Övrə | infeksion xəstəliklər

Övrə

Övrə

Övrə suluq, köpüşük və/və ya angioödemin yaranması ilə səciyyələnir. Övrə, adətən, 24 saata qədər davam edən, dərinin üst qatında göynəyən və ya yanma hissi verən solmuş rəngli şişkinliklər kimi kliniki təzahür edir. Dəri zədələrinin əksəriyyəti kiçikdir, lakin daha böyük, nəhəng və ya halqa formalı variantlar da müşahidə edilir. Övrə istənilən yaş qrupunda yarana bilər və əhalinin 10-25%-ində rast gəlinir. 

Bəzi xəstəlik hadisələri dərinin daha dərin qatları və selikli qişanın səthi (anqioektomiya) kimi toxumaların şişməsi ilə çətinləşir, qırtlağın şişməsi isə ən təhlükəli variant sayılır, çünki, potensial olaraq respirator distress sindromu və ölümə səbəb ola bilər. Angioödem istənilən yaşda baş verə bilər, lakin, adətən, övrə zamanı yaranır və uşaqlıq dövründə başlayır.  İlk övrə epizodu zamanı onun müşahidə edilməsi mütləq deyil, lakin allergenin təsirinə məruzqalma artdıqca, onun da riski artır.  Komplement/kinin maddələr mübadiləsinin inhibisiyasına görə, övrəsiz angioödem, irsi angioödem zamanı, adətən, rast gələn təzahürdür. Angioödem, adətən, bir neçə gün davam edir və ağrılı olur. 

Övrə, İgE və ya FcER1 reseptoplarına qarşı əkscisimlərlə əlaqəli 1-ci növ reaksiya və ya xroniki xəstəlik hadisəsi zamanı yarana bilər. II-IV növ reaksiyaların daxil olduğu reaksiyalar övrə yaralarını törədir və differensiyasiya edilməlidir. 

Kəskin övrə

Kəskin övrə, kəskin başlanğıc, 24 saatdan az və adətən, hər dəfə bir neçə saat davam edən, izolyasiya edilmiş yaralar və xəstəliyin qəfil kəskinləşməsinin cəmi 6 həftə və ya daha çox davam etməsi ilə səciyyələnir.  Fasiləli epizodlar görülə bilər. Xüsusilə, bütün xroniki övrə hadisələrinin kəskin başladığına görə, 6 həftəlik dövr süni hədd göstəricisidir, lakin qısamüddətli xəstəlik hadisələrini uzunmüddətli xəstəlik hadisələrindən fərqləndirməyə yardım edir.

Ağırlaşmamış kəskin övrə, adətən, zərərsiz və öz-özünə sağalan vəziyyət kimi başlayır və genişhəcmli diaqnostik kliniki müayinə tələb etmir. Anamnez allergenlər, dəri kontaktları və fiziki agentlərin təsirinə məruzqalma, əsas xəstəliyin simptomları və ya autoimmun xəstəliyin olması haqqında məlumat verə və daha ətraflı müayinənin aparılmasını imkan verə bilər. Nadir hallarda (məs., yaralar 24 saatdan çox davam etdikdə) övrənin bir növü olmayan övrə vaskulitinin istisna edilməsi üçün dəri biopsiyası keçirilir. Fiziki yükün törətdiyi övrə əsas xəstəlik olan övrənin kəskinləşməsidir; aspirin qəbulu və ya qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP-lər) daxil olmaqla, həzm edilməmiş zülalların absorpsiyasını sürətləndirən, allergiyadan başqa digər amillər övrəni kəskinləşdirə bilər. 

Xroniki övrə

Xroniki övrə 6 həftədən daha uzun müddətdə, 1 həftədə ən azı iki dəfə dəridə residivverən suluqların yaranması kimi tərif edilir. Xroniki epizodun orta müddəti 450 gündür, lakin, tək-tək yaralar adətən <24 saat davam edir. Xroniki ödəm kəskin formadan daha nadir hallar anqioödemilə fəsadlaşır və qadınlarda daha tez-tez rast gəlir. Səbəb nadir hallarda müəyyən edilir, xəstəlik hadisələrinin əksəriyyəti idiopatik xroniki övrə adlandırılır. Buna baxmayaraq, geniş həcmli kliniki müayinə, allergenlərə uzun müddətli məruzqalma, birbaşa mastosit deqranulatorları ilə təmas, fiziki preparatlar və ya əsas sistemli vəziyyət kimi qarşısı alına bilən səbəbləri istisna etmək üçün lazım ola bilər.

Epizodik övrə

Bu, kəskin və xroniki övrənin hibrididir, lakin daha fasiləlidir.

