Askaridoz | infeksion xəstəliklər

Askaridoz

Askaridoz

Askaridoz yumru qurdların törətdiyi infeksiyadır.Bu parazit qurdlar insan orqanizminə öz yumurtalarını yerləşdirmək və və yetkin qurda çevrilmək üçün istifadə edirlər.Çoxalma qabiliyyətli yetkin qurdlar 30 smvədahauzun ola bilirlər. Bu xəstəlik dünyada çox geniş yayılmış xəstəliklərdən biridir.Yoluxmuş ionsanların çoxu xəstəliyi yüngül və simptomsuz keçirirlər. Lakin daha ağır hallarda ciddi simptomar və ağırlaşmalar olabilər.

Askaridoz əsasən tropik və subtropik ərazilərdə yaşayan  uşaqlarda yaranır.Xüsusən də sanitarik və gigiyenik tələblərin gözlənilmədiyi ərazilərdə bu xəstəliyə daha çox rast gəlinir.

SİMPTOMLAR

Askaridoz əsasən simptomsuz keçir.Ağır hallarda orqanizmin hansı hissəsinin zədələnməsindən asılı olaraq müxtəlif əlamətlər və simptomlar aşkar olunur.

Ağciyərlərdə askarid yumurtaları udulduqdan sonra nazik bağırsaqlarda yumurtalardan larvlar – kiçik qurdlar çıxır və qan dövranı və ya limfatik sistemlə ağciyərlərə gətirilir.-Bu mərhələdə xəstədə astma və ya pnevmoniyaya bənzər əlamətlər aşkar olunur:

  • - Davamlı öskürək
  • - Nəfəsvermə aktının qısalması
  • - Tənəffüs zamanı xırıltı və xışıltıların eşidilməsi

Ağciyərlərdə 6-10 gün müddətində qaldıqdan sonra lavrlar yenidən nəfəs borusuna keçir və öskürəklə yenidən ağız boşluğuna gətirilir.Buradan isə lavrlar yenidən həzm sisteminə keçirlər.

Bağırsaqlarda lavrlar nazik bağırsaqlarda yetkin qurdlara çevirilir və bu yetkinləşmiş qurdlar ölənə qədər bağırsaqlarda yaşayırlar. Bu müddət ərzində aşağıdakı simptomlar aşkarlanır.

  • - Səbəbsiz abdominal ağrı
  • - Ürəkbulanma və qusma
  • - İshal və nəcisdə qan

Əgər bağırsaqda yaşayan qurdların sayı çoxdursa bu özünü aşağıdakı əlmətlərlə göstərir:

  • - Kəskin abdominal ağrı
  • - Halsızlıq
  • - Qusma
  • - Çəki itirilməsi
  • - Qusuntu kütləsində və ya nəcisdə qurdların aşkarlanması 

SƏBƏBLƏR

Askaridoz insandan insana birbaşa keçmir.Bunun əvəzinə  xəstə insanın nəcisi ilə qarışmış torpaqla təmas və ya askarid yumurtaları ilə çirklənmiş sudan istifadə zamanı parazit yayılır. İnkişaf etməmiş ölkələrdə insan nəcisindən gübrə kimi istifadə olunur və ya antisanitariya ilə əlaqədar  olaraq insan dışkıları  həyətlərdə, bağçalarda torpaqla qarışır. Bu hallarda xəstəliyin yayılması artır.Kiçi yaşlı uşaqlar çirkli ərazilərdə torpaqla oynayırlar. Bu zaman yumurtalar çirkli əllər vasitəsi ilə ağıza daşınır.Yuyulmamış meyvə və tərəvəzlərdən istifadə də yumurtaların orqanizmı düşməsinə səbəb ola bilər.

RİSK FAKTORLARI

  • - Yaş: askaridoz 10 yaş və daha aşağıyaşlı uşaqlarda daha çox rast gəlinir .
  • - İsti iqlim: isti şərait askaridlərin inkişafına şərait yaradır.
  • - Antisanitariya: Askaridoz sanitariya şəraiti zəif olan inkşaf etməmiş ölkələrdə daha geniş yayılmışdır.

AĞIRLAŞMALAR

Kəskin infeksiya halarında askaridoz bəzi ağırlaşmalara səbəb ola bilər.

  • - İnkişafın zəifləməsi: İştahın azalması və qəbul olunan qidaların zəif sorulması askaridozlu uşaqların inkişafının zəifləməsinə səbəb olur.
  • - Bağırsaq keçməzliyi və perforasiya:Ağır hallarda çoxlu sayda qurdlar bağırsağın mənfəzinin tamamən tutulmasına səbəb ola bilər.Bağırsaq keçməzliyi kəskin ağrı və qusma ilə nəticələnir.Bəzən bağırsaq divarı cırıla və daxili qanaxmaya səbəb ola bilər.
  • Axacaqların tutulması: Az hallarda qurdlar qaraciyərin və ya mədəaltı vəzi axacaqlarının tutulmasına və kəskin ağrıya səbəb ola bilir.

PROFİLAKTİKA

Gigiyenik qaydaların gözlənilməsi əsas profilaktik tədbirdir.Qida maddələri ilə təmasdan öncə  əllərin sabun və su ilə yuyulması vacibdir.Meyvə və tərəvəzlərin yuyulduqdan sonra istifadə olunması məsləhətlidir. 

DİAQNOZ

Ağır hallarda öskürək və qusma zamanı qurdlar xaric olabilər. Bu zaman  həkimə müraciət etməli və uyğun müalicə tətbiq olunmalıdır.Diaqnoz üçün istifadə olunur:

  • - Nəcis analizi: Nəcisdə askarid yumurtalarının aşkarlanmasına əsaslanır.
  • - Qan analizi: Eozinofillərin miqdarının artması qurd infeksiyasının olmasını bildirir.

MÜALİCƏ

Bəzi hallarda askaridoz öz-özünə sağalır.Antiparazitar dərmanlar askaridozun müalicəsində ilk yerdə dururlar.Albendazol, İvermestin,Mebendazol ən çox istifadə olunan antiparazitar preparatlardır. Ağır hallarda bağırsaqlardakı qurdları və onların səbəb olduğu fəsadları aradan qaldırmaq üçün cərrahi müalicə lazım gələ bilər.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?