ONKOLOJİ XƏSTƏLƏRƏ İNFEKSİYALAR

ONKOLOJİ XƏSTƏLƏRƏ İNFEKSİYALAR

ONKOLOJİ XƏSTƏLƏRƏ İNFEKSİYALAR

 

Xərçəng xəstələri adətən immunosupressiv vəziyyətdə olurlar və buna görə də çoxlu miqdarda patogenlərlə yoluxma riski ilə üz-üzədirlər. Uyğun infeksiyadan müdafiə proqramı həm ətraf mühitdə, həm də xəstəxanalarda yayılan infeksiyaların yaranma riskinin azaldılması üçün çox vacibdir. Əllərin yuyulması, yoluxma əleyhinə tədbirlər ətraf mühitin gigiyenik təmiz saxlanılması, aseptik texnikaların istifadəsi kimi sadə üsullar istənilən infeksiya müdafiə tədbirlərində olduğu kimi, xərçəng xəstələrinin də qorunması üçün vacibdir. 
       Gigiyena
  Uyğun gigiyenik tədbirlər bütün xəstələrdə, xüsusən də kəskin immunosupressiv vəziyyətdə olanlarda çox mühümdür. Dəri infeksiyası davamlı həyata keçirilməlidir və infeksiyaya əlverişli nahiyələrə (məsələn; damardaxili kateterlər, aralıq) xüsusi diqqətlə yoxlanılmalıdır. 
  Ekspertlər təklif edir ki, hematopoetik kök hüceyrə transplantat resipiyentlərində menstruasiya üçün tampondan istifadədən, eləcə də rəqəmsal rektal müayinələrdən, rektal termometrlərdən istifadədən, imalədən və şamlardan neytropenik dövrlər zamanı yayınmaq lazımdır. Çünki, bu prosedurlar zamanı selikli qişa zədələnə bilər. Hal-hazırda xlorheksidinin xüsusən kəskin xəstələrdə multirezistent orqanizmlərin yoluxmasının və infeksiyanın qarşısının alınması üçün gündəlik istifadəsi ilə bağlı məlumatlar artmaqdadır. 9 reanimasiya və 1 sümük iliyi transplantasiyası şöbəsində aparılmış son araşdırmalardan birində müəyyən olunmuşdur ki, gündəlik xlorheksidin vannasının qəbulu multirezistent orqanizmlərə yoluxma hallarını 23% və xəstəxanadaxili qan dövranı infeksiyalarına yoluxma hallarını 28% azaltmışdır. Bu strategiyanın xərçəng xəstələri arasında effektiv olub olmadığını yoxlamaq üçün əlavə araşdırmalara ehtiyac duyulur.
  Ağız boşluğunun patogen mikroorqanizmlərin ən əsas mənbələrindən biri olduğunu nəzərə alsaq, ciddi ağız boşluğu baxımı vacibdir. Baş və boyun xərçənginin müalicəsindən, yüksək doza kimyaterapiyadan, hematopoetik kök hüceyrə transplantasiyasından və başqa əhəmiyyətli dərəcədə immunosupressiv vəziyyətə səbəb ola biləcək xərçəng hallarından öncə ağız boşluğunun müayinəsi və zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Gündəlik oral gigiyena tədbirlərinin gözlənilməsi infeksiya(məsələn; pnevmoniya) hallarını azalda və selikli qişa hüceyrələrinin bərpasını sürətləndirə bilir. Neytropenik xəstələr gündə 4-6 dəfə ağızlarını steril su ilə və ya normal duzlu su ilə yaxalamalıdırlar. Dişlərini hər gün fırçalamalı və damağın və diş ətinin travma görməsinin qarşısını almalıdırlar.
    Az mikroblu qidalanma
