HEPATİT B

HEPATİT B

hepatit, Hepatit B, Hepatit B, Hepatit C, Hepatit D, Hepatit E

HBV qaraciyərin iltihabına səbəb olan infeksiyadır.Sağlam bir şəxs virusa yoluxa və virusu bilmədən başqasına da keçirə bilər.Bəzi şəxslərdə simptomlar olmur, bəzi hallarda xəstə yalnız ilkin infeksiyaya malik olur, digər hallarda isə infeksiya xroniki hal alır,çünki virus qaraciyərə zamanla əks təsirini göstərməyə davam edir. Geriyə dönməz qaraciyər fəsadları yaranır.
Dünyada ümumilikdə, HBV-lə bağlı xronik infeksiyanın hər il 240 milyon insana təsir etdiyi və hər il HBV ilə əlaqəli qaraciyər xəstəliyindən təxminən 786,000 adamın öldüyü deyilir.

SƏBƏBLƏRİ

Hepatit B virusa yoluxmuş bir şəxsdən qan, sperma və ya digər bədəndən xaric olunan mayelərin vasitəsilə başqa bir şəxsin bədəninə daxil olduqda ötürülür. Bu, dəridə bir zədələnmə,paylaşılan iynə və ya bədən mayelərinin hər hansısa mübadiləsi zamanı ola bilər.İnfeksiya baş verə bilər:

  • yoluxmuş bir ana dünyaya körpə gətirərsə
  • cinsi əlaqə zamanı
  • iynələr,şprislər və digər dərman maddəsi inyeksiyaları ilə
  • aşağı keyfiyyətli döymə texnologiyası
  • üzqırxan və ya diş fırçası kimi şəxsi gigiyena əşyalarını paylaşdıqda

Tibb işçiləri tibbi avadanlıqların təkrar istifadəsi, fərdi mühafizə vasitələrindən istifadə edilməməsi zamanı kəskin tullantıların düzgün atılmaması kimi təhlükəli hallarda yüksək HBV infeksiyası riski altındadırlar.
Hepatit B yemək və ya su ilə,qabları,yeməyi paylaşmaq,öpmək,əl təması,öskürək, hapşırmaq,uşaq əmizdirmək və ya həşərat vasitəsilə yayılır.Bundan başqa,virus ən azı 7 gün ərzində bədəndən kənarda qala bilir.Bu müddət ərzində virus, vaksin almamış bir insanın bədəninə daxil olarsa infeksiyaya səbəb ola bilər.

SİMPTOMLARI

Daha çox infeksiya halları körpəlik və ya uşaqlıq dövründə baş verir.Nadir hallarda diaqnozu qoyulur,aydın gözə çarpan əlamətlər olmur.Yeni yoluxmuş infeksiyanın simptomları 5 yaşdan kiçik uşaqlarda və immunitet sistemi zəif olan yetkin şəxslərdə aydın olmaya bilir.5 yaş və daha böyük olan şəxslər arasında, 30-50% hallarda simptomlar özünü göstərilir.Bu simptomlara daxildir:

  • qızdırma
  • oynaqlarda ağrı
  • halsızlıq
  • ürəkbulanma
  • qusma
  • iştahın itməsi
  • qarın ağrısı (abdominal)
  • tünd sidik
  • kül rəngli nəcis
  • sarılıq-gözün sklerasının və ya dərinin saralması

Kəskin simptomlar virusa məruz qaldıqdan sonra 60-120 gün ərzində görünür və bir neçə həftədən 6 aya qədər davam edə bilir.Xronik HBV infeksiyası olan şəxsdə qarın ağrısı, davamlı yorğunluq və ağrılar davam edə bilər.

DİAQNOZ

Qan testi ilə,kəskin və xroniki HBV infeksiyasına diaqnoz qoyula bilər.HBV infeksiyası riski və ya aşkarlanmayan HBV infeksiyası səbəbindən ağırlaşma riski yüksək olan insanlar yoxlanılmalıdır.Bu risk qrupuna aşağıdakılar aiddir:

  • HBV-lu analardan doğulan körpələr
  • infeksiyalı şəxslə cinsi əlaqə
  • cinsi aktiv olan şəxslər.Qorunmadan cinsi əlaqəyə girən və ya çox sayda cinsi partnyoru olan şəxslər
  • narkotik maddə inyeksiyasından istifadə edən şəxslər
  • xroniki HBV  infeksiyası olan biriylə ev yoldaşı olan şəxslər
  • hemodializ xəstələri
  • tibb və ictimai təhlükəsizlik işçiləri, məsələn, qan və ya qanla çirklənmiş bədəndən xaric olan mayelərlə işləməyə məruz qalan şəxslər
  • xərçəng  xəstəliyi ilə bağlı kimyaterapiya alan xəstələr
  • bəzi Asiya ölkələri də daxil olmaqla HBV səviyyəsi yüksək olan bölgələrdən gələn hərkəs
  • hamiləlik dövründə olan bütün qadınlar

Hamiləlik dövründə qadının HBV olması halında, doğumdan 12-24 saat sonra yeni doğulmuşun peyvənd olunması və Hepatit B immunitet globulinini (HBIG) qəbul etməsi lazımdır.

