Naməlum etiologiyalı hərarət | infeksion xəstəliklər

Naməlum etiologiyalı hərarət

Naməlum etiologiyalı hərarət

Naməlum etiologiyalı hərarət ən azı üç həftə davam edən və ya səbəbi olmadan tez-tez baş verən 38.3° C-dən yuxarı olan hərarətdir.Hətta həkimin səbəbi müəyyən edə bilməməsi zamanı,diaqnoz müalicə yönündə bir addımdır.Naməlum etiologiyalı hərarətin 4 tipi vardır.

Klassik

Klassik NEH əvvəllər sağlam olan insana təsir edir.Üç həftə davam edən səbəbsiz hərarətlə  müşahidə edilir.Leykemiya kimi infeksiya və ya neoplazmalar klassik NEH-ə səbəb ola bilər.Birləşdirici toxumaya təsir edən digər xəstəliklər kimi başqa dəyişikliklərə də səbəb ola bilər.

Nozokomiyal

Nozokomiyal NEH olan insanlar xəstəxanaya yerləşdirildikdən sonra hərarətin qalxması ilə müşahidə olunurlar.Hərarətdən başqa bir şey üçün müraciət edilir və daha  sonra səbəbi məlum olmayan bir qızdırma başlayır. Adətən rast gəlinən səbəbləri bunlardır:

• Ağciyər emboliyası
•Enteroxolit
•Sinusit
•Dərin vena trombozu
•Septik tromboflebit, damarlara təsir edən bir iltihab növüdür.

İmmun defisit

İmmun çatışmazlığı olan NEH, zəif immunitet sistemi olan kəslərdə meydana gəlir.Bu onlarda infeksiya riskinin artmasına səbəb olur.Kimyaterapiya müalicəsi səbəbiylə immun sistemi zəifləyə bilər.

  • HİV-lə bağlı
  • HİV özü hərarətə səbəb ola ,ya da insanı hərarətə səbəb ola biləcək infeksiyalara qarşı həssas edə bilər.

Səbəbləri

NEH tipinin tanınması həkimə səbəbi tapmaqda kömək edir.NEH-in səbəbləri aşağıda göstərilənlər kimi təsnif edilə bilər:

• İnfeksiya: tüberküloz, mononükleaz, Laym xəstəliyi,endokardit və s.
• İltihab:qırmızı qurd eşənəyi,revmatoid artrit,iltihabi bağırsaq xəstəliyi və s
• Tumor: limfoma, leykemiya,pankreas karsinoması,digər xərçəng və sarkomalar
• Qarışıq:narkotik maddə istifadəsi, hipertiroidizm,hepatit və digər kateqoriyalara uyğun gəlməyən amillərin səbəb olduğu hərarət

NEH-li bir şəxs təsnifatı daha da daraltmaq üçün bir neçə klinik sınaqdan keçirilir.

Simptomlar

NEH həkimlərin əsas səbəbi müəyyənləşdirməyə kömək edə biləcək digər yanaşı əlamətlər ilə ortaya çıxa bilir.
Hərarətin tipik əlamətləri:

• Körpələr 38 ° C və ya uşaqlar və böyüklər üçün 37.5 ° C temperatur
• Tərləmə
• Titrəmə
• Baş ağrıları

Hərarəti müşayiət edən digər simptomlar:

• Bədən və ya oynaq ağrıları
• Zəiflik
• Boğaz ağrısı
• Yorğunluq
• Öskürək
• Səpkilər
• Sinusda tıxanma

Diaqnoz

Bəzi hallarda, hər hansı bir göstərici əlamət olmadıqda,qısamüddətli qızdırmalar üçün adətən gözləmə və görmə taktikası istifadə olunur.Qızdırma NEH diaqnozu üçün kifayət qədər uzun müddət davam edərsə, həkim əsas səbəbi müəyyənləşdirmək üçün bəzi yoxlamalar keçirə bilər.

Sorğu

Həkim xəstədən bəzi məlumatları soruşacaqdır:

• Ölkədən kənarda olub olmadığınızı
• Hər hansı fərqli ətraf mühitə məruz qalıb qalmadığınızı
• Gündəlik həyatınızda dəyişikliklərin olub olmadığını

Heyvanlarla işləyirsinizsə, həkiminiz heyvanlarla əlaqədar xəstəliklər haqqında düşünə bilər.Həkim həmçinin xəstəlik tarixinizi araşdırıb daha əvvəl limfoma və ya revmatik qızdırma kimi xəstəliklərin olub olmadığı barədə soruşacaqdır.

