Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 fevral 2022)

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 fevral 2022)

NİLUFƏR MƏMMƏDOVA

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 6620 yoluxma faktı qeydə alınıb, 3385 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 670 min 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 min 727 nəfər müalicə olunaraq sağalıb, 8 min 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 807 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 797, bu günə qədər isə ümumilikdə 6 milyon 191 min 130 test icra olunub.

Fevralın 2-də Azərbaycanda 36 min 866 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1412, “buster” doza ilə peyvənd olunanların sayı isə 32 min 392 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 75 min 995, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 236 min 758, ikinci mərhələ üzrə 4 milyon 745 min 6, “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 94 min 231-dir.

 

https://trt.net.tr/azerbaycan/aktual/2022/02/02/az-rbaycanda-covid-19-dan-olum-v-yoluxma-sayi-2-fevral-2022-1772380

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?