AMÖBİAZ | infeksion xəstəliklər

AMÖBİAZ

AMÖBİAZ

Amöbiaz dünyada geniş yayılmış ibtidai –  Entamoeba histolytica  tərəfindən törədilir.  Xəstəliyin ən çox rastgəlmə intensivliyi inkişaf etməkdə olan ölkələrdə görülür. Buna səbəb həmin ölkələrdə qida və su mənbələrində antisanitariyanın hökm sürməsidir.

Baxmayaraq ki, amöbiaz çox hallarda assimptomatik olur, amma dizenteriya və invaziv ektraintestinal xəstəliklərə də səbəb ola bilər. Amöbik qaraciyər absessi  invaziv amöbiaz üçün ən xarakterik haldır. Lakin başqa orqanlarda cəlb oluna bilər – plevropulmonar, kardial, serebral, renal, genital, peritoneal və dəri xəstəlikləri yarana bilər. İnkişaf etmiş ölkələrdə amöbiaz miqrantlardan və endemik zonalara səfər eliyənlərdən yayılır.

E histolyitica ibtidainin sistik formasının həzm sistemnə düşməsi yolu ilə keçir. Sistlər ətraf mühitdə həftələrlə, hətta aylarla qala bilərlər. Nəcislə çirklənmiş torpaqda, çirki sularda sistlərə rast gəlmək mümkündür.

Sistlərdən xaric olma nazik bağırsağın terminal şöbələrində və ya yoğun bağırsaqda baş verir. Bu trofozoidlərin bağırsaq boşluğuna tökülməsi ilə nəticələnir. Trofozoitlər yoğun bağırsağın selikli qişa baryerini keçərək, toxuma destruksiyasına, sekretor qanlı diarreyaya, kolitə və iltihablı bağırsaq xəstəliyinə səbəb ola bilir.  Bundan əlavə, trofozoitlər hematogen yolla portal dövrana qoşula və qaraciyər və başqa daxili orqanlara yayıla bilərlər.

E histolyitica müxtəlif xəstəliklərə səbəb olur. Bağırsaqlarla əlaqəli yarana biləcək xəstəliklərə aiddir:

 

  • Asimptomatik infeksiya
  • Simptomatik invaziv olmayan infeksiya
  • Kəskin proktokolit – dizenteriya
  • Kəskin kolit – perforasiya müşahidə olunur
  • Toksik megakolon
  • Xronik kolit
  • Amöboma
  • Perianal yaralar

Digər daxili orqanlarda  E histoylitica aşağıdakı xəstəliklərə səbəb ola bilər:

  • Qaraciyər absessi
  • Plevropulmonar xəstəlik
  • Peritonit
  • Perikardit
  • Beyin absesi
  • Sidik – cinsiyyət xəstəlikləri

ETİOLOGİYA

Amöbiaz protozoalar tərəfindən törədilən parazitik infeksiyadır və həm bağırsaqdaxili həm də bağırsaqlardan kənar bir sıra xəstəliklərə səbəb ola bilir.

Entamoeba cinsinin bir çox növləri var( E histoylitica, E dispar, E moshkovskii, E polecki, E coli və Ehartmanni). Bunlardan yalnız  E histoylitica amöbiaza səbəb olur, digərləri patogen deyillər.

E histolytica əsasən fekal-oral mexanizmlə keçir. Sistlər nəcislə çirklənmiş qida və su mənbələrində, həmçinin gigiyena qaydaları gözlənilməyən qida tədarukü məntəqələrində tapılır. Zəif immunitet, zəif qidalanma amöbiaz riskini artırır.

EPİDEMİOLOGİYA

Amöbiazla xəstələnmə halları dünyada çox rast gəlinir və ölüm halları çox baş verir. Protozoaların törətdiyi xəstəlikər içərisində ölüm hallarına görə yalnız malyariyadan geri qalır. Aşağıdakı qrup şəxslərdə amöbiaz riski artır.

  • Uşaqlar, xüsusən yenidoğulmuşlar
  • Hamilələr və zahı qadınlar
  • Kortikosteroidlərdən istifadə edənlər
  • Bədxassəli xəstəlikləri olanlar
  • Zəif qidalanan şəxslər

Amöbiazın törətdiyi bağırsaq xəstəlikləri ümumən müalicəyəyatımlıdır. Ama nəzərdə saxlamaq lazımdır ki, müalicə növbəti xəstələnmədən sığortalamır, yəni xəstəliyə təkrar yoluxma baş verə bilər.

Asimptomatik bağırsaq amöbiazı xəstələnmələrin 90%- də baş verir.  Asimptomatik amöbiaz xəstələrinin yalnız 4-10% – i 1 il ərzində təsadüfi inkişaf edən kolit və ya bağırsaqdankənar xəstələnmələr nəticəsində aşkar olunur.

Effektiv dərman müalicəsi tətbiq edilməyə başlayandan amöbik qaraciyər absessli xəstələrin ölüm halları 1%- ə enib. Ümumiyyətlə amöbik qaraciyər absessi 2-7% – hallarda anidən periton daxilinə yırtıla bilir və bu ağırlaşma ölüm hallarının artmasına səbəb olur.

Plevropulmonar amöbiaz meydana çıxan xəstələrin ölüm fazizi daha yüksəkdir(15-20%). Amöbik perikardit 40%, serebral amöbiaz isə 90%  letallıq dərəcəsinə mallikdir.

DİAQNOZ

Həkim xəstəlik və səyahət tarixçəsini öyrənməklə amöbiazdan şübhələnə bilər. Daha dəqiq diaqnoz üçün nəcis nümunəsindən yaxma  hazırlanmalı və amöb sistalarını aşkar etməlidir. Qaraciyərin funksiyalarını öyrənmək üçün labarator müayinələr tələb oluna bilər. Bundan başqa sistlər müşahidə olunmadıqda USM və KT müayinələri də lazım ola bilər.

MÜALİCƏ

yüngül hallarda metronidazol-dan istifadə olunur. ağırlaşmalar zamanı cərrahi əməliyyata ehtiyac ola bilər (məsələn, perforasiyalar zamanı).

PROFİLAKTİKA

Amöbiazdan yayınmaq üçün ilk növbədə sanitariya qaydalarına əməl etmək tələb olunur. Ən əsası, tualetdən istifadədən sonra və yeməkdən öncə mütləq əllər sabunla  yaxşıca yuyulmalıdır.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?