Multirezistent GRAM-pozitiv bakteriyalar

Multirezistent GRAM-pozitiv bakteriyalar

MULTİREZİSTENT  GRAM-POZİTİV BAKTERİYALAR

Gram-pozitiv patogenlərdə artan bakterial rezistantlıq o deməkdir ki, əvvəllər bu bakteriyaların törətdiyi infeksiyalar ucuz və effektiv yollarla müalicə olunurdusa, indi həmin infeksiyaların müalicəsi ciddi sual doğurur. Pensillin və makrolidlərin pnevmokokk infeksiyalarına qarşı istifadəsi və xəstəxanalarda oksasillinin stafilokokk infeksiyalarına qarşı istifadəsi buna misal ola bilər. Ümumilikdə, multirezistant (MRR- multidrug rezizstant) gram pozitiv patogenlər sürətli şəkildə təcili və bəzən idarəolunmaz kliniki problemə çevirilirlər. Buna baxmayaraq, və antibiotiklərin efektləri barədə uzun müddətli tədqiqatların aparılmasına rəğmən, antibiotiklərə davamlılığın insan sağlamlığında törətdiyi risk çox az müəyyən olunub.

Antibiotikə davamlılıq hazırda böyük sağlıq prpblemi kimi qəbul olunur, bütün bakterial problemləri əhatə edir və yayılmaqda davam edir.

Bakteriyalarda davamlılıq o deməkdir ki, həmin bakteriyalar əvvəllər antibiotiklərə həssas olublar. Bundan əlavə, multirezistant bakteriyalar önəmlilik qazanır və yeni “opportunistik” və çox vaxt multirezistant orqanizmlər nozokomial və sosial spektrlərdə vacib patogenlər olaraq tanımlanırlar.

Avropa antibiotikə davaml47ılığın öyrənilməsində ön planda durmuşdur və beynəlxalq və milli səviyyədə çoxlu məsləhət və təkliflərin həyata keçirilməsini təşkil etmişdir.

Dünyada ən böyük terapevtik  problemlərdən biri heç şübhəsiz ki, gram pozitiv patogenlərin multirezistantlığıdır. Multirezistantlıq problemləri təkamül prosesi nəticəsində davamlılıq xüsusiyyəti əldə etmiş  mikroorqanizmlərin epidemiya şəklində dünyada yayılması ilə əlaqəlidir. Çoxlu sayda molekulyar epidemioloji araşdırmalar nəticəsində müəyyən edilmişdir ki,  pensillinə davamlı pnevmokokklar, metsillinə davamlı staphilococcus aureus (MRSA) və vankomisinə davamlı enterokokklar kimi gram pozitiv orqanizmlər Avropada daha geniş yayılmışdır.

Mültirezistant sthaphilococcus aureusun qlobal şəkildə xəstəxanalarda yayılması böyük narahatlıq doğururdu. Hal-hazırda MRSA infeksiyasının yayılması ilə əlaqəli əhəmiyyətli epidemioloji tədqiqatlar həyata keçirilir. Epidemioloji məlumatlar enterokokkların, xüsusən də Enterococcus faccium növünün nozokomial patogen olaraq rolunun artdığını sübut edir. Bunun səbəbi böyük ühtimalla vankomisinə davamlı klonal nəslin (CC17) geniş yayılmasıdır.

Avropa boyunca penisillin və makrolidlərə davamlılıq trendləri dəyişir, amma bir çox ölkələrdə hər iki antibiotikı davamlılıq kimi qorxuducu bir trend müşahidə olunur.  baxmayaraq ki, antipnevmokokkal vaksinasiyanın geniş yayılmasının davamlılığa kəskin tısir edəcəyi gözlənilir, hazırda yayılmaqda olan invaziv pnevmokokklar arasında kapsulunu dəyişə bilən orqanizmlər ciddi şəkildə nəzərə alınmalıdırlar. Bu da qeyd edilməli olan faktdır ki, yeni konyuqasiya edilmiş vaksinlər Avropada tamamilə ümumi olan seroqruplarda antibiotikə davamlılığa təsir etmir.

Ümumilikdə, multirezistant gam pozitiv patogenlər sürətli şəkildə yayılmaqda olan təcili və bəzən də idarə olunması çətinlik törədən kliniki problemdir. Bu təkcə pnevmonologiya, onkologiya və urologiya palatalarında deyil, həm də intensiv baxım şöbələrində də problem qaynağıdır. Birinci və ikinci xətt emprik terapiya üsullarına davamlı infeksiyaların yayıldığı intensiv baxım şöbələrindəki xəstələr arasında ölüm faizi artmışdır. Multirezistant gram pozitiv patogenlər əməliyyatdansonrakı, cərrahi nahiyyə infeksiyalarında, abdominal infeksiyalar zamanı absess formalaşmasında müxtəlif dərəcədə iştirak edir.

Təəccüblüdür ki, gram pozitiv patogenlərin antibiotiklərə davamlılığının idarə olunmasına yönəldilmiş çox növlü müdaxilələrin aktual effektivliyi barəsində az məlumat var.

Davamlılığın dərəcəsini azaltmağa yönəlmiş bir sıra müdaxilələrlə yanaşı, davamlılığın geniş yayılmış effektləri barədə keyfiyyətli məlumatlar da azdır. UK-də hospitallarda antibiotiklərin təyin olunmasının təkmilləşdirilməsi ilə əlaqədar araşdırma aparan tədqiqatçılar multirezistant gram neqativ basillərin törətdiyi xəstəliklərin miqdarının azaldığını aşkar etmişlər. Buna baxmayaraq, bu üsulların multirezistant stafilokokkus aureus və vankomisinə davamlı enterokokklara qarşı effektivliyinə dair sübutlar çox azdır.

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?