Yanıq yarası infeksiyaları

Yanıq yarası infeksiyaları

yanıq, yara, infeksiya

Dünyada hər il çoxlu miqdarda yanıqlarla xəsarət alma hadisələri baş verir, və belə xəstələrin böyük bir hissəsinin hospitalizasiyaya ehtiyacı olur. Digər zədələnmə növlərindən fərqli olaraq, yanıqlar zamanı metabolik və iltihabi zədələnmələr baş verir və bu da müxtəlif ağırlaşmaların əmələ gəlməsinə şərait yaradır. Belə hallarda infeksiyalar xəstələnmə və ölümün əsas səbəbidir və ölüm hallarının 61%-i infeksiya nəticəsində baş verir.

  İnsan orqanizmində ən böyük orqanlardan biri olan dəri maye homeostazının saxlanması, termorequlyasiya, immunoloji funksiyalar, neyrosensor funksiyalar və metabolik funksiyalar kimi çox əhəmiyyətli funksiyalara malikdir. Dəri həmçinin fiziki baryer kimi infeksiyalardan mühafizədə iştirak edir. Bu baryer zədələndikdə, potogenlər birbaşa orqanizmə daxil olur və infeksiyaya səbəb olurlar.

  Termal zədələnmənin təbiətinin və ölçüsünün infeksiyanın yaranma riskinə təsirindən əlavə olaraq, yarada kolonizə edən mikroorqanizmlərin növü və sayı da infeksiya riskini artırır. Yara nahiyəsinin infeksiyalaşmasına səbəb olan potogenlər əsasən metisillinə davamlı Staphylococcus aureus (MRSA) kimi gram pozitiv və Acinobacter baumannii, Pseudomonas aeruginosa və Klebsiellalar kimi gram neqativ orqanizmlərdir.

 Yanıq yaralarını həm də  göbələk infeksiyaları  infeksiyalaşdıra bilər. Bu infeksiyalar adətən geniş spektrli antibiotiklərin istifadəsindən sonra yaranır. Fungal potogenlər arasında, Candida abbicans infeksiyanın əsas səbəbidir.

            EPIDEMIOLOGIYA

  21-ci əsrin başlanğıcında CFS (Centre Fire Statistic) hesablamışdır ki, dünyada 7-8 milyona yaxın yanğınlar baş verir və bunun nəticəsində 70.000 – 80.000 ölüm və 500.000 – 800.000 zədələnmə halları meydana çıxır. NBR (National Burn Repository) məlumatlarına əsasən yanığlar nəticəsində ölüm halları, bütün ölüm hallarının 5.3%-ni təşkil edir. Bu göstərici yaşdan və yanıq səthinin sahəsindən asılı olaraq dəyişə bilir.

  LABARATOR ARAŞDIRMA VƏ DİAQNOZ

  Yanıq yarası infeksiyalarının diaqnozu yanıqlar üzrə ixtisaslaşmış peşəkar personal tərəfindən aparılan fiziki müayinəyə əsaslanır.

Leykositlərin sayının, neytrofil nisbətinin, eritrositlərin çökmə sürətinin və C-reaktiv zülalın miqdarının dəyişməsi kimi labarator göstəricilər yanıq yarası infeksiyalarından şübhələnməyə əsas verir.

  Labarator müayinələr infeksiyanın başlama riskinin müəyyən olunmasında istifadəyə yararlıdır. Yanıq xəsarəti almış şəxslərdə prealbumin səviyyəsinin az olması sepsis, orqanların disfunksiyası, xəstəxanada keçirilən günlərin sayının artması, yaranın sağalma qabiliyyətinin azalması və daha yüksək ölüm halları kimi faktorların yaranmasının risk faktorudur.

  Yanıq yarası infeksiyası şübhəsi olan xəstələrdə prokalsitoninin (0.56) səviyyəsi 75% həssaslıq və 80% spesifikliyə malikdir. Baxmayaraq ki, prokalsitoninin miqdarı diaqnostik meyar olaraq nəzərə alınmır, amma bu göstərici hər hansı infeksiya mənbəyinin olmasına dəlalət edir.

  Yanıq yarası infeksiyalarının diaqnostikası kliniki müayinələrə və kultura məlumatlarına əsaslanır;

  • Kəmiyyət kulturası infeksiyanı təsdiqləmək üçün istifadə oluna bilər lakin etibarlı deyil.
  • Tamponun kəmiyyət müayinəsi infeksiya törədən potogenin müəyyən edilməsinə yardım edə bilir.
  • Toxuma histopatologiyası infeksiyanın dərinliyinin müəyyən edilməsinə imkan verir.