Etiologiya

Övrə, infeksiyalarla əlaqədar və ya digər əsas tibbi vəziyyətlər və dərman preparatları, qida və ya kimyəvi maddələr (məs., dərmanlara əlavə edilən konservantlar/rəngləyicilər) kimi törədicilərə qarşı allergik reaksiya kimi yarana bilər. Əlavə olaraq, fiziki törədicilər, dəri kontaktları və ya komplement/kinin maddələr mübadiləsinin inhibisiyası bu xəstəliyi törədə və yanaşı sistemli xəstəliyin əlaməti ola bilər. Lakin əksər hallarda, əsas xəstəlik müəyyən edilmir. Övrəyə bənzəyən vəziyyətlər olur və onların etiologiyası övrə ilə eyni olmasa da, onlar differensial diaqnoz üçün nəzərə alınmalıdır (məs., zərdab xəstəliyi zamanı övrə, zərdab xəstəliyinəbənzər reaksiyalar).

Allergik övrə

I növ reaksiya, histamin, sisteinil-leykotrien və prostaqlandin D2 kimi İgE ilə əlaqəli mastositlərin deqranulyasiyası tərəfindən törədilir; istənilən yaşda baş verə bilər, lakin uşaqlarda daha çox rast gəlir. 

Etiologiya müəyyən edildikdə, aşağıdakı potensial səbəblər tez-tez rast gəlir: 

Adi allergiyalar

  •  Qidalar: məsələn, süd, yumurta, buğda, meşə fındığı, yer fındığı və ya soya kimi paxlalılar fəsiləsindən olan bitkilər, balıq, xərçəngəbənzərlər, molyusklar. Fiziki yükün törətdiyi övrə fiziki məşq zamanı bağırsaqdan sovrulmada baş verən dəyişikliklərdən kəskinləşən yanaşı xəstəlik ola bilər, aparıcı allergenləri buğda və krevetkadır. Allergenlərdən və təcili yardım preparatlarından imtina etmək bütün uşaqlar üçün faydalıdır. Qida allergiyaları uşaqların həyat keyfiyyətinə mənfi təsir göstərir. 
  • Həşərat dişləməsi: zərqanadlıların (məs., eşşəkarısı, arılar) dişləməsi kəskin, mastositlərin deqranulyasiyası, övrə, angioödem və anafilaksiya ilə müşayiət olunan, I növün vasitəsilə törədilən reaksiyalara səbəb ola bilər; təkrar məruzqalma, həmçinin, belə bir allergiyanın yaranmasına səbəb ola bilər. 
  •  Aero-allergenlər: məsələn, toz gənəsi, kif, heyvan tükü.

İmmunoloji övrə

Allergik övrəyə bənzəyən və ya onu kəskinləşdirən, immunoloji reaksiyalar törədə bilən preparat və proseslərə aşağıdakılar daxildir:

  •  Autoimmun tiroid və ya miyeloma kimi sistemli xəstəlik zamanı övrənin allergik forması, mastositlərin deqranulyasiyasına səbəb olan immunoqlobulinlərin generasiyası nəticəsində yaranır. 
  • Virus infeksiyaları (məs., YTYİ, hepatit), bakterial infeksiyalar (məs., xroniki sinusit və ya tonzillit yaradan streptokok) və ya parazitar (məs., bağırsaq parazitozu). Xroniki övrəyə səbəb olan infeksion xəstəliklərə hepatit A, B və C, EBV (Epşteyn-Barr virusu), sitomeqalovirus, uşaqlarda yuxarı tənəffüs yollarının infeksiyaları, toksoplazmoz,  və trixnomoniya daxildir.  Helikobakter pilori adətən, xroniki övrənin kliniki müayinəsi və xroniki müalicəsinə daxil edilir; lakin 10 kliniki təcrübənin nəzərdən keçirilməsi zamanı əlaqə aşkar edilmiş və müalicəyə əlavə edilmənin ən yaxşı halda zəif olması görülmüşdür. 
  •  Dərman preparatları – adətən, antibiotiklər (məs., penisillin, sefalosporinlər), qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP-lər; məs., ibuprofen), aspirin, peroral kontraseptivlər, AÇF inhibitorları, kodein, bitki əsaslı əlavələr (məs., çay ağacı yağı), dəriyə qulluq vasitələri daxil olmaqla, yerli preparatlar (məs., skvarik turşu ilə immunoterapiya, anestetiklər, qaşınma əleyhinə preparatlar).

Sistemli xəstəliklər zamanı övrə

Sistemli xəstəlik zamanı övrənin allergik forması (immunoloji övrə bölməsində sadalanmışdır) mastositlərin deqranulyasiyasına səbəb olan immunoqlobulinlərin generasiyası nəticəsində yaranır. Qeyri-allergik forma (məs., hepatit, bağırsaq xərçəngi kimi bədxassəli şişlər və ya autoimmun xəstəlik) sitokinlərin və ya övrənin formalaşması ilə nəticələnən komplement kaskası məhsullarının ifrazatının dəyişməsi tərəfindən törədilir.

