DÜNYA MALYARİYA GÜNÜ : MALYARİYAYA QALİB GƏLMƏYƏ HAZIRIQ

DÜNYA MALYARİYA GÜNÜ : MALYARİYAYA QALİB GƏLMƏYƏ HAZIRIQ

malaria, dunya malaria günü

Bu il Dünya Malyariya Gününün əsas devizi “Malyariyaya qalib gəlməyə hazırıq” olmuşdur. Bu deviz malyariyanın inkişaf dövriyyəsinin qarşısını almaq və malyariyanı həmişəlik aradan qaldırmaq öhdəliyinə dəlalət edir.

Faktlar göstərir ki, CDC və digər beynəlxalq qurumların həyata keçirmiş olduğu tədbirlər uğurla nəticələnmişdir. Geniş yayılmış malyariya əleyhinə tədbirlər hesabına təxminən 7 milyon insan bu xəstəlikdən qurtara bilmişdir. Bütün bunlar malyariyanın ciddi problem olduğu ölkələrdə sosial sağlamlıq proqramlarının və siyasi liderlərin, eləcə də İİV, Vərəm və Malyariya əleyhinə Beynəlxalq Fond və digər beynəlxalq təşkilatların birgə əməyi sayəsində mümkün olmuşdur.

Buna baxmayaraq 91 ölkə və regionda təxminən 3.2 milyard insan (dünya əhalisinin təxminən yarısı) hələ də malyariya riski ilə üz-üzədirlər.  2016-cı ildən indiyə kimi malyariya 445 000 insanın ölümünə və216 milyon insanın xəstələnməsinə səbəb olmuşdur. Malyariyadan dolayı ölümlərin 80%-dən çoxu 15 ölkədə baş verir. Bu ölkələrin hamısı sub-Saharan Afrika regionunda yerləşən ölkələrdir. Hətta hazırki dövrdə belə, çoxsaylı  inkişaflara və uğurlara baxmayaraq, malyariya 15 yaşdan aşağı uşaqların əsas ölüm səbəblərindən biri olaraq qalır və hər 2 dəqiqədən bir 1 uşağın ölümünı səbəb olur.

CDC indi də xəstəliyin erkən müəyyən olunması, müalicəsi və profilaktikası üçün ciddi və keyfiyyətli araşdırmalar həyata keçirir.

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?