Hepatit C | infeksion xəstəliklər

Hepatit C

Hepatit C

EPATİT C

Hepatit C yoluxucu, viral qaraciyər xəstəliyidir.Xəstəlik qanla yayılır və xəstəliyə yoluxmuş şəxslər xəstə olduqlarını bilmirlər.Virus qan vasitəsilə,ən çox da inyeksiya olunan dərmanların istifadəsi zamanı keçir.Hepatit A və B viruslarına qarşı immunizasiya olsa da Hepatit C virusuna qarşı heç bir tədbir yoxdur.Virus altı ay ərzində keçmirsə, infeksiya xroniki olur və yalnız dərman vasitəsi ilə müalicə olunur. HCV sirrozu, qaraciyər xərçəngi və bəzi hallarda ölümlə nəticələnə bilər.Eyni zamanda,xroniki hepatit C infeksiyasını müalicə edə biləcək yeni dərmanlar mövcuddur.
Hepatit qaraciyərin iltihabıdır.Virus hepatitinin bir neçə növü var.Ən çox yayılan növləri A, B və C-dirVirus qaraciyər hüceyrələrinə daxil olaraq şişkinlik və disfunksiyaya səbəb olur.
Bədəndə HCV anticisimlərinin olması ilə uzun müddətli immunitet yaranmır,bu da virusun digər növlərinə yoluxma riskini artırır. 

SİMPTOMLAR

HCV əsasən kəskin mərhələdə simptomlar vermir.Ancaq vəziyyət ölümcül komplikasiyaların inkişaf edə biləcəyi bir kronik vəziyyətə gətirib çıxara bilər.

KƏSKİN HEPATİT C

Kəskin HCV infeksiyasına simptomların olmaması səbəbindən nadir hallarda diaqnoz qoyula bilir.Əsasən səssiz epidemiya halında davam edir.Simptomların müşahidə olunması yoluxmadan sonra təxminən 4-15 həftə ərzində özünü göstərir.
Bu kəskin dövrdə simptomlar hər hansı digər virus simptomlarından fərqlənmir. İnfeksiyaya yoluxanlarda aşağdakı simptomlar görülür:

  • - Abdominal diskomfort
  • - Qızdırma
  • - Ürəkbulanma
  • - Oynaqlarda ağrı
  • - Yorğunluq
  • - Bəzən sarılıq
  • - Nadir hallarda gil rəngli nəcis

XRONİK HEPATİT C

Virus kəskin infeksiya müddəti keçirdikdən altı ay sonra qanda qaldıqda HCV xroniki olur. Bu müddət ərzində ən azı iki dəfə HCV virusunun olması aşkar edilərsə,bu  onun xroniki olması diaqnozunu təsdiqləyir.Dərman müalicəsi tədbiq olunmadıqca infeksiya keçmir.
Çox vaxt xroniki HCV infeksiyası olan şəxslər heç bir simptom yaşamır.Bəzi hallarda qarın ağrısı, davamlı yorğunluq və oynaqlarda ağrı halları ola bilir.25-30 ildən sonra bu xronik infeksiya qaraciyərin əhəmiyyətli dərəcədə çapıqlaşmasına və ya fibrozuna gətirib çıxara bilir. Bütün qaraciyər çapıqlaşarsa, bu hal,siroz,qaraciyər çatışmazlığı və çox vaxt,qaraciyər xərçənginə səbəb olur.
İnfeksiya yoluxmuş şəxslərin qaraciyərinin ümumi sağlamlıq dərəcəsi,zədənin nə qədər tez meydana gələcəyini və sirozun mümkün irəliləmə dərəcəsini müəyyən edir.Bu halda Virusun genotipi HCV’li şəxsin fiziki sağlamlığından daha az rol oynayır.Qaraciyər HCV-nin zədələnməsinin dərəcəsi qaraciyər parçalanma həddinə çatana qədər aydın olmur.

SƏBƏBLƏRİ

 Viruslar sahibin canlı hüceyrəsinə daxil olana qədər hərəkətsiz olur.Onlar sahib hüceyrəni ələ keçirdikdən sonra çoxalırlar.Xroniki HCV infeksiyası milyonlarla, ya da milyardlarla, bədən daxilində dolaşan virus nüsxələrindən ibarətdir.Qanın infeksiyanı keçirməsi üçün, yoluxmuş bir şəxsdən alınan qanın sağlam birinin bədəninə daxil edilməsi kifayətdir.HCV ilə yoluxmanın ən böyük risk faktoru narkotik maddə inyeksiyalarının edilməsi üçün istifadə olunan iynələr və ya digər avadanlıqların təkrar istifadəsidir.
HCV,yaxın təmas,hava-damcı,yeməyin paylaşılması,öpüşmə  və ya ağcaqanad dişləməsi vasitəsilə ötürülmür.Adi gözlə görülə bilməyək qədər kiçik bir qan yüzlərlə hepatit C virusu hissəciyi daşıyır.İnyeksiya olunmuş iynəni spirtlə təmizləmək, sabun və su ilə yumaq virusu öldürməyəcəkdir.Virusun bir dəfə belə bədənə daxil olması ilə belə təsir göstərməyi və bədəndə infeksiya yaratmağı mümkündür.Yoluxma hallarının təxminən 67 faizi inyeksiya ilə meydana gəlir.Xəstəliklərin İdarə Edilmə Mərkəzləri (CDC), HCV infeksiyanın ən böyük riskə səbəb olan amillərini müəyyənləşdirmişdir. Bunlar:

  • - 1945-1965 illəri arasında doğulmaq
  • - 1992-ci ildən əvvəl olunan transfuziya və ya orqan transplantasiya əməliyyatı
  • inyeksiya ilə narkotik maddə qəbulu
  • - Hemofiliya
  • - Uzunmüddətli hemodializ
  • - Əsasən səhiyyə sahəsi işçilərinə aid olan,təsadüfən bədənə iynə batması
  • QİÇS
  • - Aşağı səviyyəli şəraitdə döymə (tattoo) döydürmək
  • - İntravenöz narkotik istifadəçisi ilə cinsi əlaqə kimi riskli cinsi davranışlar
  • - HCV infeksiyalı  ana tərəfindən doğuş
  • - Həbsxanada dustaq olmaq
  • - Uzunmüddətli alkol istifadəsi
  • - Səbəbi bilinməyən qaraciyər xəstəlikləri
  • - Narkotik maddə qəbulu

Bu faktorlara görə risk altında olan insanlar HCV-ni inkar etmək üçün bir müəyyən testlər verə bilərlər. 

