İİV və QİÇS

İİV və QİÇS

qics, ivv

İİV (İnsan İmmunçatışmazlıq Virusu) immun sistem hüceyrələrini zədələyən və xəstəliklərə və infeksiyalara  qarşı mübarizə qabiliyyətini zəiflədən virusdur.

QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) İİV virusları tərəfindən immun sistem zədələndikdə baş verən xəstəliklərin və infeksiyaların ümumi adıdır.

Hal hazırda İİV- in müalicəsi mümkün deyil,  lakin xəstə şəxsin daha uzun və rahat yaşamasına imkan verən effektiv dərman terapiyası mövcuddur.  Erkən diaqnostika və effektiv müalicə vasitəsilə İİV xəstələrində İİV-lə əlaqəli xəstəliklərin inkişafının qarşısı alına bilər və şəxs normal həyat tərzi sürə bilər.

SİMPTOMLAR. Bir çox insanlarda İİV-ə yoluxduqdan sonra 2-6 həftə sonra təxminən 1 həftə davam edən qripə bənzər simptomlar müşahidə olunur.  bu simptomlar yoxa çıxdıqdan sonra  illərlə İİV-in hər hansı əlamət və simptomu müşahidə olunmaya bilər.  Bumüddət ərzində virus immun sistemi zədələməyə davam edir.  Bu o deməkdir ki, bir çox insanlar İİV- ə yoluxmuş olduqlarından xəbərsiz olurlar.

İİV-ə yoluxma şübhəsi olan hər kəs müayinədən keçməlidir. Müxtəlif qrup insanlard İİV riski daha yüksəkdir və həmin şəxslər mütəmadi olaraq testlərdən keçməlidirlər:

  • Həmcinsi ilə cinsi əlaqədə olan kişilər
  • Qaradərili afrikalı heteroseksuallar
  • Eyni iynə və şprislərdən istifadə edən şəxslər

MÜALİCƏ. İİV-in müalicəsində antiretroviral dərmanlar istifadə olunur. bu dərmanlar virusun bədəndə çoxalmasının qarşısını alır, immun sistemin özünü bərpa etməsinə imkan verir və növbəti olası zədələnmələrin qarşısını alır.

Bu dərmanlar tablet formasında istehsal olunur və hər gün istifaə edilməlidir. İİV virusu hər hansı bir dərmana davamlılıq qazana bilər, lakin müxtəlif dərmanlaın kombinasiyasından istifadə etmək davamlılığın yaranma riskini azaldır.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?