Xəstəxanadaxili qan dövranı infeksiyaları

Xəstəxanadaxili qan dövranı infeksiyaları

xestexana, hosbital, qospital, infeksiya, xestexan

Qan dövranı infeksiyaları – QDİ (BSİ – Blood Stream İnfections) immun sisteminin yetərsizliyi nəticəsində infeksiyanın fokal nahiyədə lokallaşmaması və nəticədə yayılmış xəstəliyin üzə çıxması ilə xarakterizə olunan və xəstələnmə və ölümün əsas səbəblərindən olan infeksiyalardır. Bu infeksiyaların tezliyi, epidemiologiyası və törədici orqanizmlər tibbi baxımın səviyyəsinin artması ilə paralel olaraq dəyişir. Bu xüsusilə hospitalizə edilmiş immun zəifliyi olan və tibbi yardımdan və invaziv cihazlardan sıx asılı olan xəstələr arasında baş verir. Hazırda, Qan Dövranı İnfeksiyalarının 50%-dən çoxu xəstəxanadaxili qazanılmış olur.

  Antistafilokokkal B-laktam agentlərin yaranmasından sonra Staphylococcus aureus yerini gram-neqativ batsillərə vermişdi. 1970-ci illərdə Enterobakteriyalar dominant xəstəxanadaxili potogenlər idi. Təxminən 75% xəstəxanadaxili infeksiyalar gram-neqativ batsillər tərəfindən törədilirdi. Buna baxmayaraq 1980-ci illərin əvvəlindən etibarən nozokomial potogenlərin spektrində dəyişikliklər hiss olunurdu və gram-pozitiv kokklar dominant nozokomial patogenlər olaraq yenidən üzə çıxdılar.

  Nozokomial Qan Dövranı İnfeksiyalarının (QDİ) törədilməsində gram-pozitiv patogenlər üstünlük təşkil etməyə davam edir və bu qlobal problemdir.

 Gram-pozitiv kokklar tərəfindən törədilən QDİ-lərin epidemiologiyasına və kliniki əhəmiyyətinə daha detallı baxmaq maraqlıdır. Bakteremiyanın başlanması infeksiyanı törədən orqanizmin növündən asılı olaraq dəyişir. Streptokokklar və S. aureus tərəfindən törədilən infeksiyalar zamanı xəstəxanadaxili bakteremiya gram-neqativ batsillər, Candida və ekterokokklar tərəfindən törədilən infeksiyalara nisbətən daha tez üzə çıxır. Streptokokklar və S. aureus tərəfindən törədilən bakteremiyanın başlanması hospitalizasiyadan orta hesabla 2 həftə sonra olur. Gram-neqativ batsillərin, Candida və enterokokkların qan kulturasında üzə çıxması hospitalizasiyadan təxminən 1 həftə və daha sonra baş verir. Koaqulaza-neqativ stafilokokkların səbəb olduğu bakteremiya hospitalizasiyadan təxminən 19 gün sonra üzə çıxır.

  Xəstəxanadaxili QDİ-lərin yaranmasına səbəb olan orqanizmlər xəstənin hansı şöbədə hospitalizə edilməsindən asılı olaraq dəyişir. Beləki, Koaqulaza-neqativ stafilokokklar əsasən intensiv baxım (Reanimasiya) şöbəsində olan pasientlər arasında bakteremiya törədilərsə, streptokokklar və S. aureus daha çox palatada yatan xəstələr arasında bakteremiyaya səbəb olur.  Enterokokklar demək olar ki, hər iki şöbədə eyni dərəcədə bakteremiyaya səbəb olur. Streptokokkların törətdiyi QDİ-lər əsasən neytropeniya ilə birgə baş verir və çox hallarda hematologiya və onkologiya şöbələrinin xəstələrində baş verir. Gram-pozitiv kokklar tərəfindən törədilən QDİ-lər nəticəsində ölüm dərəcəsi 17%-dən 32%-ə qədər dəyişir: ən kiçik ölüm dərəcəsi koaqulaza-neqativ stafilokokklara, ən yüksək göstərici isə enterokokkların səbəb olduğu bakteremiya hallarına aiddir.

 Xəstəxanadaxili QDİ-larının yaranmasında iştirak edən gram-pozitiv  kokkların müalicəsində istifadə edilən antibiotiklərə davamlılıq adi hala çevrilib. SCOPE (Surveillance and Control of Pathogens of Epidemiological İmportance) araşdırmalarının birinə əsasən, koaqulaza-neqativ stafilokokkların səbəb olduğu 3908 QDİ halının 80%-də metisillin və başqa B-laktam antibiotiklərinə davamlılıq aşkarlanmışdır. Davamlılıq göstəricisi 1928 S. aureus izolyasiyasından 29%- də görülmüşdür. Bütün enterokokk növləri arasında vankomisinə davamlılıq 18% qeyd olunmuşdur.

Enterokokk növləri arasında Enterococcus faecium digər növlərə nisbətən daha davamlıdır- 50% vankomisinə, 80% ampisillinə davamlılıq müşahidə olunur.

Antibiotikə davamlılığın enterokokkal infeksiyaların müalicəsində çətinliklər yaratmasına baxmayaraq, enterokokkların vankomisinə davamlılığının artan ölüm dərəcəsi ilə asılılığı aşkar deyil. Ölüm dərəcəsinə öz təsirinin olması vankomisinə davamlı enterokokkların aşağı virulentliyə malik olması və ya davamlı orqanizmlərlə yoluxmuş xəstələrdə daha ölümcül vəziyyətlərin yaranması ilə əlaqələndirilir.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?