İİV\QİÇS XƏSTƏLƏRİNDƏ İNFEKSİON | infeksion xəstəliklər

İİV\QİÇS XƏSTƏLƏRİNDƏ İNFEKSİON

İİV\QİÇS XƏSTƏLƏRİNDƏ İNFEKSİON AĞIRLAŞMALAR

İİV virusu olan xəstələrdə immun sistemi zəifləyir. Bu xəstəlik infeksiyalara qarşı mübarizə aparan ağ qan hüceyrələrini məhv edir. Bu  insanda opportrinistik* infeksiyaların yaranması riskini artırır. Oİ-lər insanın immun sisteminin zəifliyini avantaj olaraq istifadə edən infeksiyalardır. Bu infeksiyalar sağlam insanlarda daha az rast gəlinir və daha yüngül keçir. 
Oİ-nin çoxlu növləri vardır.

  • - Bakterial infeksiyalar- vərəm və microbacterium avium komplex (MAC)
  • - Viral infeksiyalar-Sotomeqalovirus (SMV) və hepatit C
  • - Göbələk infeksiyaları- triptokkol meningit, maya infeksiyaları, pnevmosistis, **arikir, pnevmoniya ( PCP) və histoplazma
  • - Parazitar  infeksiyalar- triptospiridoz və toksoplazmoz.

QİÇS infeksiyaların müalicə olunmasını çətinləşdirir. İİV-li xəstələrdə qrip kimi geniş yayılmış xəstəliklər belə ağırlaşmalara keçir.
  İİV infeksiyasının yeni  aşkar olunduğu dövrlərə nisbətən opportunistik  infeksiyalar daha az rast gəlinir.  Bunun əsas səbəbi odur ki, hal-hazırda da yaxşı müalicə üsulları var və buda TİV-in orqanizmdə miqdarını azaldır və pasientin immun sistemini gücləndirir. Lakin, hələdə İİV-li xəstələrin çoxunda Oİ-lar inkişaf edir, çünki xəstələr uzun illər boyu infeksiyaya yoluxduqlarından xəbərsiz qalırlar. QİÇS xəstəsi olduğunu bilən xəstələrdə belə  antiretroviral müalicə tətbiq olunmadıqda Oİ üzə çıxa bilər. Xəstəxanada yatmaq və tez-yez labarator testlərin tətbiq olunması Oİ qarşısının alınmasında çox vacib addımlardan biridir.

Bakterial infeksiyalar və QİÇS.