  Yara nahiyəsindən götürülmüş kulturaları kolonizə olunmuş orqanizmlərin erkən müəyyən olunmasında, müalicə prosesinin monitorinqində, emprik terapiyanın idarə olunmasında və xəstəxanadaxili yayılmasının dəyərləndirilməsində böyük rolu vardır.

  Yaranın müxtəlif hissələrindən biopsiya nümunələrinin əldə olunması, histopatoloji və mikrobioloji müayinəyə göndərilməsi, potogenlərin müəyyən olunması və davamlılıq profillərinin aşkarlanması üçün zəruridir.

  Yaranın izopropil spirti ilə təmizlənməsindən sonra, 1-2 sm uzunluqda və 1.5 sm dərinlikdə, 2 paralel kəsik aparılır və dərialtı piy təbəqəsindən piy porsiyaları əldə olunur.

  Bakteriyalar əsasən  Gram və ya hematoksilin&eozin boyama üsullarından istifadə olunmaqla müəyyən olunur.

   Göbələklər periodik asid-Schiff və ya Gemori metamin gümüş boyama üsulları vasitəsi ilə görülə bilir.

MÜALICƏ

Tibbi xidmətin məqsədi infeksiyanın qarşısının alınmasıdır. Erkən vaxtlarda kəsib çıxarılma müalicənin hazırki standartıdır və infeksiya riskinin və xəstəxanada keçirilən günlərin azaldılması üçün həyata keçirilən ilkin cərrahi prosedurdur. 2015-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, erkən vaxtlarda kəsib çıxarılma tənəffüs sistemi zədəsi olmayan bütün yanıq xəsarəti almış xəstələrdə ölüm dərəcəsinin azalmasına səbəb olur.

  Yara baxımı ölmüş toxumaların, kənar hissəciklərin və daha öncə yerləşdirilmiş antimikrobların təmizlənməsinə yönəldilməlidir. Geniş-spektrli antimikrobial agentlər (Xlorheksidin glikonat) uyğun ağrı və gərginlik əleyhinə vasitələrlə birgə istifadə olunmalıdır.

  Analgeziya məqsədi ilə opioidlərin istifadəsi müzakirə olunur. Çünki bu maddələr öyrəşməyə və asılılığa səbəb olur və bəzən ağrını gücləndirə bilər–  opioid-əsaslı hiperalgeziya fenomeni. Buna görə də çoxəhatəli ağrı əleyhinə üsullar istifadə olunmalıdır. Opioid tərkibli agentlər (asetaminofen, ketamin) və alfa-adrenergik aqonistləri (klonidin və deksmedetomidin) istifadə oluna bilər. Qeyri-steroid iltihab əleyhinə maddələrdən yayınmaq lazımdır, çünki bu maddələr yara sağalmasını ləngidir.

  İnfeksiya müəyyən olunduqda, kulturada müəyyən olunmuş patogenə qarşı antimikrobial terapiya başlanmalıdır. İnvaziv infeksiyaya və ya sepsisə sübut olduqda, emprik terapiya başladılmalıdır. Ağır xəstələrdə bakteremiya halları 4% hallarda rast gəlinir. Ən çox rast gəlinən potogenlər S. aureus və P. aureginosadır. Buna görə də emprik terapiyanın başlanması zamanı bu nəzərə alınmalıdır.

 Antimikrobial rezistent bakterial infeksiyalar yanıq xəstələrində hospitalda keçirilən günlərin sayının artmasına səbəb olur. Hospitalizasiyadan 7, 14 və 21 gün sonra götürülmüş nümunələrdə orqanizmlərin davamlılığı xəstəxanaya daxil olunan gündə götürülmüş nümunədən daha çox  olur. Əgər multirezistent potogenlər müəyyən olunarsa, kolistin istifadə olunmalıdır. Kolistinin gram-neqativ bakteriyalara qarşı aktivliyinin dəyərləndirilməsi göstərmişdir ki, bu dərman müxtəlif davamlılıq səviyyələrində olan orqanizmlərə qarşı effektivdir.

  Hiperqlikemiya iltihab əleyhinə cavabın artması ilə əlaqəlidir və yanıq xəstələrində artmış qlükoza istehsalına və funksiyasını itirmiş toxumalarda qlükozanın ekstraksiyasına görə baş verir. Qlükoza miqdarına sıx nəzarət yaşam şansının artmasına və sepsis riskininn azalmasına şərait yaradır.

  Propanolol, yanıqlar zamanı effektivliyinə görə araşdırılmışdır. Təklif olunur ki, bu dərman glikemik kontrol sisteminin bərpasına, periferial lipolizin azaldılmasına və sepsis əleyhinə immun sistemin gücləndirilməsinə şərait yaradır.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər Bilgilər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?