Difillobotriaz | infeksion xəstəliklər

Difillobotriaz

Difillobotriaz

Difillobotriaz Diphillobothrium Latum və ya başqa Diphillobotrium növləri tərəfindən törədilən infeksion xəstəlikdir. Bu xəstəlik balıq ətinin çiy-çiy və ya duza verilmiş şəkildə istifadə edildiyi ərazilərdə endemikdir.

SİMPTOMLAR

Difillobtriaz xəstəliyi çox insanlarda asimptomatik olur, simptomatik olduqda isə əsasən aşağıdakı simptomlar müşahidə olunur:

  • Qarın nahiyəsində ağrı
  • Həzmin pozulması və ya dispepsiya
  • Qurdun bədəninin seqmentlərinin

Başqa, daha az rast gəlinən simptomlara isə aşağıdakılar aiddir:

  • Yorğunluq
  • İshal
  • Başgicəllənmə
  • Zəiflik – (nadir hallarda)
  • Ətraflarda keyimə
  • Aclıq hissi

Çox xəstələrdə difillobotriaz zamanı xəstəliyin əlamətləri olmur. Nadir hallarda aşağıdakı fiziki əlamətlər aşkar edilir:

  • Qlossit
  • Solğunluq
  • Dispnea
  • Taxikardiya
  • Hipoesteziya
  • Paraesteziya
  • Hərəkət cə koordinasiyanın saxlanılması zamanı problemlər

Keçməməzlik olan xəstələrdə isə aşağıdakı fiziki əlamətlər də qeyd edilə bilər:

  • Qarın nahiyəsində gərginlik
  • Qarın nahiyəsində şişkinlik
  • Peritoneal əlamətlər

 

DİAQNOZ

Aşağıdakı laborator əlamətlər diaqnozun qoyulmasında yardımçı vasitələrdir:

  • Nəcisin parazitlərə və yaxud da onların yumurtalarına görə mikroskopik müayinəsi
  • Hemoqlobin səviyyəsi və hematokrit
  • Leykositlərin sayı
  • B12 vitamininin səviyyəsi
  • Folat turşusu səviyyəsi
  • Qanın ümumi müayinəsi

Difillobotriaz səbəbi ilə yaranan anemiyalar  zamanı mədə şirəsində sərbəst hidroxlorid turşusunun artmasına müşahidə olunur.

ETİOLOGİYA

Difillobotriaz infeksiyalaşmış balıq ətinin çiy yaxud da az bişmiş şəkildə istifadə edilməsi və bunun nəticəsində əmələ gələn bağırsaq infeksiyasıdır. əsasə səbəbkar orqanizmlər D Latum və nihonkaiense növləridir. Başqa Difillobotriaz növləri də xəstəliyə səbəb ola bilər, lakin bu az hallarda baş verir:

  • Diphyllobothrium pacificum
  • Diphyllobothrium cordatum
  • Diphyllobothrium ursi
  • Diphyllobothrium dendriticum
  • Diphyllobothrium lanceolatum
  • Diphyllobothrium dalliae
  • Diphyllobothrium yonagoensis

EPİDEMİOLOGİYA

Difillobotriaz geniş yayılmış bir xəstəlikdir və təmiz su hövzələri yaxınlığında və  buna bənzər ərazilərdə yaşayan insanları yoluxdura bilir. D latum əsasən Avropada, Afrikada və Uzaq Şərqdə yaşayan insanlara təsir göstərir, balıq ətinin çiy və ya az bişmiş yeyildiyi ölkələrdə bu xəstəlik endemikdir(məsələn, Şimali Avropa və Skandinaviya). Qidalanmadan əlavə insan ekkrementi tərkibli gübrələrin istifadəsi və antisanitariya, bəzi ölkələrdə difillobotriaz xəstəliyinin rast gəlmə intensivliyinin artmasında rola malikdir.

 

Ümumilikdə Difillobotriaz xəstəliyinin proqnozu yaxşı olur.  D latum invaziv deyil və buna görə də bu xəstəliklə əlaqəli ölüm halları çox az olur. Tək dozalı terapiya adətən effektiv olur, lakin bəzən müalicə uöursuz da ola bilər və təkrar müalicəyə ehtiyac yarana bilər. Bəzən ağır hallarda kəskin meqaloblastik anemiya və ya bağırsaq keçməzliyi yarana bilir. Rast gəlməsinə baxmayaraq meqaloblastik anemiya çox nadir hallarda olur. Bağırsaq keçməzliyi də həmçinin nadir hallarda, xüsusən də çoxlu sayda qurdların həzm traktında toplanmasında rast gəlinir.

Reinfeksiyanın baş vermə ehtimalı olduöuna görə xəstələrə qidalanma rejimində dəyişikliklər etmək məsləhət görülməlidir. Xüsusən də endemik ərazilərə səyahət edərkən qidalanma və gigiyena qaydalarına əməl edilməsi tapşırılmalıdır. İnsanların balıq ətindən istifadə ilə bağlı marifləndirilməsi də vacibdir. Balığın 56 dərəcə və ya daha yüksək temperaturda 5 dəqiqədən çox bişirilməsi və ya  -18 dərəcədə 24 saat ərzində dondurulması difillobotriazların məhvinə səbəb olur.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Xlamidioz

Xlamidioz

herpes, yara, xestelik

Herpes

Acute bronchitis, Kəskin bronxit

Kəskin bronxit

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?