  CDC hematopoetik kök hüceyrə transplantatı resipiyentlərinə az mikroblu qidalanma rejimi təklif edir. Az mikroblu qidalanmanın başqa xəstələrə təyini ilə bağlı qaydalar yoxdur, amma bir çox yerlərdə bədxassəli qan xəstəlikləri zamanı üzə çıxan neytropeniya hallarında bu rejim təyin olunur. Nəzəri olaraq, pasterizə olunmamış pendir və içkilərdən, çiy meyvə və tərəvəzlərdən, az bişmiş ət məhsullarından istifadədən yayınmaqla orqanizmin bakteriyalarla təmasının azaldılması neytropeniyalı xəstələrdə infeksiyaya yoluxma riskini azaldır.
    Cihazlarla əlaqəli infeksiyalar.
  Xərçəng xəstələrində digər xəstələrlə müqayisədə damardaxili kateterlərin istifadəsi çox vacibdir, və bu kateterlər daha tez-tez və uzun müddət istifadə olunur. Çünki bu kateterlər tez-tez qan nümunələrinin götürülməsini, kimyaterapiyada istifadə olunan dərmanların və qan komponentlərinin infuziyasını təmin edir. Buna görə də bu xəstələr infeksiyalar da daxil olmaqla bütün kateter əlaqəli ağırlaşmalar üçün risk qrupuna daxildirlər.
Kateter-əlaqəli infeksiyalar əsasən tunelləndirilməmiş mərkəzi venoz kateterlərin istifadəsi zamanı baş verir. Yaxın zamanlarda aparılmış araşdırmaların birində mərkəzi venoz kateter istifadəsi zəruri olan yetkin xərçəng xərçəng xəstələri arasında qan dövranı infeksiyalarının nisbəti hər 1000 istifadə üçün 2.50 olmuşdur. Mərkəzi venoz kateterin tipinin də rolu az deyil, belə ki, tunelləşdirilməmiş kateterli xəstələrdə zədələnmə nisbəti 3.50 olduğu halda, tunelləşdirilmiş kateterli xəstələrdə bu göstərici 1.77-ə bərabərdir. Nəzəri olaraq, kateterlə əlaqəli ağırlaşmalardan qorunmağın ən yaxşı yolu kateter istifadəsini minimallaşdırmaqdır. Amma bu çox vaxt mümkün olmur. Buna baxmayaraq katererlərə tez-tez nəzarət olunmalı və ehtiyac olmadığı halda kateter xaric edilməlidir.
  Xərçəng xəstələrində sidik kateterlərinin istifadəsi və kateter-əlaqəli sidik kanalı infeksiyasının intensivliyi barədə məlumatlar azdır. Buna baxmayaraq, kateterin daxil edilmə strategiyaları sidik kanalı infeksiyalarının yaranmasının əleyhinə yönəldilməlidir. Bu strategiyalara uyğun kateter istifadəsi, ehtiyac olmadıqda kateterin xaric edilməsi, kateter daxil olunarkən aseptik texnikadan istifadə, drenaj sisteminin qapalı saxlanılması və axın yollarının açıq olmasının sığortalanması aiddir.   
       Respirator viruslar
    Tənəffüs sistemi virus infeksiyaları xərçəng xəstələri arasında, xüsusən hematopoetik kök hüceyrə transplantasiyası olunmuş xəstələrdə ciddi xəstəlik törədir və ölümə səbəb olur. Bu mənfi göstəricilərinə və rahat yayılma qabiliyyətinə görə bu infeksiyaların xəstəxanadaxili və ya ətraf mühitdə yayılması ciddi narahatlıq törədir. Buna görə də, bu infeksiyaların qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir.
