Hepatit D | infeksion xəstəliklər

Hepatit D

Hepatit D

HEPATİT D

Hepatit D,delta virusu olaraq bilinən,hepatit D qaraciyərin iltihabına səbəb olan bir infeksiyadır.Qaraciyərdə yaranan bu şişlik qaraciyər funksiyasını poza və bu da öz növbəsində qaraciyər sklerozlaşmasına və xərçəng də daxil olmaqla uzun müddətli qaraciyər problemlərinə səbəb ola bilər.Virusa ABŞ-da nadir hallarda rast gəlinsədə,şağıdakı bölgələrdə olduqca yaygındır:

  • - Cənubi Amerika
  • - Qərbi Afrika
  • - Rusiya
  • - Sakit okean adaları
  • -  Mərkəzi Asiya
  • - Aralıq dənizi

Başqa formalardan fərqli olaraq hepatit D öz başına inkşaf edə bilməz.O yalnız  Hepatit B-ə ilə yoluxmuş insanlarda inkşaf edə bilər.Virüs kəskin və ya xroniki ola bilər.Kəskin hepatit D qəflətən baş verir və adətən daha ağır simptomlara səbəb olur.İnfeksiya altı ay davam etdiyi halda, vəziyyət xroniki hepatit D-ə keçir.Bu vəziyyətdə olan bir çox insanda, son nəticə olaraq siroz və ya qaraciyərin ağır yara izləri inkişaf edir.
Hal-hazırda hepatit D üçün heç bir müalicə və ya peyvənd yoxdur.Ancaq,erkən aşkar edilsə qaraciyər çatışmazlığının qarşısını almaq mümkün ola bilər.

SİMPTOMLAR

Hepatit D həmişə simptomlarla müşaiyət olunmur.Simptomlar yarandıqda isə aşağıdakı simptomlar baş verir:

  • - Sarılıq-dərinin və ya gözün sklerasının saralması
  • - Oynaq ağrıları
  • - Abdominal (qarın) ağrıları
  • - Qusma
  • - İştahın itməsi
  • - Tünd sidik
  • - Yorğunluq

Hepatit B və Hepatit D simptomları oxşardır,buna görə də xəstəliyin əlamətlərinə hansı növün səbəb olduğunu müəyyən etmək çətin ola bilər.Bəzi hallarda hepatit D hepatit B əlamətlərini daha da pisləşdirə bilir. 

SƏBƏBİ

Hepatit D-ə HDV səbəb olur.İnfeksiya yoluxmuş şəxsin orqanizmindən xaric olan maye ilə birbaşa təmas zamanı yayılır.Bunlar aşağıdakı yollarla ötürülə bilər:

  • - Sidik
  • - Vaginal maye
  • - Sperm
  • - Qan
  • - Doğum (anadan yenidoğulmuşa)

Simptomlar üzə çıxmadan da hepatit D bir insandan digərinə yoluxa bilir.

RİSK FAKTORLARI

Aşağıdakı hallarda insanlar risk qrupuna aiddir:

  • - Hepatit B olan insanlar
  • - Tez-tez qan köçürmələri alan şəxslər
  • - İntravenoz dərman qəbulu (heroin)

 

DİAQNOZ

Hepatit D əlamətləri varsa dərhal həkiminizə müraciət edin.Əgər sarılıq olmadan xəstəliyin simptomları varsa, həkiminiz hepatitdən şübhə etməyə bilər.Dəqiq diaqnozu qoymaq üçün isə  qanda anti-hepatit D anticisimlərini aşkarlayan qan testini həyata keçirmək lazımdır.Anticisimlər aşkar edilərsə,xəstəliyin olması təsdiq edilir.
Əgər həkim qaraciyərin zədələndiyindən şübhə edərsə,qaraciyərinizin funksiyası testini yoxlayacaqdır. Bu test,qanınızdakı zülalların, qaraciyər fermentlərinin və bilirubinin səviyyəsini ölçərək qaraciyərinizin sağlamlığını qiymətləndirən qan testidir.Qaraciyər funksiyasının test nəticələri qaraciyərin sağlam olduğunu və ya zədələndiyini göstərəcəkdir.

MÜALİCƏ

Kəskin və ya kronik hepatit D üçün müəyyən bir müalicə metodu yoxdur. Hepatitin digər formalarından fərqli olaraq, antiviral dərman preparatları HDV müalicəsində təsirli deyildir.Sizə 12 aya qədər interferon adlanan dərman böyük dozada verilə bilər. İnterferon virusun yayılmasının və xəstəliyin aradan qaldırılmasına gətirib çıxaran bir növ proteindir. Lakin,hepatit D olan insanlarda müalicədən sonra da hələ virus testi pozitiv olur.Yəni ötürülmənin qarşısını almaq üçün hələ də ehtiyat tədbirlərini istifadə etmək vacibdir.
Siroz və ya başqa bir qaraciyər zədələnməsi varsa,qaraciyər köçürülməsinə ehtiyacınız ola bilər. Qaraciyər transplantasiyası zədələnmiş qaraciyərin aradan qaldırılmasını və donordan sağlam bir qaraciyər ilə əvəzlənməsini ehtiva edən böyük bir əməliyyatdır. Qaraciyər transplantasiyası tələb olunan hallarda, insanların təxminən 78 faizi əməliyyatdan sonra beş il və ya daha uzun müddət yaşayır.

GÖRÜNTÜ

Hepatit D müalicə edilə bilməz.Qaraciyərin zədələnməsinin qarşısını almaq üçün erkən diaqnoz vacibdir. Hepatitiniz olduğundan şübhələndiyiniz təqdirdə dərhal həkimə müraciət etməlisiniz.Vəziyyətin müalicə edilmədiyi halda,ağırlaşmaların daha çox olacağı ehtimal edilir. Bunlara daxildir:

  • - Siroz
  • - Qaraciyər xəstəlikləri
  • - Qaraciyər xərçəngi

Xronik hepatit D olan insanlarda kəskin infeksiya olanlara nisbətən daha çox fəsad inkişaf edir.

PROFİLAKTİKASI

Hepatit D-nin qarşısını almaq üçün yeganə yol, hepatit B infeksiyanın qarşısını almaqdır. Hepatit B riskini azaltmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərsiniz:

  • - Peyvənd qəbul edin.Hepatit B peyvəndini bütün uşaqlar qəbul etməlidirlər.İnfeksiya riski yüksək olan böyüklər də peyvənd olunmalıdırlar. - Vaksinasiya əsasən altı aydan bir periodla 3 mərhələdə olmaqla vurulur- .
  • - Cinsi əlaqələrdə qorunun.Cinsi partnyorlarınızla birlikdə prezervativ istifadə edərək həmişə təhlükəsiz cinsi əlaqə saxlayın.
  • - Qeyri-qanuni narkotik vasitələrdən qaçın. Eroin və ya kokain kimi cəlb edilə biləcək qanunsuz dərmanlardan çəkinin və ya istifadə edirsinizsə dayandırın.Narkotik vasitələrdən istifadə etməyi dayandırmaq mümkün deyilsə, hər dəfə inyeksiya zamanı steril bir iynə istifadə edin. İynələri başqa insanlarla paylaşmayın.
  • - Döymə və ya pirsinqlərdən ehtiyatlı olun.Yeni bir pirsinq ya da döymə istədiyiniz zaman etibarlı bir mağazaya gedin. Avadanlıqların necə təmizləndiyini soruşun və işçilərin steril iynələrdən istifadə etdiyindən əmin olun.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Sepsis

Sepsis

Sifilis

Sifilis

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?