Ebola virusu

Ebola virusu

ebola virus, virus

Ebola xəstəliyi nadir rastlanan və öümcül xəstəlikdir və ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasının ərazisində yerləşən Ebola çayı yaxınlığında aşkarlanmışdır. Bundan sonra, bir sıra Afrika ölkələrində dəfələrlə epidemiyalar baş vermişdir. Alimlər belə düşünürlər ki, Ebola virusu təmas yolu ilə xəstə heyvanlardan insanlara keçə bilir. Bu xəstəlik yoluxmuş qan və orqanizmdəki digər mayelərlə təmas nəticəsində insandan insana keçə bilər.

Yoluxma yolları

Belə düşünülür ki Pteropodidade fəsiləsindən olan meyvə yarasaları Ebola virusarının təbii daşıyıcılarıdır. Ebola virusu insanlara yoluxmuş heyvanların, məsələn, şimpanzelər, qorillalar, meymunlar, meşə antilopları və s. heyvanların qanı, sekresiyası, orqanları ilə təmasda olduqda keçir.

Səhiyyə işçiləri Ebolaya yoluxmuş insanların müalicəsi iə məşğul olarkən virusa yoluxa bilərlər. bu infeksiyadan mühafizə tədbirlərinə ciddi əməl etmədən xəstə ilə təmasda olduqda baş verə bilir.

Simptomlar

Ebola virusunun inkubasiya müddəti 2-21 gün arasında dəyişir. Simptomla inkişaf etdiyi müddətə qədər insanlar yoluxdurucu olmurlar. Ilk simptomlara anidən başlayan qızdırma, hasızlıq, əzələ ağrıları, başağrısı və boğaz ağrısı aiddir. Bu simptomların ardı ilə qusma, diareya, səpgilər, böyrək və qaraciyər çatışmazlığı əlamətəri və bəzi hallarda, daxili və xarici qanaxma kimi əlamətlər üzə çıxır. Labarator analizdə ağ qan hüceyrələrinin və trombositlərin miqdarının azalması və qaraciyər fermentlərinin yüksəlməsi əlamətləri aşkarlanır.

Müalicə

Yardımçı müalicə – oral və intravenoz rehidratasiya məhlullarının köçürülməsi – və xüsusi simptomların müalicəsi yaşama şansını artırır. Ebola xəstəliyinin hər hansı müalicəsi sübuta yetirilməyib. Buna baxmayaraq, qan məhsullarından istifadə, immune terapiya və dərman terapiyasının tətbiqi inkişaf etdirilməkdədir.

Təcrübi məqsədlə hazırlanmış Ebola vaksini Qvineyadakı yoxlamalar zamanı ölümcül virusa qarşı yüksək qoruyucu effect göstərmişdir. rVSV-ZEBOV adlanan vaksin 2015 ci ildə 11 841 insan üzərində araşdırılmışdır. Vaksin qəbul etmiş 5837 insan arasında, vaksinasiyadan 10 gün və daha artıq keçməsinə baxmayaraq Ebola xəstəliyi baş verməmişdir. Lakin həmin 10 gün müddətində vaksin qəbul etməmiş şəxslə arasında 23 hal aşkarlanmışdır.

Profilaktika

  • Gigiyena qaydalarına ciddi əməl etmək. əlləri sabunla yumqa və ya spirt tərkibli məhlullarla silmək.
  • Başqa insanların qanı və bədən mayeləri ilə təmasdan yayınmaq.
  • Yarasalar, meymunlar və bu heyvanların bişirilməmiş ət məhsulları ilə təmasdan yayınmaq.
  • Ebola xəstələrinin müalicə olunduğu şöbələrdən uzaq durmaq.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

herpes, yara, xestelik

Herpes

hepatit, Hepatit B, Hepatit B, Hepatit C, Hepatit D, Hepatit E

HEPATİT B

vərəm, verem, virus, xestelik, ag ciyer

VƏRƏM

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?