MÜALİCƏ

Kəskin HBV infeksiyası üçün xüsusi bir müalicəmetodu və ya dərman yoxdur. Əlamətlərdən asılı olaraq dəstəkləyici müalicə mövcuddur.

İNFEKSİYAYA MƏRUZ QALDIĞINDAN ŞÜPHƏLƏNİLƏN XƏSTƏ ÜÇÜN MÜALİCƏ:

Bu müalicə tədbiri,şüphədən sonra və kəskin infeksiyanın inkişafından qabaq olunan peyvənddən və HBİG verilməsindən ibarətdir.Bu müdaxilə baş verən bir infeksiyanı müalicə etməyəcəkdir,lakin kəskin infeksiya dərəcəsini azaldacaqdır.

XRONİK İNFEKSİYA ÜÇÜN MÜALİCƏ:

Xroniki HBV infeksiyası üçün,Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) antiviral dərmanlar ilə fərdi müalicə məsləhət görür.Bu müalicə deyildir,virusun çoxalma və inkişafının qarşısını alır və ağır qaraciyər zədələnmələrinin irəliləməsindən qoruyur.Xronik HBV infeksiyası olan bir adamda, siroz və ya qaraciyər xərçəngi tez və xəbərsiz inkişaf edə bilər. Aşağı səviyyəli şəraitlərdə qaraciyər xərçəngi diaqnozu qoyulduqdan sonra xəstələr bir neçə ay ərzində ölə bilərlər.
Xroniki HBV infeksiyası olan şəxslər qaraciyərin zədələnməsini və ya xəstəliyin səviyyəsini müşahidə etmək üçün hər 6 aydan bir davam edən tibbi müayinə və qaraciyər USM həyata keçirirlər.
PROFİLAKTİKA

HBV əleyhinə 1982-ci ildən etibarən peyvənd mövcuddur.Bu, üç inyeksiyadan ibarətdir.Birinci inyeksiya doğumdan sonrakı günlərdə, ikinci isə ən azı 1 ay sonra verilir və üçüncü doza ikinci dozadan ən azı 8 həftə sonra yeridilir.Peyvənd olunmağı vacib olan şəxslər:

  • əvvəl peyvən olunmamış uşaqlar və yeniyetmələr

    https://www.youtube.com/watch?v=vqvSG9hqGUs

 

  • bütün tibb işçiləri
  • işində və ya müalicə olunduğu halda  qan və qan məhsulları ilə mübadiləyə məruz qalan hərkəs
  • diyaliz xəstələri və transplantasıya əməliyyatlarında resipientlər
  • narkotik maddə inyeksiyası istifadəçiləri
  • xroniki HBV infeksiyası olan insanlarla ev yoldaşlığı və ya cinsi əlaqə
  • çox sayda cinsi partnyorları olanlar
  • daha əvvəl peyvənd olunmayan,HBV’nin yayıldığı ölkələrə səyahət edənlər

Tam vaksin dozasını alan,vaksinasiya olunmuş insanların 95 faizindən çoxunda qoruyucu anticisim səviyyəsi yaranır.Qoruma ən azı 20 il davam edir və bir çox halda ömür boyu davam edir.

DİGƏR PROFİLAKTİKA YOLLARİ:

İnfeksiyanın qarşısını almaq olar:

  • tibb sahəsində işləyərkən müvafiq qoruyucu vasitələrdən istifadə edin
  • iynələri paylaşmayın
  • cinsi əlaqə zamanı təhlükəsizliyi təmin edin
  • hər hansısa halda qan töküldükdə və ya qurumuş qan olduqda əlcək geyinilmiş əllə qanı təmizləyin,evin həmin bölgəsini dezinfeksiya edin.

HBV dünyada sağlamlıq işçiləri üçün əhəmiyyətli bir təhlükədir, ancaq peyvənd effektiv qorunmanı təmin edir.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?