Balantidiaz | infeksion xəstəliklər

Balantidiaz

Balantidiaz

Balantidiaz Balantidium coli adlı kirpikli ibtidai tərəfindən törədilən yoğun bağırsaq xəstəliyidir. B coli  trofozoit və sist formasında olur və kor bağırsağdan tutmuş düz bağırsağa qədər bütün yoğun bağırsağı zədələyə bilir.Trofozoitlər ikili bölünmə yolu ilə çoxalır.İnsan yoluxma zamanı sistləri udur və həmin sistlər yoğun bağırsağa gəlib çıxır.Bu orqanizmlər əsasən bağırsağın boşluğunda yaşayırlar ,lakin bəzən selikli qişaya penetrasiya edib və bağırsaqda yaralar törədə bilərlər. B coli hialuronidaza ifraz etmək qabiliyyətinə malikdir və bu da onun selikli qişaya keçməsini asanlaşdırır.

EPİDEMİOLOGİYA

Balantidiaz donuz təsərrüfatı ilə məşğul olan şəxslərdə daha çox görünür.Immun sistemi güclü olan şəxslərdə balantidiaz assimptomatik keçir.Kəskin və tam gedişli balantidiazdan müalicə olunmayan şəxslərin 30% -i ölür. Immune sistemi zəif olan şəxslərdə xüsusən də xərçənglə əlaqəli immunosupressiv vəziyyətlərdə balantidiazlı xəstələr pnevmoniyaya yoluxurlar.

SİMPTOMLAR

Balantidiazın əsas simptomlarına aşağıdakılar aiddir:

  •  - İshal (sulu, qanlı, selikli)
  •  - Ürəkbulanma
  •  - Qusma
  •  - Qarın nahiyəsində ağrı
  •  - İştahasızlıq
  •  - Çəkinin itirilməsi
  •  - Başağrılar
  •  - Kolit
  •  - Qızdırma
  •  - Kəskin maye itirilməsi

SƏBƏBLƏR VƏ RİSK FAKTORLARI

Balantidiozun risk faktorlarına donuzlarla təmas, donuz ekskrementi ilə çirklənmiş gübrələrlə təmas və yaxınlığında  xəstə heyvanların yaşadığı su mənbələrindən istifadə aiddir. Zəif qidalanma, mədə turşuluğunun az olması, alkoqolizm və immune sistemin zəifləməsi xəstəliyin üzə çıxmasına səbəb olur.

DİAQNOZ

  • - Nəcis nümunəsinin labarator müayinəsi – nəcisdə qısa kirpiklərlə əhatə olunmuş, spiralvari hərəkət edən trofozoitlər aşkarlanması.
  • - Kolonoskopiya yoğun bağırsağın endoskopik müayinəsi  zamanı yaraların aşkarlanması üçün istifadə olunur. Əgər yaralar varsa həmin yaralardan müayinə üçün bioptat götürülür.
  • - KT – kompüter tomoqrafiya vasitəsilə ağciyərlərin, limfa düyünlərinin, eləcə də ,başqa orqanların prosesə qoşulub qoşulmadığı dəqiqləşdirilir.

B coli bağırsağların selikli və selikaltı qişalarını əhatə edərək yaralara, eozinofil və limfositlərin infiltrasiyasına səbəb ola bilər.Bəzən yaraların kənarında və ya selikaltı absesslərin kənarlarında trofozoitlər aşkarlanır.

AĞIRLAŞMALAR

  • - Bağırsağın perforasiyası
  • - Qaraciyər və mesenteric limfa düyünlərinin zədələnməsi
  • - Pnevmoniya

MÜALİCƏ

Kəskin ishalı olan balantidiaz xəstələrində itirilmiş maye və elektrolitlərin bərpası müalicənin ilk mərhələsidir.Balantidiaz kəskin appendisitə səbəb ola bilər,bu zaman cərrahi müallicə tələb olunur.Ağırlaşmaların və ölümün qarşısını almaq üçün dərman müalicəsindən istifadə olunur. QİÇS xəstələrində və ya kəskin immune zəifliyi olan şəxslərdə balantidiazın dərmanlarla müalicəsi uzun müddət davam edə bilər.Müalicə zamanı istifadə olunan antibiotiklər tetrasiklin və metronidazoldur.

PROFİLAKTİKA

  • - Təmiz içməli su mənbələrindən istifadə etmək
  • - Donuzlarla təmasdan yayınmaq
  • - Donuz ekskrementli gübrələrə əllə toxunmamaq
  • - Gigiyenik təmiz ərazilərdə yaşamaq

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Exinokokkoz

Exinokokkoz

Askaridoz

Askaridoz

suçiçeyi, suciceyi

Suçiçəyi

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?