Multirezistent GRAM-neqativ bakteriyalar

Multirezistent GRAM-neqativ bakteriyalar

MULTİREZİSTENT GRAM NEQATİV ORQANİZMLƏR

Son 10 il ətzində multirezestant orqanizmlərə qarşı mübarizə məqsədləri əsasən gram-pozitiv bakteriyalara, xüsusəndə metsillin-rezistent staphylococus aureus və vankomisin-rezistent enterekokklara qarşı yönəldilmişdi. Bu müddət ərzində xəstəxanaların çox hissəsi sərt infeksiyaların idarə olunması tədbirləri həyata keçirirdilər. Dərman təşkilatları bu bakteriyalarla mübarizə aparmaq üçün yeni  antimikrobial agentlər aşkarladılar, bu da çoxlu sayda yeni mexanizmlə təsir göstərən birləşmələrin əmələ gəlməsi ilə nəticələndi ( məsələn; Linezolid və Daptomisin). Gram-pozitiv bakteriyalarla mübarizədə inkişafların əldə olunmasına paralel olaraq multirezestant gram-neqativ batsillərin yeni problem qaynağı oldular.( amerua) infeksion xəstələr cəmiyyətinin  son qeydlərində multirezestant gram-neqativ batsillərin 3 kateqoriyası xüsusi ilə vurğulanır, bunlara geniş spektrli sefalosporinlərə davamlı Esherichia coli və Klebsiella növləri, multirezistant  Pseudomonas aeruginosa, və karbapenemə davamlı Acinetobacter növləri aiddir. Təəssüf ki, gram-pozitiv bakteriyalardan fərqli olaraq MR gram-neqativ batsillər əleyhinə yeni sinif antibiotiklər aşkarlanmamışdır. Qlisilsiklin tiqesiklin bu fikri bir istisna olaraq qeyd oluna biləcəyi mübahisə doğurur. Amma baxmayaraq ki bu dərman MR gram-neqativ batsillərə qarşı invitro aktivliyə malikdir, bu dərman bakteriyaların spesifik müalicəsi məqsədi ilə yradılmayıb. Bundan əlavə, hazırda mövcud terapevtik seçimlərə cavab verməyən və gram-neqativ orqanizmlər tərəfindən törədilən infeksiya hallarının sayı artmaqdadır. Bu fakt dünyanın bir çox yerlərində antibiotiklərdən öncəki eranın başlandığını göstərir.

GENIŞ SPEKTRLI SPELASFORINLƏRƏ REZISTENT E. COLI VƏ K. PNEVMONIAE NÖVLƏRI.

Ötən 20 illər ərzində E. Coli və K. Pnevmoniae növləri arasında geniş spektrli sefalosporinlərə (sefatoksin, seftosidim, seftriakson) davamlılıq yaranmaqdadır. Bu rezistantlığın yaranmasının əsas səbəbi geniş spektrli sefalosporinlərin, geniş spektrli B-laktamazlar (ESBL), tərəfindən parçalanmasıdır. Amma bu həmçinin plasmid vasitəli və ya genetik olaraq hiperproduksiya olunmuş Amp C səbəbi ilə də baş verə bilər. İstifadə olunan parçalanma sistemdən asılı olaraq, bəlli ESBL-lər həmişə sefalosporinlərin hamısına davamlı olmaya bilər. Amma hazırda Avropa Antimikrobial Həssaslığın Yoxlanması Komitəsinin məlumatlarına əsasən ESBL istehsal edən izolyasiyalar adətən ən azından bir geniş spektrli sefalosporinə davamlı olur. ESBL-ləri kodlaşdıran genlər plazmidlərdə də aşkarlanmışdır və bu trend bakteriyalar arasında yayılmağa meyillidir. ESBL istehsal edən orqanizmlər arasında fluorokvinolonlara, ko-trimasazol və trimetoprimə davamlılıq tez-tez görülür. Bir ESBL-in olması multirezistantlıq fenotipi üçün markerdir. Karbopenemlər, məsələn, imipenem, meropenem və ertapenem geniş spektrli sefolosporinə davamlı E. Coli və K. Pnevmoniae tərəfindən törədilən infeksiyaların müalicəsində seçim preparat olaraq nəzərdə tutulub. Amma bəzi geoqrafik ərazilərdə karbapenemlərə davamlılıq da üzə çıxır. Tetrasiklinin törəməsi tiqesiklin bir çox multirezistant orqanizmlərə qarşı invitro aktivliyə malikdir. Amma kliniki tərkiblərdə bu agentlərin təsiri limitlidir.

Davamlılığın yayılması: Geniş spektrli sefalosporinlərə davamlı E. Coli və K. Pneumoniae növlərində davamlılıq səviyyəsi dünyanın müxtəlif yerlərində müxtəlifdir. Baxmayaraq ki, dünyanın bir çox yerlərindən statistik məlumatlar əldə olunmayıb, əldə olunmuş məlumatlar geniş-spektrli  sefalosporinlərə davamlı E. Coli və xüsusən də K. Pneumoniae qlobal oproblemə çevrildiyini göstərir. Həmçinin, son məlumatlara əsasən ESBL istehsal edən Enterobacteraceae-lər cəmiyyətdə yeni təhlükə mənbəyi olmağa başlaylrlar.

MULTIREZISTANT P. AERUGİNOSA

P aeruginosa aşağıdakı üç və ya daha çox antimikrobial agentə qarşı davamlı olduqda multirezistant hesab olunur; antipsevdomonal pensillinlər (piperasillin); antipsevdomonal sefalosporinlər ( seftazidim); fluorkvinolonlar (siprofloksasin); karbapenemlər (imipenem, meropenem və doripenem) və aminoqlikozidlər (gentamisin, tabramisin). Davamlılıq adətən müxtəlif davamlılıq mexanizmlərinin birgə təsiri nəticəsində yaranır. Bunlara B. laktamazlar, aminoqlikozid modifikə edən enzimlər, topozomeraza mutasiyaları, azalmış membran keçiriciliyi aiddir. Nəqledilə bilən metallo-B-laktamazların (MBL) özləri də multirezistantlıq fenotipinə səbəb ola bilər. Bu B-laktamazlar aztreonamdan başqa bütün B-laktamazları hidrolizə uğrada bilərlər. Həmçinin MBL-ləri və aminoqlikozid modifikə edən enzimləri kodlaşdıran genlərə malik olan mobil genetik elementlərin izolyasiyaları da çox vaxt aminoqlikozidlərə davamlı olurlar.

KARBAPENEMƏ DAVAMLI ACİNETOBACTER

Acinetobacter növləri adətən fluorkvinolonlara, aminoqlikozidlərə və bütün növ B-laktamlara davamlı olur. Lakin karbapenemlər bu sırada istisna təşkil edir. Buna görə də karbapenemlər adətən Acinebacter növlərinin törətdiyi infeksiyaların müalicəsində əsas seçim olurlar . Buna baxmayaraq dünyanın bir çox yerlərində Acinetobacter növləri arasında karbapenemlərə davamlılıq yaranmağa başlayıb. Bunun səbəbi karbapenemazlar  və ya xarici membram zülallarının  alterasiyası kimi başqa mexanizmlər ola bilər.

Bu multirezistant Acinetobacter növlərinin polimiksin ( kolistin və polimiksin), sulbaktam və tipesiklinə həssas olmasına baxmayaraq bütün mövcüd dərmanlara davamlı panrezistent izolyasiyalar aşkarlanır.

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?