Qan analizi və fiziki müayinə

Həkiminiz  gözəçarpan simptomları olmayan avtoimmun xəstəliklər də daxil olmaqla,müəyyən halları yoxlamaq üçün sizdən qan testləri tələb edə bilər.Bundan başqa dərinizdə avazıma,qızartı və ya sarılıq əlamətləri diqqətlə gözdən keçiriləcəkdir.
Qan analizi və fiziki müayinədə hər hansı bir pozitiv göstərici çıxarsa, diaqnozu təsdiq etməzdən əvvəl həkim ehtiyac bilərsə digər testəri də tələb edəcəkdir.

Kultura analizləri

Qan,sidik,bəlğəm kulturaları,bakteriya və göbələk kimi səbəbləri yoxlamaq üçün istifadə edilə bilər.Bundan başqa digər xüsusi testlər də atipik bakteriya,göbələk və ya viral infeksiyaların yoxlanmasına kömək edə bilər.

Görüntü müayinələri

Həkiminiz ürək tonlarında güclənmə eşidərsə və ya endokarditdən şübhələnərsə,ürəyinizi qiymətləndirmək üçün endokardioqramdan istifadə edilə bilər.Bu, ürək klapanlarından birinin infeksiyası deməkdir.Döş qəfəsi rentgeni də ağciyərləri yoxlamaq üçün istifadə edilə bilər.

Müalicə

NEH olan insanlar 50%-ə qədər hallarda qəti diaqnoz olmadan xəstəxanadan evə buraxılır. Bu halların bir çoxunda NEH özlüyündən sağalır.NEH üçün müalicə səbəbə görə dəyişir.
- Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏD) və antihistaminlər əsas səbəbləri görünməyən NEH müalicəsində istifadə edilə bilər. Bir çox insanlarda bu dərmanlar hərarəti azaltmağa kömək edə bilər.
- Səbəbinin immun çatışmazlığı olduğu düşünülmüş xəstələrdə geniş spektrli antibiotiklərlə müalicə istifadə edilə bilər.Bu müalicə,ehtimal olunan patogenləri hədəf alır.İnfeksiya, bilinməyən mənşəli hərarətin 20-40% arasında hallarda səbəbi olur .
- HİV ilə əlaqəli olan hərarəti olan şəxslərdə müalicə antiviral dərmanlar ilə HİV müalicəsinə yönəlib. Bundan sonra isə  ortaya çıxan əlaqəli simptomlar və ya ağırlaşmalar müalicə ediləcəkdir.

Uşaqlarda NEH-i tanıma

Hərarət hər yaşdan, xüsusən də körpə və azyaşlı uşaqlarda tez-tez baş verir.Uşağınızda qızdırma olarsa:

• Normaldan daha az fəaldır və ya daha az danışır
• İştahsızlıq və bədəndə susuzluq
• Daha ləng hərəkət (xüsusilə körpələr və uşaqlar)
• İstidən narahat olduqlarını bildirirlər

Uşağınızın temperaturu 39 ° C-ə çatırsa,müalicə edilməlidir.Bu hallarda asetaminofen (Парацетамол (Paracetamolum)) və ya ibuprofen (İbufen) verə bilərsiniz,lakin unutmayın ki,bu və digər hallarda uşaqlara aspirin vermək olmaz.Uşaqlarda aspirin Reye sindromu kimi tanınan çox ciddi bir vəziyyətə səbəb olur.
Bəzi simptomlar təcili tibbi yardım tələb edir.Uşağın temperaturu 40.6 ° C-ə qədər çıxarsa bu zaman təcili tibbi yardım lazımdır.Uşağınızın pediatrı ilə əlaqə saxlamalısınız:

• Uşaq durmadan ağlayır
• Boynunda gərginləşmə varsa
• Nəfəs almaqda çətinlik çəkirsə
• Dəri üzərində bənövşəyi səpkilər varsa
• Çətin oyanırsa
• Udquna bilmirsə

Görüntü

Bilinməyən mənşəli bir çox xəstəlikdə diaqnoz qoymaq mümkün olmur və onlar müalicə olunmadan sağala bilir. Buna baxmayaraq, üç həftə və daha çox davam edən qızdırma ciddi sağlamlıq problemini göstərir ola bilər.Xüsusilə başqa simptomlarınız da varsa,əsas səbəbi yoxlatmaq üçün həkiminizə görünməyiniz vacibdir.
Qızdırma ilə birlikdə hər hansı digər ciddi simptomla qarşılaşdıqda dərhal tibbi yardım alın.Bu ciddi simptomlar aşağıdakılardır:

• Gərginləşmiş boyun əzələləri
• Halsızlıq
• Oyaq qalmaqda çətinlik
• Sinədə ağrı
• Tənəffüs çətinliyi
• Udmada çətinlik
• Təkrarlanan qusma   
   

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?