MALYARİYA xəstəliyi | infeksion xəstəliklər

MALYARİYA xəstəliyi

malyariya, malaria, xestelik

Malyariya parazitlərin səbəb olduğu ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir.Xəstəliyə yoluxmuş şəxslərd adətən qızdırma,üşütmə və qrip əlamətlərinə bənzər əlamətlərlə üzləşirlər.Müalicə olunmadıqda, həmin şəxslərdə ciddi ağırlaşmalar meydana gələ bilər və bu da ölümlə nəticələnə bilər. 2016-cı ildə dünyada təxminən 216 milyon şəxsdə malyariya müəyyən edilmişdir və bu şəxslərin 445.000 – i bu xəstəlik səbəbi ilə həyatını itirmişdir.Bunların arasında ən çox Afrikalı uşaqlar yer tuturlar.Amerikada hər il təxminən 1700 malyariya xəstəsi müəyyən edilir. Bu şəxslərin böyük hissəsi malyariyanın endemik olduğu ərazilərə səyahət edənlər və ya həmin ərazilərdən gələn immigrantlardır.

Səhiyyə işçiləri qızdırması olan pasientlərin səyahət tarixçəsi barədə məlumat almalıdırlar. Malyariyanın endemik olduğu ərazilərə səyahət etmiş şəxslərdə qızdırma müşahidə olunduqda tez bir zamanda malyariyanın diaqnostikasında istifadə olunan testlərdən istifadə etməlidirlər.

Malyariyanın müalicəsi bir çox faktorlardan asılıdır.Xəstəliyin ağırlıq dərəcəsi,infeksiyaya səbəb olan malyariya parazitinin növü və infeksiyaya yoluxmanın baş verdiyi ərazidə bu faktorlara daxildir.Son 2 xarakter malyariyanın hər hansı bir dərman növünə davamlı olub olmadığını müəyyən etməyə imkan verir.Bunlardan əlavə yaş, çəki və hamiləlik statusu malyariyanın müalicəsində istifadə olunan dərmanların istifadəsini limitləyə bilir. 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Kəskin ishal

Kəskin ishal

Leyşmanioz

Leyşmanioz

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?