Botulizm xəstəliyi | infeksion xəstəliklər

Botulizm xəstəliyi

Botulizm xəstəliyi

Qida mənşəli botulizm ciddi və potensial olaraq ölümcül xəstəlikdir.Bu xəstəliyə çox nadir hallarda rastlanır.Xəstəlik botulotoksinlərlə zəngin olan qida maddələrindən istifadə zamanı yaranır.Botulizmin insandan insana yoluxması mümkün deyil.

Clostridium botulinum bakteriyalarının istehsal etdikləri sporlar temperature davamlı olur.Bu sporlar hətta oksigen olmayan mühitdə belə çoxalır, inkişaf edir və toksin ifraz edirlər.Botulizim toksinlərinin 7 müxtəlif növü vardır, tip A-G.  Bunlardan 4-ü (tip A, B, C, və bəzi hallarda F) insanlarda botulizm xəstəliyini törədirlər. C, D, və E tiplər isə digər məməlilərdə, quşlarda və balıqlarda xəstəlik törədirlər.

Botulizm toksini orqanizmə bakteriyanın və ya sporlarının yaşadığı və toksin ifraz etdiyi qida məhsullarından düzgün istifadə edimədikdə düşür.Xəstəlik əsasən qida mənşəli toksikoinfeksiya olmasına baxmayaraq, uşaqlarda C.botulinum bağırsaq infeksiyalarına, yara infeksiyalarına səbəb ola bilər və inhalyasiya yolu ilə də keçə bilər.

Qida mənşəli botulizmin simptomları

Botulizm toksini neyrotoksindir və buna görə sinir sistemini zədələyir. Qida mənşəli botulizm iflicə, tənəffüs çatışmazlığına səbəb ola bilər. Erkən simptomlara yorğunluq,halsızlıq,görmənin toranlaşması,ağızın quruması,danışma və udqunma zamanı çətinlik kimi əlamətlər aiddir. Qusma, ishal, qəbzlik kimi əlamətləri olur. Xəstəlik tənəffüs əzələləri və bədənin aşağı hissələrinin əzələləri zəiflədikdən sonra, boyun və qollarda da əzələ zəifliyinə səbəb ola bilir. T

Bu simptomlar bakteriyanın özünün təsiri ilə deyil,həmin bakteriyanın istehsal etdiyi toksinin təsiri nəticəsində yaranır. Simptomlar adətən 12-36 saat ərzində üzə çıxır (minimum 4 saat, maksimum 8 gün).Botulizmin rastgəlmə intensivliyi aşağıdır,lakin uyğun diaqnoz və müalicə tətbiq edilmədikdə ölüm halları xeyli yüksəkdir.Bu xəstəlik 5-10 % hallarda ölümlə nəticələnir.

“BOTOKS”

Kliniki və kosmetik məqsədlərlə istifadə olunan və botoks adlanan farmasevtik vasitə məhz C. botulinum bakteriyasının istehsalıdır.Botoks müalicəsi zamanı saflaşdırılmış və durulaşdırılmış A tip botulizm neyrotoksinidir.Tibb şöbələrdə və xüsusi göstəriş olduqda tətbiq olunmalıdır. Əksər hallarda hər hansı əks reaksiya göstərmir lakin bəzən əks effect göstərə bilir.

Diaqnoz və müalicə

Diaqnoz əsasən anamnestik,kliniki və labarator müayinələrin nəticələrinə əsaslanır. Labaratoriyada botulizm toksininin serumda,nəcisdə və ya istifadə olunmuş qida məhsullarında aşkarlanmasına,eləcə də nəcisdən,yaradan və ya qida məhsullarından əldə edilmiş kuturada C. botulinum bakteriyalarının tapılmasına əsaslanır. Bu xəstəliyin bəzi əlamətləti insult,Gullain-Barre sindromu və miasteniya gravis kimi xəstəliklərin əlamətləri ilə üst-üstə düşdüyünə görə yanlış diaqnoz da qoyula bilir.

Kliniki diaqnoz təyin edildikdən sonra tez bir zamanda antitoksin tətbiq ediməlidir.Antitoksinin erkən istifadəsi ölüm halını azaldır.Ağır hallarda yardımçı müalicə, xüsusən də mexaniki ventilyasiya (bəzən həftələrlə və aylarla tətbiq edilə bilər) tətbiq edilməlidir.Yara botulizmindən başqa digər hallarda antibiotiklərdən istifadə məqsədə uyğun deyil. Botulizmə qarşı vaksin mövcuddur lakin, bu vaksinin əks effektləri çox olduğuna görə istifadə edilmir.

Profilaktika

Qida mənşəli botulizmin profilaktikasının əsasənda qida məhsullarının hazırlanmasında gigiyenik tələblərin gözlənilməsi durur.ÜST Təhlükəsiz qidalanmanın beş sirri qida məhsulları istehsalçıları və müştəriləri maarifləndirmə məqsədi ilə yaradılmış programdır.Bunlar əsasən qida zəhərlənmələrinin qarşısının alınması üçün nəzərdə tutulub.

Bu beş faktor aşağıdakılardır:

  • - Qidanı təmiz şəraitdə saxlamaq
  • - Çiy və bişirilmiş məhsulları ayırm
  • - Qida məhsularını uyğun temperaturda saxlamaq
  • - Təmiz və təhlükəsiz su və məhsullarından istifadə etmək
  • - Qidanı yaxşı bişirmək

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?