Difteriya xəstəliyi

Difteriya xəstəliyi

Difteriya

Difteriya Corynebacterium Diphteria bakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir və əsasən döş qəfəsi və yuxarı tənəffüs yollarını zədələyir. Bu bakteriya həmçinin digər orqanları zədələmə funksiyası olan toksin istehsal edir. Bu xəstəlik kəskin gedişi ilə xarakterizə olunur və əsas əlamətləri boğazda ağrı, az miqdarda temperature yüksəlməsi, boğazda badamcıqların şişməsindən ibarətdir. Difteriya toksini bəzi ağır hallarda hətta miokarditlərə və periferik neyropatiyalara səbəb oa bilər. Difteriya toksini boğazda və badamcıqların üzərində ölü toxumadan ibarət təbəqə əmələ gətirir və bunula da nəfəsalmanı və qidanın udulması prosesini çətinləşdirir. Bu xəstəlik birbaşa fiziki kontakt yolu ilə və ya xəstə insanların öskürməsi və ya asqırması nəticəsində əmələ gələn aerosol formalı sekresiyanın udulması zamanı insandan insane keçə bilir.

Difteriya əleyhinə vaksinasiya bu xəstəlikdən dolayı baş verən xəstələnmə və ölüm hallarını əhəmiyyətli dərəcədə azalmışdır. Buna baxmayaraq difteriya xəstəliyi bir sıra azgəlirli ölkələrdə hələ də uşaqlar arasında böyük sağlıq problem olaraq qalmaqdadır. Difteriyanın endemik olduğu ölkəərdə, xəstəlik kiçik epidemiyalar formasında ya da sporadic olaraq rastlanılır. Difteriya xəstəliyi 5-10% hallarda ölümlə nəticələnə bilir. Bu göstərici uşaqlar arasında daha yüksəkdir. Müalicə zamanı difteriya toksininin təsirini aradan qaldırmaq üçün antitoksinlərdən, eləcə də bakteriyaları öldürmək üçün antibiotiklərdən istifadə olunur.

 

Difteriya vaksini toksik qabiliyyəti inaktivasiya edilmiş bakterial toksoiddir. Bu vaksin başqa vaksinlərlə birlikdə kombinasiya şəkilində tətbiq olunur.  Yetkin insanlarda və yaşlılarda difteriya toksoidi əsasən tetanus toksoidi ilə birlikdə daha aşağı konsentrasiyalarda tətbiq edilir.

ÜST ilkin olaraq 3 dozalı vaksinasiya, bunun ardınca isə 3 gücləndirici doza vaksinasiyanın tətbiq olunmasını təklif edir. Birinci mərhələ vaksinasiya təxminən 6 həftəlikdə başlanmalı və 4 həftə intervalla tətbiq edilməlidir. Gücləndirici dozalar isə 2 yaşda (12-23 ay), 4-7 yaşda və 9-15 yaşda tətbiq edilməlidir. Gücləndirici dozalar arasında ən az 4 il intervalın olması daha məqsədəuyğundur.

  • Difteriyaya qarşı immuniteti daha da gücləndirmək üçün, kombinəedilmiş difteriya və tetanus toksoid vaksini (TD və ya Td) istifadə olunmalıdır. Bu həmçinin hamiləlik zamanı və müxtəlif zədələnmələrdə tətbiq ediə bilər.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Acute bronchitis, Kəskin bronxit

Kəskin bronxit

Göy öskürək

Göy öskürək

Qonoreya

Qonoreya

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?