  Kəskin tənəffüs sistemi virus infeksiyaları əsasən respirator sensitial viruslar, influenza, rinoviruslar, parainfluenza, koronaviruslar və adenoviruslar tərəfindən törədilir. Rinoviruslar, koronoviruslar və adenoviruslar ən geniş yayılmışlardır. Buna baxmayaraq immunosupressiv xərçəng xəstələrində tipik yuxarı tənəffüs yolları infeksiyaları ilə yanaşı, atipik aşağı tənəffüs yolları infeksiyalarına da rast gəlinir və bunların əsas törədiciləri respirator sinsitial viruslar, influenza virusları, parainfluenza virusları və adenoviruslardır. Araşdırmalar göstərmişdir ki, bu infeksiyalara yoluxmuş xərçəng xəstələrinin ( Hematopoetik kök hüceyrə transplantatı resipiyentləri və leykemiya xəstələri) yarıdan çoxunda virus pnevmoniyası inkişaf edir və 50%-dən yuxarı ölüm dərəcəsi olur. Ən effektiv infeksiyalardan müdafiə strategiyalarına vaksinasiya, epidemiyaların baş verməsinə nəzarət, xəstəxanalarda nozokomial yayılmaya nəzarət, xəstələrin və tibb personalının xəstəliklər barədə məlumatlandırılması, sürətli diaqnostika və şübhəli xəstələrin erkən izolyasiyası və potensial olaraq yoluxmuş ziyarətçilərin və tibbi baxım personalının xərçəng şöbələrinə girişinin qadağan edilməsi aiddir.
     Funqal pnevmoniya
  İnvaziv pulmonar aspergilyoz və başqa funqal pnevmoniyalar xüsusən uzunmüddətli pnevmoniyalı və hematopoetik kök hüceyrə transplantasiyası olunmuş xəstələrdə narahatlıq doğurur. Aspergillus növləri xərçəng xəstələri arasında yaranan invaziv göbələk infeksiyalarının çoxunun törədiciləridirlər və son illərdə ölüm nisbətinin azalmasına baxmayaraq hələ də yüksək qalır. Aspergillus xəstəxanaların su təchizat sistemi daxil olmaqla hər yerdə rast gəlinir.
      Multirezistent orqanizmlər.
  Xərçəng mərkəzlərində əvvəllər neytropenik qızdırmalı xəstələrdə emprik antibiotik terapiyasına nəzarət üçün dəridən və perirektal nahiyədən götürülmüş nəzarət kulturaları iatifadə olunurdu. Bir çox mərkəzlər artıq bu üsuldan istifadəni dayandırıblar. Nəzarət kulturasının multirezistent orqanizmlər üçün rolu hələ müəyyən olunmayıb. Buna baxmayaraq, multirezistent orqanizmlərə nəzarət xüsusən yüksək risk qrupu xəstələrində (hematopoetik kök hüceyrə transplantasiyalı və kəskin leykemiyalı) vacibdir.
      Ziyarətçilərdən və tibb personalından yoluxan xəstəliklər.
  Leykemiya xəstələri və hematopoetik kök hüceyrə transplantatı resipiyentləri adətən uzunmüddətli hospitalizə olunurlar. Belə xəstələrin kəskin immunosupressiv vəziyyətdə olmalarına baxmayaraq ziyarətçilərinin sayı həm xəstəxanalarda, həmdə evdə çox olur. Bütün ziyarətçilər sadə mühafizə texnikaları, əllərin gigiyenik təmiz olması və izolyasiya texnikaları ilə tanış olunmalıdırlar. Xəstəxanada, bütün ziyarətçilərin potensial yoluxucu xəstəliklərə görə yoxlana biləcəyi sistem yaradılmalıdır. CDC-nin təklifinə əsasən yuxarı tənəffüs yolları infeksiyaları, qrip və qripəbənzər xəstəlikləri, herpes səpkiləri və ya yaxın zamanlarda kütləvi infeksiya ilə təması olan ziyarətçilərin şöbəyə girişinə və ya kəskin immunosupressiv vəziyyətdə olan xəstə ilə görüşünə icazə verilməməlidir. Hava damcı və ya kontakt yolu ilə yoluxan xəstəliyi olan tibb personalının xəstələrlə təmasına imkan verilməməlidir.

Paylaşdı: Nilufər Məmmədova

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Rəy bildirin








Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?