KORONAVİRUSUN YAYILMASININ QARŞISINI ALMAQ ÜÇÜN ÜZƏRİNİZƏ DÜŞƏNİ EDİN

KORONAVİRUSUN YAYILMASININ QARŞISINI ALMAQ ÜÇÜN ÜZƏRİNİZƏ DÜŞƏNİ EDİN

covid-19, corona virus, koronavirus

Hətta siz gəncsinizsə və hər hansı sağlıq probleminiz yoxdursa belə, sizdə infeksiyaya yoluxma riski var və siz infeksiyanı başqalarına yoluxdura bilərsiz. Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə üzərinizə düşəni etməniz mühümdür.

  • Mümkün olduqda, işlərinizi evdə davam etdirin.
  • Əgər siz mühüm əhəmiyyəti olan infrastruktur sahəsində, məsələn səhiyyə sistemi, əczaçılıq və ya qida sənayesində çalışırsınızsa, siz öz işinizi normal rejimdə davam etməlisiniz. Siz, eləcə də həmkarlarınız CDC-in məsləhət gördüyü qaydalara əməl etməklə iş yerində özünüzü infeksiyadan qorumalısınız.
  • 10 nəfərdən artıq qruplar şəkilində toplaşmaqdan yayının.
  • Kafe, bar və restoranlarda yemək yeməyin. Daha çox onlayn sifarişlərə üstünlük verin.
  • Bütün növ səyahətlərdən, alış-veriş etməkdən və ziyarətlərdən yayının.

Gigiyena qaydalarına əməl edin:

  • Əllərinizi yuyun, xüsusilə də tez-tez istifadə olunan əşyalardan istifadə etdikdən sonra
  • Əlinizlə üzünüzə toxunmaqdan yayının
  • Öskürmə və ya asqırma zamanı ağzınızı və burnunuzu salfet və ya dirsəyinizlə tutun
  • İstifadə etdiyiniz əşyaları və yerləri mümkün olduğu qədər Tez-tez dezinfeksiya edin.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Bənzər xəbərlər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?