Covid-19 yeni mutasiyaları

Covid-19 yeni mutasiyaları

covid-19 , qrip, soyuqdeyme

Araşdırmaçılar xəbərdarlıq edirlər ki, yeni SARS-CoV-2 mutasiyasi olan N439K Ştamı Vuhan Ştamı ilə müqayisədə daha yoluxucu və  davamlı ola bilər.

Bu barədə Çinin Harbin Texnologiya Universitetinin viroloq və genetika mühəndisləri məlumat verirlər. Onlar bildirir ki, mutasiya olunmuş yeni virus ştamı olan N439K ilk dəfə Vuhanda yayılan original ştamdan daha yoluxucu və immun cavaba davamlıdır.

Covid -19 pandemiyasına səbəb olan SARS-CoV-2 virusu mütəmadi olaraq yeni mutasiyalar keçirir və əmələ gələn yeni mutant ştamların bəziləri özlərinin daha yüksək yoluxuculuq xüsusiyyətləri ilə fərqlənirlər. Müxtəlif vaksin istehsalçıları tərəfindən satın alınmış ingilis alimlərinin `yararsız`araşdırmaları və bunun nəticəsi olaraq virusun mutasiya etmədiyi və ya yalnız zərərsiz mutasiyalar keçirdiyi barədə olan iddialarının əksinə olaraq SARS-CoV-2 daimi olaraq mutasiyalar keçirir. Qeyd edilən tip ingilis araşdırmalarının nəticələrinin yalnış olduğunu elə İngiltərə cəmiyyəti də hiss edir. Çünki İngiltərə virusdan ən çox əziyyət çəkən və itki verən ölkələrdən biridir.

SARS-Cov-2 nin Reseptor-əlaqəli domeninin (RBD), Angiotenzin Cevirici Enzim-2(ACE-2) və ya neytrallaşdırıcı antitellərlə olan qarşılıqlı əlaqələrinin struktur və energetik effektlərinin əsaslı öyrənilməsi və burada baş verən mutasiyaların nəzərdən keçirilməsi epidemiyanın diaqnozu, nəzarəti və daha optimal neytrallaşdırıcı agentlərin yaradılması üçün faydalı olacaq.

SARS-Cov-2-nin N439K ştamında baş verən əsas mutasiya RBD ilə əlaqəlidir. Araşdırmaçılar bildirir ki, məhz bu hissədə baş verən mutasiya nəticəsində daha yüksək elektrostatik davamlılıq göstərən `Duz körpüləri ` əmələ gəlir.

RBD regionundakı mutasiya nəticəsində N439K ştammından olan viruslar hACE-2 reseptoruna qarşı daha yüksək affinlik göstərir və bu da yoluxuculuğun artması ilə nəticələnir. Əlavə olaraq qeyd edilir ki, N439K-nın mutasiyaya uğramış RBD regionu SARS-CoV-2 ni neytrallaşdıran REGN10987 antitellərinə qarşı daha davamlıdır.

Araşdırma komandası SARS-CoV-2-nin insan ACE-2 reseptoruna bağlanma regionu ilə əlaqəli olan müxtəlif mutasiyaları dimanik molekulyar modellərdən istifadə edərək araşdırıb. Komanda N439K mutant ştamının Vuhan ştamı ilə müqayisədə daha güclü adheziya qabiliyyətinin olduğunu aşkar edib. Bu tapıntı güman ki, yeni monoclonal antitellərin yaradılmasında istifadə oluna bilər.

Virus səthində yerləşən nizəşəkilli zülalın RBD hissəsinin ACE-2 reseptoru ilə birləşməsindən sonra virusun hüceyrə membranıyla birləşməsi baş verir. Nizəşəkilli zülal iki hissədən ibarətdir. S1-hansı ki, sahib hüceyrəyə bağlanır, S2- hansı ki, membranla birləşmədə rol oynayır.

Müəyyən edilib ki, sahib orqanizm tərəfindən yaradılan immun antitellər virusun RBD hissəsini hədəf seçir və virusun ACE-2 reseptoruna birləşməsinin qarşısını alır. Əgər nizəşəkilli zülallarda mutasiya baş vererse, neytrallaşdırıcı antitellərin effektivliyi şübhə altına düşür. Hazırda virusun denya üzrə 930-a qədər mutasiyası qeyde alınmışdır. Verilən məlumata əsasən ASP614-dən GLY614-ə olan mutasiyalar virusun yoluxuculuğunu artırmışdır.

Hazırda dərmanlar, vaksinlər və antitellər Vuhanda qeydə alınan ştamın nizəşəkilli proteininin aminturşu ardıcıllığı əsas götürülərək hazırlanır. Müşahidələr göstərir ki, əvvəlki dövrdə Mers və SARS-CoV kimi infeksiyalar da Corona virusa oxşar şəkildə missense mutasiyalar keçirdikdən sonra neytrallaşdırıcı antitellərə qarşı həssaslıqları azalmışdı.

Daha yaxşı müalicə üsulları yarada bilmək naminə SARS-CoV-2 visusunun mutasiyalarını daimi olaraq izləmək lazımdır.

