Hepatit E

Hepatit E

Hepatit E

Hepatit E

Hepatit E Hepatit E Virusu (HEV) olaraq bilinən bir virusun yaratdığı qaraciyər xəstəliyidir.Hər il dünyada 20 milyon insan HEV ilə yoluxur və bunların 3.3 milyonunda simptomlu formaya rast gəlinir.
ÜST-ın hesablamalarına görə,HEV 2015-ci ildə 44000 ölümə gətirib çıxarmışdır.(viral hepatitə görə ölümün 3.3% -ni təşkil edir).Virus əsasən çirklənmiş su vasitəsilə fekal-ağız yolla yoluxur.
Hepatit E dünyada yayılmışdır, lakin yayılma Şərq və Cənubi Asiyada ən yüksəkdir.Hepatit E virusunun qarşısını almaq üçün yeni bir peyvənd hazırlanmışdır və lakin bu peyvənd yalnız Çində tətbiq olunur.
Hepatit E, hepatit E virusu (HEV) tərəfindən yaranan bir qaraciyər xəstəliyidir: Bu kiçik virus tək qatlı ribonükleik turşusuna (RNT) malikdir. Virusun ən azı 4 müxtəlif növü vardır: genotip 1, 2, 3 və 4. 1-ci və 2-ci genotiplər  yalnız insanlarda aşkar edilmişdir. 3-cü və 4-cü genotiplər isə hər hansı bir xəstəliyə yol açmadan bir sıra heyvanlarda (donuzlar, çöl donuzlarıları və maral daxil olmaqla) görülür və bəzən insanlara yoluxur.
Virus yoluxmuş şəxslərin nəcisi vasitəsi ilə ətraf mühitə düşür və digər  insan bədəninə daxil olur. Əsasən çirklənmiş içməli su ilə yoluxur. Ümumiyyətlə infeksiya əvvəl passiv olur  və 2-6 həftə ərzində aktivləşir. Bəzən, fulminant hepatit (kəskin qaraciyər çatışmazlığı) kimi tanınan ciddi bir xəstəlik inkişaf edir və hətta bu xəstəliyi yaranan insanların bir hissəsi ölə bilir.

Coğrafi yayılması

Hepatit E infeksiyası bütün dünyada yayılmışdır.HEV tapılan ərazzilərdə iki fərqli nümunə müşahidə edilir:
Tez-tez suyun çirklənməsinə səbəb olan resurslar-yoxsul ərazilər və təhlükəsiz içməli su təchizatına malik ərazilər.
Xəstəlik əsasən lazım olan səviyyədə su, kanalizasiya, gigiyena və səhiyyə xidmətləri məhdud olan ölkələrdə geniş yayılmışdır. Bu sahələrdə xəstəlik həm epidemik həm də sporadik(bir xəstə) olaraq əhalidə görülür. Xəstəlik içməli su təchizatının fekal çirklənməsi zamanı epidemik olur və bu zaman bir neçə yüzdən bir neçə min nəfərə qədər insanda xəstəlik yaranır. Bu epizodlar münaqişə və müharibə zonaları kimi,humanitar fövqəladə hallarda,qaçqın və ya məcburi köçkün düşərgələrində, sanitariya və təhlükəsiz su təchizatı xüsusi çətinliklər yaradan vəziyyətlərdə yaranmışdır.Bu sahələrdə baş verən xəstəliklərə əsasən  genotip 1-ci genotip,bəzən isə 2-ci genotip səbəb olur.
Sanitariya və su təchizatı daha yaxşı olan ərazilərdə isə hepatit E xəstəliyi əsasən sporadik olur.Bu halların əksəriyyətini 3-cü genotipli viruslar yaradır və bu viruslar insan heyvanlardan yoluxur.Bu hallar adətən,tam bişməmiş heyvan ətinin (heyvan qaraciyərini də daxil olmaqla) yeyilməsi ya da su və ya digər qidaların çirklənməsi zamanı yaranır.
Virusun əvvəldən məruz qalındığına aid seroloji dəlillər,səhiyyə standartlarının aşağı olduğu bölgələrdə yüksək seropozitivlik (GEB-ye qarşı İgG anticisimlərini müsbət olduğu şəxslər)olan və bu səbəblə yoluxma riski yüksək olan bir çox sahədə tapılmışdır.Lakin,bu antikorların olması xəstəliyin olması və ya risk artımı demək deyil.Bu cür məlumatların epidemiologik məqsədlər üçün istifadəsi,mövcud serolojik analizlərin dəyişkən və antikorun virusa məruz qalanlar arasında zamanla görülən itməsi səbəbiylə sərhədli ola bilər.

