Dünya Hepatit Günü

Dünya Hepatit Günü

hepatit day, dunya hepatit gunu

Dünya Hepatit Günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi olaraq tanımlanmış “Beynəlxalq Sağlamlıq Gün”lərindən biridir və hər il 28 iyul tarixində qeyd olunur.

2016-cı ilin May ayında Dünya Sağlamlıq Assembleyası 2030-cu ilə qədər bütün hepatitləri aradan qaldırmaq məqsədi ilə bütün ölkələri əhatə edən Beynəlxalq Strategiya təklif etmişdir.

Bu Beynəlxalq Strategiyaya dəstək olmaq üçün Dünya Hepatit İttifaqı 2016-cı ildə Hepatit Günündə Nohep proqramını başlatmışdır. Nohep virus hepatitlərini aradan qaldırmağa yönəlmiş brynəlxalq hərəkatdır. Bu proqram hepatitlərə qarşı mübarizədə insanları bir araya gətirmək məqsədi ilə fəaliyyət göstərir.

Dünya Hepatit Günü 2018 Kampaniyası: Xəbərsiz Milyonları Tap

Virus hepatitlərinin dünyamiqyaslı aradan götürməyin mümüknü olması üçün atılmalı olan ilk addımlardan biri də hepatit xəstəliyinə yoluxmuş olduqlarından xəbərsiz olan insanları tapmaq və onları müalicəyə cəlb etməkdir. Bu məqsədlə Dünya Hüpatit İttifaqı 2018-ci  il Hepatit Günündə “Xəbərsiz Milyonları Tap” başlığı ilə sorğu başlatmışdır.

Bu sorğu 3 il müddətində davam edəcək marifləndirici kampanihyadır və insanların məlumatlandırılması, insanların müayinələrə cəlb olunmasına həvəsləndirmə və beləcə diaqnozu müəyyən olunmamış xəstələri müəyyənləşdirmək məqsədi daşıyır. 

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?