Araşdırma komandası RBD ilə ACE2 və neytrallaşdırıcı antitellər arasında yaranan kompleksləri modelləşdiriblər.Bu modellərin köməkliyi ilə original və mutasiyaya uğramış virus tiplərinın yaratdığı komplekslər müqayisə olunmuş və molekulyar dinamiki simulyasiyalar aparılmışdır. Müəyyən olunmuşdur ki, mutasiyalar daha çox virusun ORF(open reading frame) regionunda baş verir, hansı ki, virusun nukleokapsidi, nizəşəkilli proteini və digər qeyri-struktur zülallarını kodlaşdırır. Müəyyən olunub ki, sahib hüceyrədə dəliklər açan və onun daxili mühitini dəyişən ORF3a zülalı,Şimali Amerika və Okeaniya ərazisində daha çox mutasiya keçirib. Bu mutasiya güman ki, həmin ərazilərdə virusun daha geniş yayılması səbəblərindən biridir.

N439K ştammı hazırda daha çox Şimali Amerika, avropanını bəzi hissələri(İngiltərə, İspaniya, İtaliya ), İndoneziya, Malaziya və Filippində geniş yayılıb.

Araşdırma onu göstərir ki, mutasiyalar RBD-nin yalnız bir hissəsində baş vermir. Nizəşəkilli zülalda baş verən ən geniş yayılmış mutasiyalar D614G və D936Y variantlarıdır. N439K variantı isə nizəşəkilli zülalda baş verən ən dominant mutasiyadır(Burada 439-cu yerdə yerləşən Aspargini Lizin aminturşusu əvəz etmişdir).

Molekulyar dinamiki simulyasiyalar mutant N439K ştamının ACE2 reseptoru ilə birləşərkən daha uyğunlaşabilən şəkildə olduğunu göstərmişdir. Məhz bu uyğunlaşma bacarığı sayəsində mutant ştamıın ACE2 ilə əmələ gətirdiyi kompleks (SARS-CoV-2RBD-ACE2) daha möhkəmdir və daha çox hidrogen rabitəsinə sahibdir.

Maraqlıdır ki, N439K mutasiyasına malik virusların ACE2 ilə əmələ gətirdiyi kompleks original virusun əməkə gətirdiyi kompleksdən daha yüksək birləşmə enerjisinə sahibdir.Güman ki, Asparginin Lizinlə əvəz olunması sayəsində viruslar insan ACE2 arasında qarşılıqlı əlaqəni daha da möhkəmləndirən yeni duz körpüləri əmələ gəlir. Bundan əlavə kompleks əmələ gəlməsində Van der Waals qüvvəsi və müxtəlif yüklü molekulların bir birini cəzb etməsi də rol oynayır.

Bəzi təsdiq edilməmiş ingilis araşdırmaları göstərir ki, mutant viruslar daha zəifdirlər. Lakin  sübutlar göstərir ki, N439K insan ACE2 reseptoru ilə daha möhkəm birləşir və original virusdan daha çox yoluxucudurlar.

Araşdırmaçılar həmçinin N439K mutantının ACE2 ilə əmələ gətirdiyi kompleksə qarşı olan antitellərlə də bəzi sınaqlar aparmışlar. Bu zaman iki neytrallaşdırıcı antiteldən (REGN10987 və CB6) istifadə etmişlər. REGN10987 RBD-nin N439K yerləşən hissəsindəki CR2 və CR3 regionuna bağlanır.CB6 isə CR1 və CR2 regionuna. Analizlər göstərir ki, N439K CB6 antitellərinə qarşı həssaslığı azaldıb.

CB6 antitelləri N439K mutant virusları zərərsizləşdirə bildiyi halda, həmin viruslar REGN10987 antitellərinə qarşı kifayət qədər davamlılıq qazanmışlar.

Nəzərə alsaq ki, yeni antiviral strategiyalar Vuhan ştamı əsas götürülərək hazırlanır, bilmək lazımdır ki, SARS-CoV-2 də baş verən yeni mutasiyalar bu antiviralların effektivliyini aşağı sala bilər. Araşdırmaçılar bu səbəblə də yeni antiviralları hazırlayarkən mutasiyaları nəzərə almağın vacibliyini qeyd edirlər.

Sonda demək lazımdır ki, SARS-CoV-2 virusu təkamül etməyə davam edir. Bəzi mutasiyaları əvvəlcədən təxmion etmək mümkün olsa da, onların bir çoxu gözlənilməz şəkildə meydana çıxır. SARS-CoV-2 virusunu davamlı olaraq mutasiyalar baxımından analiz etmək onların tezliyini və hansı sıxlıqda ortaya çıxdığını öyrənmək lazımdır.Ümumiləşdirsək deyə bilərik ki, bu araşdırma zamanı SARS-CoV-2 virusunun bir çox mutasiyaları öyrənilmiş və bu zaman əsas üstünlük N439K mutasiyasına verilmişdir. Bu mutasiyanı keçirən virusların yoluxuculuğu və bəzi antitellərə qarşı həssaslığı öyrənilmişdir.

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?