Kəskin bronxit | infeksion xəstəliklər

Kəskin bronxit

Acute bronchitis, Kəskin bronxit

Xəstənin tənəffüs problemləri olmadan öskürəkli kəskin xəstəliyinə, adətən, viruslu infeksiya səbəb olur.

Öskürək əsasən gecə və idman zamanı artır; 50% xəstələrdə 2 həftədən çox və 25% xəstələrdə isə 4 həftə davam edir; bronxospazm və / və ya selik ifrazı ilə müşahidə olunur.

Diaqnozu  əsasən klinikidir. Əgər şübhə olarsa, kəskin öskürəyin pnevmoniya, astma və ya burunarxası axıntı kimi başqa səbəbləri, istisna olunmalıdır.

Müalicə bronxların zədələnməsinin bərpasına və infeksiyanın aradan qalxmasına qədər simptomların azalmasına istiqamətləndirilməlidir. Antibiotiklərin minimal faydası var, belə ki, öskürək əleyhinə vasitələr və ya bronxodilatatorlar bəzi xəstələrdə simptomları azalda bilər.

Ağırlaşmalar nadir hallarda olur; ilkin ağırlaşma bir neçə ay öskürəyin əmələ gəlməsi ilə müşahidə olunan postbronxit sindromudur.

Kəskin bronxit adi soyuqdəymələr və digər yuxarı tənəffüs yolları xəstəliklərindən fərqləndirilərək aşağı tənəffüs yolları infeksiyası kimi müəyyən edilə bilər. Bronxit əsasən yuxarı tənəffüs yollarının infeksion zədələnməsindən baş verir, pnevmoniya isə yoluxmuş seqment və ya hissənin birləşməsi nəticəsində ağciyər parenximasındakı iltihablı prosesə işarə edir. Baxmayaraq ki, kəskin bronxit üçün ümumi qəbul edilmiş tərif yoxdur, Makfarleyn tərəfindən irəli sürülən meyarlar praktiki yanaşma kimi təklif olunur: (a) 21 günə qədər davam edən kəskin xəstəlik; (b) əsas simptom kimi öskürək  (c) bəlğəm ifrazı, xırıltı, döş qəfəsində ağrı kimi ən azı 1 aşağı tənəffüs yolları simptomu; (d) simptomlar üçün alternativ izahat yoxdur.  Makfarleyn tərəfindən irəli sürülən təklifdə simptomların, adətən, 3 həftədən çox davam etdiyi bildirlir, lakin digər araşdırmalarda öskürəyin kəskin bronxitli xəstələrin təxminən dörddə birində 30 gündən çox davam etməsi göstərilir.  Nəticədə xəstələrdə 1 aydan çox davam edən öskürəkli kəskin bronxit hələ də qalır.

Etiologiya

Kəskin bronxitin əksər halları virus infeksiyalarıdır. Kəskin bronxitdə ən çox müşahidə edilən viruslar yuxarı tənəffüs yolları infeksiyalarına səbəb olan viruslarla eynidir və bunlara koronavirus, rinovirus, respirator-sinsitial virus və adenovirus daxildir. Bir sıra gənc hərbi qulluqçularda və universitet tələbələrində Xlamidiya pnevmoniyavə Mikoplazma pnevmoniya kimi digər patogenlər kəskin bronxitli xəstələrdən təcrid olunmuşdur.

Patofiziologiya

Kəskin bronxitin simptomları bronxun ödemi ilə birlikdə selik ifrazının artmasına səbəb olan bronxial divarın kəskin iltihablı prosesidir. Bu, aşağı tənəffüs yolları infeksiyasının göstəricisi olan güclü öskürəyə gətirib çıxarır. İnfeksiyanı bir neçə günə təmizləmək mümkündür, lakin bronxial divarın bərpası bir neçə həftə çəkə bilər. Sağalma müddətində xəstələr öskürməyə davam edəcəklər. Kəskin bronxitli xəstələrin tənəffüs funksiyası araşdırmaları bronxial maneənin astmaya oxşarlığını göstərir. Belə ki, kəskin bronxitin simptomları azalır, və ağciyərlərin funksiyası qaydasına düşür.