Bəzi kəskin bakterial infeksiyalar, xüsusən də pnevmokokklar və qeyri-lif salmonellalar tərəfindən törədilən  infeksiyalar əhalinin sağlamlığına təsirlərinə baxmayaraq əsas xəstəliklər olaraq nəzər alınmırlar. İİV/QİÇS epidemiyası bu pozisyanın yenidən dəyərləmdirilməsini vacibləşdirir. Çünki bu infeksiyalar xüsusilə bakterial yüklənmənin çox olduğu və uyğun müalicənin tətbiq olunmadığı yerlərdə yaşayan immunosupressiv vəziyyətdə olan yetkinlər arasında çox böyük əhəmiyyət daşıyır.
  Hal-hazırda Pneumoccoccal pneumonia erkən İİV-lə əlaqəli problemlər arasında birincidir. Proqressiv immunosupressiya ilə əlaqəli olaraq həssaslıq artır və ənənəvi olmayan və simptomlarla üzə çıxan çoxlu xəstələr müəyyən olunur. HJV-li xəstələrdə pnevmokokkal bakteriyanın rastgəlmə intensivliyi 100 dəfəyə qədər artır.
   Qeyri-lif salmonellaların törətdiyi bakteremiya halları çox nadir baş verir. Böyük ehtimalla bu ona görədir ki, normal gigiyenik şəraiti olan yerlərdə bakterial yüklənmə yüksək olmur. ABŞ-da bir araşdırma zamanı, qeyri-lif salmonellaların səbəb olduğu bakteremiya probleminin, 21 problem arasında 20-ci olduğu və kliniki halların 0,4%-ni təşkil etdiyi müəyyən olunmuşdur. Bundan başqa Enterobacteriaceaclar, xüsusən də Escherichia coli və həmçinin, Klebsiella növləri QİÇS xəstələrində müəyyən edilir. H influenza infeksiyası xüsusilə yüksək immunosupressiv vəziyyətdə olan pasiyentlərdə rast gəlinir. Pseudomonasların səbəb olduğu septikemiyanın rast gəlmə intensivliyi immunosupressiyanın inkişafi ilə paralel olaraq artır və əsasən mərkəzi venoz kateterlərin istifadəsi ilə əlaqələndirilir. Uzunmüddətli kateterizasiyaya məruz qalanlarda və venadaxili  dərmanlardan istifadə edənlərdə Stafilokokk infeksiyalarına daha çox rast gəlinir.
  Sıradan olmayan bakterial və digər patogenlərin səbəb olduğu kəskin və ya xroniki septikemiya xəstəliyinə də daha çox rast gəlinir. Rhodococcus equi tez-tez müşahidə olunmayan pulmonar yaraların törədicisidir və əsasən xroniki gedişli olur. Brucella və Listeria növlərinin hüceyrə daxili yerləşmələrinə baxmayaraq, bu infeksiyaların İİV infeksiyası ilə əlaqəsini göstərən etibarlı məlumatlar yoxdur.
  İİV virusunun Streptococcus pneumonial əlaqəsini öyrənmək üçün çoxlu sayda araşdırmalar aparılmışdır, lakin, hələ də CD4 limfositlərinin itirilməsi olan şəxslərin klassik B-hüceyrə patogenlərinə qarşı çox həssas olmasının səbəbi dəqiq müəyyənləşdirilməyib. Nazofaringial daşınma və selikli qişa immunitetinin məhv olması bir faktor ola bilər. ABŞ-da, uşaqlardan fərqli olaraq, yetkin şəxslərdə nazoforingial daşınmaya İİV infeksion təsir etmir. QİÇS-li xəstələrdə bakterial yüklənmə çox olduqda pneumokokkal daşınma təxminən 2 dəfə artır.
  İİV xəstələrində pneumokokkal xəstəliklərdən dolayı ölüm dərəcəsi çox aşağı ola bilir. Bu hətta bakteremiya baş versə belə aşağı səviyyədə qalır. Xüsusən xəstəliyin erkən diaqnostikası mümkün olmuşsa və uyğun antibiotik terapiyası dərhal tətbiq olunmuşsa ölüm hallarına daha az rast gəlinir. Müalicə gecikdirilmişsə və pulmonar xəstəlik yüksək dərəcədə inkişaf etmişsə, belə xəstələrin pnevmoniyasından dolayı ölüm halları İİV-lə yoluxmamışlardan iki dəfə çox olur.

  İİV və virus hepatitləri
   QİÇS xəstələri çox tez-tez virus hepatitlərinə yoluxa bilirlər. İİV-li xəstələrin təxminən 1/3 hissəsi ya hepatit B yada hepatit C virusuna yoluxur və bu da uzun müddətli xəstələnməyə və ya ölümə səbəb ola bilər. İİV xəstələrinin çoxu HCV virusuna yoluxur. Sağlam insanlara nisbətən QİÇS xəstələrində virus hepatitləri sürətli inkişaf edir və qaraciyərlə bağlı sağlıq problemləri belə xəstələrdə daha intensiv rast gəlinir. Dərman terapiyasının İİV-li insanların həyat şəraitlərini yaxşılaşdırmasına baxmayaraq, HCV və HBV ilə əlaqəli qaraciyər xəstəlikləri bu insanlar arasında ölümün əsas səbəbidir.
  HBV və HCV infeksiyaları ilə koinfeksiyalaşmış İİV-li xəstələrdə, ciddi həyat əhəmiyyətli ağırlaşmaların baş vermə riski yüksəkdir. Buna görə də İİV infeksiyasına yoluxduğu müəyyən edilmiş hər bir şəxs HCV və HBV-ya qarşı yoxlanılmalıdır. Hepatitlərlə koinfeksiya həmçinin, İİV-in müayinə və müalicə olunmasını çətinləşdirir. HBV-ya yoluxmamış şəxslərdə, xüsusən yüksək risk qarşısında olanlara ( geylər, biseksuallar və həmcinsi ilə cinsi əlaqədə olan kişilər, venadaxili narkotikdən istifadə edənlər) HAV|HBV vaksinasiyası təklif olunur.
  Hepatitlərlə koinfeksiya haqqında bəzi statistik məlumatlar vardır:
 - ABŞ-da İİV-li xəstələrin 25%-i HCV, 10%-i isə HBV ilə koinfeksiyalaşmışdır.
 - Venadaxili narkotiklərdən istifadə edən QİÇS xəstələrinin təxminən 80%-i HCV-ə yoluxmuş olur.
 - İİV infeksiyası qaraciyər xəstəlikləri, qaraciyər çatışmazlığı və qaraciyərlə əlaqəli ölüm halları riskini 3 dəfə və daha çox artırır

