törədicisinin olduğuna şübhə varsa, bu haqqda laboratoriyaya bildirilməlidir.
  •  Digər müvafiq kliniki müayinə materialları ilə yanaşı, ideal da antibiotik terapiyasından əvvəl götürülmüş hemokultura göndərilməlidir. Müvafiq müayinə materialına bubon aspiratı (bubon forması), bəlğəm (ağciyər forması) və əgər meningial əlamətlər (septisemik forma) olarsa, onurğa- beyin mayesi (OBM) aiddir.
  •  Bubon, adətən, bərk olur və möhtəviyyatından müayinə materialı götürmək üçün bubona fizioloji məhlul yeridilməsi və təkrar geri çəkilməsi tələb olunur.
  •  Kliniki material Qram, Rayt-Gimza və ya Veyson boyağı ilə boyanılmalı və bulyon və ya qanlı aqarda əkilməlidir. Y. pestis qrammənfi kokobasildir və Rayt-Gimza və ya Veyson boyaqları ilə boyandıqda tünd göy polyar cisimciklərə malik açıq-mavi çöplər şəklində görünür. “İngilis sancağı” əlaməti tauna xas olsa da, onun patoqnomonik əlaməti deyil.
  •  Referens laboratoriyalarında Y. pestisin digər yersiniya növlərindən differensiasiyası üçün spesifik bakteriofaq istifadə edilir. Taun çöpləri ləng yetişir, bir sutkadan sonra qanlı aqarda çox xırda koloniyalar əmələ gətirir və biokimyəvi müayinələrdə nisbətən qeyri-aktivdir. Bu çöplərdə unikal kapsul antigeni (F1 antigeni) olur ki, bu antigen də spesifik flüoressent anticisim sınağının hədəf elementidir. 
  •  Y. enterocolitica və Y. pseudotuberculosis kliniki materialdan, məsələn, nəcisdən, Macconkey aqarı vasitəsilə təcrid edilə bilər. Əgər yersinioza şübhə olarsa, selektiv aqar kimi sefsulodin-irqasan-novobiosin aqarından istifadə edilə bilər və otaq temperaturunda inkubasiya oluna bilər. 

Müalicə

Yersiniozun antibiotik terapiyası kliniki sindromdan asılıdır. Xəstədə enterit nəticəsində dehidratasiya olarsa, peroral və ya venadaxili maye təyini vasitəsilə rehidratasiya aparılmalıdır. Belə görünür ki, antibiotik terapiyası xəstəliyin ağırlıq dərəcəsini azaltmır və tövsiyə edilmir. İnvaziv infeksiya zamanı venadaxili siprofloksasinlə 10 günlük müalicə, adətən, effektli olur. Reaktiv artrit zamanı antibiotiklər simptomların davametmə müddətinə heç bir təsir göstərmir.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?