Yoluxma

Hepatit E virusu əsasən içməli suyun fekal çirklənməsinə görə fekal-oral yolu ilə yoluxur. Bu yolla yoluxma klinik halların çox böyük hissəsini təşkil edir. Hepatit E üçün risk faktorları zəif sanitariya ilə,su təchizatına xəstə insan nəcisindən virusun keçməsi ilə əlaqədardır.
Digər ötürmə yolları da müəyyənləşdirilmişdir, lakin bu yollar daha az sayda klinik hallarda özünü göstərir. Bu ötürmə yolları aşağıdakılardır:
-Yoluxmuş heyvan ətindən hazırlanmış ət və ət məhsullarının tam bişirilməməsi;
-Yoluxmuş qan köçürülməsi
-Hamilə qadından Dölə ötürülmə.
-Xam və ya pişməmiş meyvə-tərəvəzlərin yeyilməsi endemik ərazilərdə sporadik halların mənbəyi ola bilər.

Simptomları:

Hepatit E virusu ilə yoluxduqdan sonra inkubasiya müddəti orta hesabla 5-6 həftə olmaqla 2 ilə 10 həftə arasında olur.
Yüksək xəstəlik endemisiyası olan ərazilərdə simptomatik infeksiya ən çox 15-40 yaşlı gənclərdə  yayılır. Bu sahələrdə uşaqlarda da infeksiya meydana gəlsə də,xəstəliyin simptomları və ya sarılıq olmadan,yəni yüngül hal müşahidə olunur.
Hepatitin tipik əlamətləri və simptomları aşağıdakılardır:
-Supfebril qızdırmanın başlaması
-, az iştah (anoreksiya)
-ürəkbulanma və qusma(bir neçə gün davam edən)
-bəzi kəslərdə də qarın ağrısı
-qaşınma (dəri lezyonları olmadan), dəri töküntüsü ilə birgə ağrı da ola bilər
-sarılıq (gözlərin dəri rəngini və gözlərinin sklerasını sarı rəngdə)
-tünd idrar və solğun nəcis
-böyümüş qaraciyər (hepatomegali).
Bu simptomlar tez-tez digər qaraciyər xəstəliklərində baş verən simptomlardan fərqlənir və adətən 1-6 həftə davam edir.
Nadir hallarda kəskin hepatit E ağırlaşa bilir və fulminant hepatit (kəskin qaraciyər çatışmazlığı) ilə nəticələnir.Bu xəstələr ölüm riski altındadır. Hepatit E hamiləlik dövründə meydana gəldikdə fulminant hepatit daha tez-tez baş verir. Hepatit E, xüsusilə də ikinci və ya üçüncü dövrdə olan hamilə qadınlarda eklampsiyaya,kəskin qaraciyər və böyrək çatışmazlığına,dölün ya da ananın ölümünə səbəb ola bilir. Hamilə qadınlarda üçüncü dövrdə olan HEV nəticəsində,20-25% hallarda ölüm baş verir.
İmmun sistemi zəyif insanlarda, xüsusilə də orqan transplantasiya əməliyyatı keçirmiş insanlanlarda immünsupresif dərmanlar qəbul edən zaman 3-cü və 4-cü genotip HEV kronik hepatit E infeksiyası yaradır.

Diaqnoz

Hepatit E halları klinik olaraq digər növdə olan kəskin viral hepatitlərdən fərqlənir. Xəstəliyin əlamətləri ilə bərabər,epidemioloji-anamnestik məlumatlar və laborator müayinələrlə əsaslandırılmalıdır.Xüsusən xəstələrin son 2-8 həftə ərzində EH üçün endemik bölgələrdə olması araşdırılmalıdır.Spesifik laborator diaqnoz İFM üsulu ilə virus əleyhinə İgM və İgG antitellərinin aşkar edilməsi ilə qoyulur.Anti-EVH İgM xəstəliyin 10-12-ci günü meydana çıxır və bir neçə ay (6 ayadək) qanda saxlanılır.İgG antitelləri xəstəliyin 2-ci həftəsində meydana çıxır və titri tədricən artır.2ildən sonra titr tədricən düşür,lakin tam itmir və keçirilmiş infeksiyanı göstərir.
Əlavə testlərə qan və ya nəcisdə hepatit E virus RNA’sını aşkar etmək üçün əks transkriptaz polimeraz zəncirli reaksiyası (RT-PCR) daxildir; bu sınaq xüsusi laboratoriya qurğuları tələb edir. Bu test xüsusilə hepatit E az rast gəlinən və xroniki HEV infeksiyası olan hallarda xüsusilə vacibdir.
Qan plazmasında viral antigen aşkarlanması üçün yeni bir test hazırlanmışdır; hazırda hepatit E diaqnozu üçün bu test öyrənilməkdədir.

Müalicə

Xəstəlik zamanı xəstəxanaya yerləşdirmə tələb olunmur.Kəskin hepatit E üçün spesifik bir müalicə növü yoxdur. Amma bununla yanaşı, fulminant hepatit olan insanlar üçün və ya HEV simptomları olan hamilə qadınlar üçün xəstəxanaya yatma tələb olunur.
Kronik hepatit E olan,immun sistemi zəif insanlar ribavirin və antiviral  dərman müalicəsindən istifadə edir. Bəzi hallarda isə xəstələrdə interferon müalicəsi də müsbət nəticə verir.