Sitomeqalovirus

Sitomeqalovirus (SMV) əsasən immun sistemi zəif olan şəxslərdə ağır göz xəstəlikləri törədirlər. Bu potensial olaraq korluğa səbəb ola bilər. SMV həmçinin, orqanizmin başqa sistemlərində- mədə bağırsaq sistemində, sinir sisteminin müxtəlif hissələrində xəstəliyə səbəb ola bilər. Hazırda SMV-nin müalicəsi üçün dərmanlar olmasa da, bəzi güclü antiviral dərmanlar infeksiyanın müalicəsində yardım edə bilər. Bunlara qankliklovir, valganklikovir, sidofovir və s. aiddir.
Ağır və uzunmüddətli immunosupressiv vəziyyətdə olan xəstələrdə SMV dərmanlar yüksək dozada uzun müddət istifadə olunur. SMV- in zədələyici təsirləri antiretrovial terapiyadan (ART) istifadə olunmaqla azaldıla bilər. Bu immun sisteminin yenidən bərpa olması (CD4-lərin sayının artması hesabına) ilə nəticələnə bilir.
      Herpes Simplex virusu (HSV)
  Herpes virusunun hər bir insanda rast gəlməsinə baxmayaraq, İİV infeksiyası herpes riskini daha da artırır və daha ağır nəticələrin başvermə tezliyini yüksəldir. HSV ağızda, dodaqda və cinsi orqanlarda yaralarla xarakterizə olunur. Virusun müalicəsi yoxdur. Davamlı dərman qəbulu virusun simptomlarını aradan qaldırır.

  Kandidiaz

Kandidiaz göbələklərin bir növü olan Candidalar tərəfindən bədənin müxtəlif nahiyələrində törədilən infeksiyalardır. Əgər göbələk infeksiyaları qida borusunda, bronxlarda, traxeyada və ağciyərlərdə aşkarlanırsa QİÇS-dən şübhələnmək olar. Kandidazı müalicə etmək üçün güclü və bəzən çox toksiki antifungal preparatlardan istifadə olunur.
  İstifadə olunacaq dərman, infeksiyanın yerinə uyğun olaraq seçilir. Məsələn, kandidiaz nəticəsində əmələ gələn vaginitin müalicəsində bu dərmanlar istifadə olunur: butokonazol, klotrimazol, mikonazol.
  Sistemik infeksiya olduqda aşağıdakı dərmanlar istifadə oluna bilər: ketokonazol, flukinazol, itrakonazol, posakanazol

Parazitar infeksiyalar
 Kriptosporidioz: İnsan və heyvanların bağırsaqlarında yaşayan kiçik parazitlər bu xəstəliyə səbəb olur. İnsanlar əsasən kontaminasiya olunmuş sudan və ya qida maddələrindən istifadə etdikdə  bu infeksiyaya yoluxurlar. Bu xəstəlik ishalla xarakterizə olunur.
  İİV-li xəstələrdə bu infeksiya daha uzun müddət davam edir və ağır simptomlar müşahidə olunur. Müalicə məqsədi ilə, nitozoxanid preparatından istifadə olunur.

 Toksoplazmoz.

Insanlar bu parazitə kontaminasiya olunmuş qida maddəsi ilə və ya pişik nəcisi ilə təmas zamanı yoluxur. CD4 miqdarı 100 hüceyrə/Ml-dən aşağı düşdükdə toksaplazmoz riski daha da artır. QİÇS xəstələri pişik nəcisi ilə təmasdan, eləcə də toksaplazmoza yoluxma ehtimalı olan qida məhsullarından istifadədən mütləq şəkildə yayınmalıdırlar. Bu infeksiyanın müalicəsində sulfa (Baktrim) kimi antimikrob preparatlarından istifadə olunur.
   İİV və vaksinasiya
  İİV-i müalicə etmək ya da qarşısını almaq üçün vaksinlər yoxdur, lakin İİV xəstələrində başqa xəstəliklər üçün vaksinlərin istifadəsi müsbət addımdır. Aşağıdakı xəstəliklərə qarşı vaksinlərin QİÇS xəstələrində istifadəsi məqsədə uyğundur:
 - Hepatit B
 - İnsan papilloma virusu (İPV) (26 yaşdan yuxarı şəxslərdə)
 - Qrip
 -  Meninpokokkal
 - Pnevmokokkal
 - Tetanus, difteriya və pertissis. Tdap adlı vaksin yeniyetmə və yetkin  şəxsləri bu üç xəstəliyə qarşı mühafizə edir. Hər 10 ildən bir tetanus və difteriya əleyhinə vaksin (Td vaksini) istifadə olunması məsləhət görülür.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?