Ebola virusu | infeksion xəstəliklər

Ebola virusu

ebola virus, virus

Ebola xəstəliyi nadir rastlanan və ölümcül xəstəlikdir və ilk dəfə 1976-cı ildə Konqo Demokratik Respublikasının ərazisində yerləşən Ebola çayı yaxınlığında aşkarlanmışdır. Bundan sonra,bir sıra Afrika ölkələrində dəfələrlə epidemiyalar baş vermişdir.Alimlər belə düşünürlər ki,Ebola virusu təmas yolu ilə xəstə heyvanlardan insanlara keçir. 

Yoluxma yolları.

Belə düşünülür ki, Pteropodidade fəsiləsindən olan meyvə yarasaları Ebola virusunun təbii daşıyıcılarıdır.Ebola virusuna yoluxmuş heyvanlar,məsələn, şimpanzelər,qorillalar, meymunlar, meşə antilopları və s heyvanların qanı,sekresiyası,orqanları ilə təmasda olduqda keçir.

Səhiyyə işçiləri Ebolaya yoluxmuş insanların müalicəsi ilə məşğul olarkən virusa yoluxa bilərlər. İnfeksiyadan mühafizə tədbirlərinə ciddi əməl edilmədən xəstə ilə təmasda olunmamalıdır.

Simptomlar

Ebola virusunun inkubasiya müddəti 2-21 gün arasında dəyişir.Simptomların inkişaf etdiyi müddətə qədər insanlar yoluxdurucu olmurlar.İlk simptomlara anidən başlayan qızdırma, hasızlıq,əzələ ağrıları,başağrısı və boğaz ağrısı aiddir.Bu simptomların ardından qusma, diareya, səpgilər,böyrək və qaraciyər çatışmazlığı əlamətləri və bəzi hallarda,daxili və xarici qanaxma kimi əlamətlər üzə çıxır.Labarator analizdə ağ qan hüceyrələrinin və trombositlərin miqdarının azalması və qaraciyər fermentlərinin yüksəlməsi aşkarlanır.

Müalicə

Yardımçı müalicə – oral və intravenoz rehidratasiya məhlullarının köçürülməsi və xüsusi simptomların müalicəsi yaşama şansını artırır.Ebola xəstəliyinin hər hansı müalicəsi sübuta yetirilməyib.Buna baxmayaraq,qan məhsullarından istifadə,immune terapiya və dərman terapiyasının tətbiqi inkişaf etdirilməkdədir.

Təcrübi məqsədi ilə hazırlanmış Ebola vaksini Qvineyadakı yoluxamalar zamanı ölümcül virusa qarşı yüksək qoruyucu effekt göstərmişdir.VSV-ZEBOV adlanan vaksin 2015 ci ildə 11 841 insan üzərində araşdırılmışdır.Vaksin qəbul etmiş 5837 insan arasında, vaksinasiyadan10 gün və daha artıq keçməsinə baxmayaraq Ebola xəstəliyi baş verməmişdir.Lakin həmin 10 gün müddətində vaksin qəbul etməmiş şəxslər arasında 23 hal aşkarlanmışdır.

Profilaktika

  • - Gigiyena qaydalarına ciddi əməl etmək. əlləri sabunla yumaq və ya spirt tərkibli məhlullarla silmək.
  • - Başqa insanların qanı və bədən mayeləri ilə təmasdan yayınmaq.
  • - Yarasalar, meymunlar və bu heyvanların bişirilməmiş ət məhsulları ilə təmasdan yayınmaq.
  • - Ebola xəstələrinin müalicə olunduğu şöbələrdən uzaq durmaq.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?