DİAQNOZ VƏ TESTLƏR

HCV bir çox hallarda digər viral infeksiyalarla səhv salınır və ya nəzərdən qaçır.İnfeksiyaya diaqnoz qoyulması kəskin mərhələdə ərzində az hallarda olur.HCV ilə yoluxmuş bir şəxsin immun sistemi infeksiyaya cavab verir və halların 20% -i müdaxilə olunmadan aradan qalxır.Qalan 80 faiz hallar isə xroniki hala keçir və HCV-nin bilmədən başqalarına yayılması baş verir.
CDC-nin təyin etdiyi risk altında olan insanlar üçün müəyyən testlər mövcuddur. HCV anticisim göstəricisi adlanan sadə bir qan testi ilə müəyyən edilir.Food and Drug Administration (FDA) tərəfindən təsdiqlənmiş 20 dəqiqə nəticələri verən sürətli bir test vardır.Bu test olmadığı halda qan damardan çəkilir və işlənilməsi üçün laboratoriyada göndərilir.Neqativ test nəticəsi şəxsin virusa məruz qalmadığı göstərir.Pozitif nəticə isə, şəxsin HCV’ye məruz qaldığını ,lakin hazırki mütləq infeksiyanı sübut etmir.
Bütün HCV anticisim nəticəsi pozitiv olan şəxslər HCV RNT (PCR) adlı ikinci bir qan testi olunur. Bu test virusun hələ də mövcud olub-olmadığını müəyyən edir.Pozitiv PCR olan bir şəxs, HCV müalicəsi üçün hepatoloq və ya başqa  hepatit  C-ni müalicə edə bilən mütəxəssisə görünməlidir.
Bunu da qeyd eləmək vacibdir ki, pozitiv anticisim testi virus olsa da olmasa da həmişə müsbət qalacaqdır.Xronik infeksiya təsdiq edildikdən sonra virusun genotipi təyin edilir.Bu yolla müalicə dərəcəsi,müalicə müddəti və üstünlük veriləcək olan dərmanlar müəyyənləşdirilir.Bəzi hallarda, xəstəliyin şiddətini bilmək,fibrozun dərəcəsini təyin etmək və ya qaraciyərin zədələnməsini qiymətləndirmək üçün qaraciyərin biopsiyası tövsiyə edilir.

MÜALİCƏ   

HCV-nin müalicəsi virusun bədəndən çıxarılması istiqamətindədir.Xroniki hepatit C üçün hazırkı müalicə dərman kombinasiyasıdır.Dərmanların seçimi və müalicə  müddəti virusun genotipindən asılı olur.Məsələn,genotip 1a ABŞ-da ən çox yayılmışdır və hazırda güclü antiviral dərman kombinasiyası istifadəsi ilə,tövsiyə olunan bir neçə müalicə variantları vardır.
Birbaşa təsir göstərən antiviral maddələr (DAA) HCV müalicəsi üçün mövcud olan ən yeni vasitədir.Bu dərmanlar HCV-un həyat tsikli içərisində spesifik mərhələləri hədəf alaraq, virus hüceyrələrinin çoxalmasına mane olur.
DAA-dan (Direct-acting antivirals) əvvəl, xroniki HCV üçün müalicə uzun müddətli və çətin idi,müalicə nəticəsində sağalma dərəcəsi az idi. İndi isə sağalma faizi yüzdə 90-dan çoxdur. Müalicənin orta müddəti 8-12 həftə davam edir.Xəstə ağırlaşmadan və ya həyati təhlükə yaradan vəziyyətlərlə qarşılaşmadan öncə, erkən xroniki HCV müalicəsi ən yaxşı müalicə yoludur.


PROFİLAKTİKA

HCV-nin qarşısının alınması üçün ən yaxşı yol ilk növbədə virusa məruz qalmamağa çalışmaqdır.HCV yalnız qanla ötürüldüyündən, HCV-in yayılmasının qarşısını almaq üçün bir nömrəli yol iynələri təkrar istifadə etməmək və digər insanların qanı ilə təmasdan qaçmaqdır.Artıq bir dəfə müəyyən olunan HCV ilə yoluxan şəxs həm hepatit A və B vaksinlərini almalı,həm də optimal qaraciyər sağlamlığını qorumaq üçün həyat tərzində dəyişikliklər etməlidir.Piylənmə,siqaret, diabet və alkoqol qəbulu qaraciyərin çapıqlaşmasını sürətləndirən amillərdir.HCV infeksiyası olan bütün şəxslərin sağlamlığının qorunması üçün müəyyən tədbirlər görməsi vacibdir.Bu tədbirlərə aşağıdakılar aiddir:

  • - siqaret çəkməyi dayandırmaq
  • - İdeal çəki saxlamaq
  • - Paralel gedən digər sağlamlıq problemlərini həll etmək
  • - Bütün spirtlı içki növlərindən imtina etmək

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?