BİZQUYRUQ İNFEKSİYASI | infeksion xəstəliklər

BİZQUYRUQ İNFEKSİYASI

BİZQUYRUQ İNFEKSİYASI

Bizquyruq infeksiyası dünyada ən geniş yayılmış bağırsaq infeksiyalarından biridir. Bizquyruq qurdları nazik, ağ rəngdə 5-13 mm ölçülü qurdlardır.

Insan yatdığı zaman dişi qurd anus ətrafındakı dəri qatlarına minlərlə yumurta qoyur. əksər insanlarda bu infeksiya simptomsuz keçir, lakin bəzi insanlarda anal nahiyədə qaşınma və ya yuxusuzluq kimi simptomlarla  keçir.

Enterobioz infeksiyası məkətb yaşlı uşaqlarda daha tez-tez rast gəlinir və mikroskopik ölçülü yumurtalar uşaqdan uşağa asanlıqla keçə bilir. Müalicəsi bizquyruqları öldürən dərmanlarlaç yataq dəstlərinin və alt paltarlarının tez-tez dəyişdirilməsi ilədir. Daha uğurlu müalicə üçün bütün ailənin müalicəyə cəlb olunması məsləhətlidir.

SİMPTOMLAR

Enterobioz infeksiyasının simptolarına aid edilə bilər:

  • Anal və vaginal sahələrdə qaşınma
  • Yuxusuzluq, həssaslıq və narahatlıq
  • Fasiləli abdominal ağrı və qusma

Bizquyruq infeksiyaları çox vaxt simptomsuz keçirlər.

SƏBƏBLƏR

Təsadüfən bizquyruq yumurtalarının həzm və ya tənəffüs sisteminə düşməsi enterobioza səbəb ola bilər. yumurtalar istifadəyəyarasız qida məhsulları və su ilə eləcə də barmaqlar vasitəsi ilə ağız boşluğuna düşə bilər. udulmadan sonar bağırsaqlarda yumurtalar qurdlara çevrilir və bir neçə həftədən sonar qurdlar yetkinləşirlər.

Dişi qurdlar yumurta qoymaq üçün anusa doğru hərəkət edirlər, bu da çox vaxt qaşınmaya səbəb olur. Anal nahiyəni qaşıyan zaman yumurtalar barmaqlara yapışır və dırnaqların altında qalırlar. Bundan sonar yumurtalar ətrafdakı əşyalara, yataq dəstlərinə, oyuncaqlara və s. yayılırlar. Yumurtalar həmçinin çirkli əllər vasitəsi  ilə qida maddələrinə, içkilərə, paltarlara və başqa insanlara keçə bilər.

Bizquyruq yumurtaları əşyaların səthi üzərində 2-3 həftəyə qədər qala bilər.

RİSK FAKTORLARI

Enterobioz infeksiyasının risk faktorlarına aşağıdakılar aiddir:

  • Az yaşlı olmaq. Enterobioz infeksiyası əsasən 8 yaşdan aşağı şəxslərdə rast gəlinir. Yumurtalar asanlıqla ailə üzvlərinə, uşaq baxıcılarına, bağçadakı və məktəbdəki digər uşaqlara keçə bilir.
  • Kütləvi yaşayış olan yerlərdə yaşamaq. Sıxlıq olan yaşayış məntəqələrində enterobioza daha tez-tez rat gəlinir.

AĞIRLAŞMALAR

Tipik bizquyruq infeksiyası ciddi problemlərə səbəb olmur. Nadir hallarda ağır vəziyyət olduqda qadın cinsiyyət orqanlarında infeksiyaya səbəb ola bilər.

Parazit anal nahiyədən vaginal nahiyəyə və daha sonar uşaqlığa, fallop borularına və digər çanaq orqanlarına keçə bilərş bu vaginitə və endometritə səbəb ola bilər.

DİAQNOZ

Həkim enterobioz infeksiyasını təsdiqləmək üçün bizquyruq qurdlarının və yə yumurtalarının aşkarlanması üulundan istifadə edir. Diaqnoza yardım məqsədi ilə “tapetest” lərdən istifadə olunur. Enterobiozdan şübhəli şəxslər tualetdən istifadə etməmişdən əvvəl lent dəriyə yapşıdırılır və əgər yumurtalar varsa onlar lentə yapışır. Daha yaxşı nəticə üçün test 3 gün ardıcıl təkrarlanır və sonar nəticələr həkim tərəfindən mikroskopim müayinə olunur.

 

MÜALİCƏ

Müalicə məqsədi ilə ailənin bütün üzvlərinə dərmanlar təyin edilir. Bu profilaktika və reinfeksiya hallarının qarşısını almaq üçündür. ən çox istifadə olunan antiparazit dərmanlar Mebendazol və Albendazoldur. Müalicə zamanı əlavə tsirlər meydana çıxa bilər.

PROFİLAKTİKA

Bizquyruq yumurtaları əşyaların üzərinə yapışır. Buna görə əşyaların üzəri müntəzəm təmizlənməsi enterobiozun yayılmasının qarşısını ala bilər. reinfeksiyanın qarşısını almaq üçün aşağıdakılara əməl etmək lazımdır.

  • Səhərlər yuyunmaq
  • Yataq dəstlərini və alt paltarlarını gündəlik dəyişmək
  • Paltarların qaynar su ilə yuyulması
  • əlləri müntəzəm olaraq yumaq

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin

Aysel
2022-11-15 22:19:41

Super məsləhətdir çox sağolun


Vefa
2023-03-03 11:44:05

Üreyme yad cisim var


Vefa
2023-03-03 11:44:37

Üreyme yad cisim var










Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?