Bütün kəskin bronxitli xəstələrin yarısı 2 həftədən çox öskürməyə davam edir. Xəstələrin dörddə biri 1 aydan çox öskürməyə davam edə bilər. Bu post-bronxit sindromu adlanır. Bu dövr ehtimal ki, kəskin infeksiyanın təmizlənməsindən sonra bronxial divarın davamlı bərpasını əks etdirir.

Lakin kəskin bronxitli xəstələrin yalnız az bir hissəsində bu patogenlər aşkar olunmuşdur və bunların bu simptomların yaranmasına səbəb olub-olmaması aydın deyil. Bu orqanizmlərin rolu haqqında qeyri-müəyyənlik kəskin bronxitli xəstələr altqrupunda Mikoplazma təyin edilən bir tədqiqatla dəstəklənir, ancaq bu xəstələrin makrolidlə müalicəsi eyni antibiotiklər ilə müalicə olunan Mikoplazma olmayan xəstələrdən daha sürətli sağalmadığını göstərmişdir.

Kliniki əlamətlər

Xəstələrdə, adətən, güclü ola biləcək öskürək və bronxial maneə əlamətli simptomlar müşahidə olunur (qısamüddətli xırıltılar və ya təngnəfəslik kimi). Lakin əsas məsələ öskürəyin və bronxial maneəli simptomların kəskin olması və respirator infeksiyanın burun tutulması, boğaz ağrısı və aşağı dərəcəli qızdırma kimi əlamətləri ilə əlaqəli olmasıdır. Kəskin bronxitin ümumi qəbul edilmiş tərifi yoxdur. Makfarleyn tərəfindən irəli sürülən kriteriyalara görə kəskin xəstəlik 21 günə qədər davam edir. Lakin öskürək xəstələrin 50%-də 2 həftədən çox davam edir və xəstələrin 25%-də 4 həftəyə qədər davam edə bilər. 

Xroniki respirator halların simptomları (astma kimi) və ya pnevmoniya kimi (burun tutulması, öskürək, plevral sinə ağrısı, hərarət, ağır şərait, halsızlıq və qanqusma) digər aşağı tənəffüs yolları infeksiyaları haqqında məlumat əldə etmək vacibdir. Öskürəyi 30 gündən çox davam edən pasientlərdə ya tənəffüs yollarının xroniki iltihablı xəstəliyindən (sarkoidoz, Qudpasçer sindromu) və ya prosesin bədxassəli (ağciyər xərçəngi) olması ehtimalından şübhələnmək lazımdır, xüsusilə əgər qanqusma və ya çəkinin itirilməsi kimi sistemli simptomlar mövcuddursa.

Bəzi dərmanlar və ekoloji təsirlər də öskürəyə səbəb ola bilər. Buraya ACE inhibitorlarından istifadə və ya toz və kimyəvi maddələrin təsirinə məruzqalma daxildir. ACE inhibitorundan istifadə kimi halların coxunda öskürək quru olur. Peşə ilə əlaqəli təsirə məruzqalma hallarında simptomlar ümumiyyətlə hərarət, baş ağrısı və ya halsızlıq kimi digər əlamətlər olmadan öskürəklə məhdudlaşır.

Müalicə

Kəskin bronxit əsasən virus mənşəli infeksiyalarla əlaqəli olduğundan müalicə strategiyaları xəstəlik sağalana qədər simptomların azaldılmasına yönəldilir. Gündəlik fəaliyyətlərini və yuxularını pozmayan az öskürəyi olan xəstələrin çoxuna müalicənin təklif edilməməsi ən yaxşı yanaşma ola bilər. Müalicə olunmaq istəyən, kəskin simptomları olan xəstələr üçün simptomları azaldan dərmanlara öskürək kəsicilər və bronxodilatatorlar daxildir. Mukolitiklər, kortikosteroidlər və antibiotiklər kəskin bronxitli xəstələrin müalicəsində məhdud təsirlidir. Əgər hərarət mövcuddursa, antipiretiklərdən istifadə etmək olar.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?