Profilaktika

Profilaktika xəstəliyə qarşı ən təsirli olan yoldur. Əhali səviyyəsində HEV və hepatit E xəstəliyinin yoluxması aşağıdakı vəziyyətlərlə azaldıla bilər:
-ictimai su təchizatı üçün keyfiyyətli standartların qorunması;
-xüsusilə qida qəbulundan əvvəl, əl-yuyulma kimi gigiyenik qaydalara əməl etmək
-Mənşəyi və təmizlik dərəcəsi bilinməyən su istifadəsindən qaçılması
-ÜST-nin təhlükəsiz qida standartlarına uyğun qida qəbulu
2011-ci ildə Çində hepatit E virusu infeksiyasının qarşısını almaq üçün rekombinant subunit vaksin qəbul olundu. Digər ölkələrdə isə bu vaksin hələ də təsdiqini tapmamışdır.
2015-ci ildə ÜST-ın İmmunizasiya üzrə Strateji Məsləhətçi Qrupu (SAGE), hepatit E ağırlaşmalarına dair mövcud arqumentləri və lisenziyalı hepatit E vaksinin təhlükəsizliyini, immunogenliyini, effektivliyini və səmərəliliyini nəzərdən keçirdi:
Epidemiyaya qarşı tədbirləri üçün təlimatlar
ÜST, hepatit E’nin su qaynaqlı epidemiyalarının tanınması, araşdırılması və nəzarət edilməsi üzrə bir göstəriş verdi.
Hepatit E şüphələnməsi  zamanı aşağıdakı addımlar tövsiyə olunur:
-diaqnozun yoxlanılması və epizodun mövcudluğunun təsdiqlənməsi
-Yoluxma mənbəyinin müəyyənləşdirilməsi
-infeksiya riski olan əhalinin identifikasiyası;
-qida və suyun fekal çirklənməsinin aradan qaldırılması üçün sanitariya-gigiyenik təcrübələrin təkmilləşdirilməsi
-infeksiya mənbəyinin aradan qaldırılması.
ÜST hepatit E vaksinin istifadəsi haqqında aşağıdakıları tövsiyə edir:
ÜST, hepatit E-ni bir çox inkişaf etməkdə olan ölkədə, xüsusilə hamilə qadınlar və məcburi köçkünlər məskunlaşan və məcburi hallarda yaşayan fərdlər arasında əhəmiyyətli ictimai səhiyyə problemi olaraq görür.ÜST epidemik və sporadik hepatit E xəstəliyinin yayıldığı əhalidə milli proqramlarla peyvəndin tətbiqi ilə bağlı bir tövsiyə vermir. Lakin milli səlahiyyətli orqanlar yerli epidemiologiya əsasında peyvənddən istifadə etməyə qərar verə bilərlər.
Təhlükəsizliyə, immunogenisiyaya və effektliyə dair kifayət qədər məlumatın olmaması səbəbindən ÜST 16 yaşdan az yaşda olan uşaqlar, hamilə qadınlar, kronik qaraciyər xəstəliyi olan insanlar, orqan nəqli üzrə gözləmə rejimində olan insanlara və səyyahlara vaksin istifadə etməyi məsləhət görmür.Hepatit E və onun ağırlaşmaları,ölüm halının xüsusilə yüksək olduğu xəstəliklər müşahidə oluna bilər. Hazırkı ÜST-ın müntəzəm vaksin programları ilə bağlı mövqeyi bu xüsusi vəziyyətlərdə vaksin istifadəsinə əks deyil. Xüsusilə, hepatit E epidemiyalarını azaltmaq və tamamilə qarşısını almaq üçün vaksin istifadəsi, həmçinin hamilə qadınlar kimi yüksək riskli qruplarda nəticələrin yüngülləşdirilməsi üçün vaksin istifadə edilməlidir.
Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislər və qlobal tərəfdaşlar ilə hazırda hepatit E vaksinini istifadə etmək üçün ümumi protokol hazırlamaq üçün çalışır. Bir epidemiya zamanı hepatit E diaqnozu,onun travması və idarə edilməsi üçün sadələşdirilmiş alqoritm yaratmaq üçün oxşar qruplarla işlər davam edir.
ÜST 2030-cu il üçün viral hepatit infeksiyaların sayını 90% azaltmağı hədəfləyir.Ümumdünya Səhiyyə Təşkilatı hər il iyulun 28-də Hepatitlərin Dünya Gününü təşkil edir və hər il viral hepatitin bilik və anlayışını artırır.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Hepatit D

Hepatit D

Quduzluq

Quduzluq

Sirroz

Sirroz

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?