Avtoimmun övrə:

  •  mastositlərin deqranulyasiyasına  xroniki olaraq yol açan İgE reseptioru (FCeR1) və ya İgE-yə qarşı reaksiya verən İgG-nin patoloji formada yaradılması;  irsi və ya fərdi autoimmun anamnezi olan (məs., autoimmun tiroid, vitiliqo, revmatoid pernisioz anemiya, revmatoid artriti, insulindənasılı diabet və ocaqlı alopesiya), həmçinin, bu xəstəliklərin heç biri olmayan xəstələrdə də müşahidə edilə bilər;  tez-tez müəyyən edilən səbəbi olmayan, xroniki övrənin (idiopatik, xroniki övrə) rast gəldiyi xəstələrdə müşahidə edilir.

Autoiltihabi övrə:

  • Kriopirinlə əlaqəli autoiltihablı patologiyalar qeyri-allergik mexanizmlər və nadir irsi xəstəliklər vasitəsilə övrə yaralarına yol açır. Bu sindromlar hərarətlə müşayiət edilən qaşınmayan övrə ilə xarakterizə olunur.
  •  Şnitzler sindromu hərarət, oynaq ağrısı və İgM qammopatiyası ilə müşayiət edilən övrə kimi səciyyələnir.

Qırtlaq angioödemi/anafilaksiyalı xəstələrə təcili yardım

Övrəni müşayiət edən respirator distress sindromu və ya peroral ödem respirator kompromis və ölüm təhlükəsi daşıyan və dərhal müalicə olunması tələb olunan qırtlaq angioödeminin mövcudluğuna işarə edir. Angioödem xəstələri, həmçinin, yüksək anafilaksiya riski daşıyırlar.

Müalicənin ilkin məqsədi xəstənin tənəffüs yollarının yoxlanılması və təhlükəsizləşdirilməsidir. Əzələdaxili adrenalin (epinefrin) verilir. Refraktor hipotoniya və ya perikardial dayanma hallarında, dəqiq titrlənmiş, venadaxili adrenalin dozalarının verilməsi nəzərə alınmalıdır.  Bundan sonra, dərin-toxumaların şişməsinin uzunmüddətli azalması üçün venadaxili metilprednizolon və difenhidramin verilir. Qırtlağın ödemi, adrenalin (epinefrin) verildikdən sonra sürətlə keçmirsə və boğaz sürətlə tıxanırsa, dərhal intubasiya tələb edilir. Adrenalin (epinefrin) verilməsinə baxmarayaq, intubasiyaya qədər boğaz tamamilə tıxanarsa, traxeotomiyaya dair göstəriş verilir.

Anafilaksik şokun hərtərəfli idarəedilməsi bu monoqrafiyada əhatə edilməmişdir. Bir sözlə, elektrolit statusu daxil olmaqla, respirator və ürək-damar statusunun dərin müşahidəsi tələb olunur; ventilyasiya, maye köcürülməsi və müsbət inotrop preparatlar, tələb edildikdə təqdim edilir. Anafilaksiyadan sonra, xəstələr gün ərzində sedativ təsirə malik olmayan antihistaminlərlə, gecələr isə sedativ təsirə malik olan antihistaminlərlə, ən azı 4 həftə ərzində intensiv idarə edilməlidir.

Təsdiq üçün RAST (radioallergensorbent sınağı) və ya dəri skarifikasiya sınağı keçirilənə qədər, istənilən şübhə doğuran allergenlərdən qorunmaq lazımdır. Angioödem anamnezi olan xəstələr, angioödemin ilk əlamətləri yaranan kimi istifadə edilməsi üçün özləri ilə adrenalin (epinefrin) avto-injektoru gəzdirməlidirlər.

Klinika

Dərinin üst qatında, adətən, 24 saatdan az davam edən, səciyyəvi qaşınan, suluqlu dəri yaralarının qəfil yaranması qeyd edilir.  Adətən, övrə yaraları təzyiq və ya diaskopiya zamanı tamamilə ağarır. Dermal proses olduğuna görə, səth qabıqlanmamalıdır.

Yaraların əksəriyyəti kiçikdir. Lakin, potensial olaraq, damar “oğurlama” fenomeninə görə, övrənin kənarlarında ağarma ilə müşayiət olunan daha böyük və ya nəhəng övrə müşahidə edilə bilər. Tipik olaraq, qollarda və gövdədə mərkəzi boş olan halqaşəkilli nəhəng övrənin yaranması streptokok infeksiyasına işarə edir.

Dermoqrafizm (xəstənin dərisinin yüngül cızılması və 3-5 dəqiqə gözləməklə övrə suluqlarının yaranmasından ibarət dəri sınağı) ümumi rast gələn simptomdur. Bəzi xəstələrdə yalnız dermoqrafizm olur, bu da uşaqlarda və yeniyetməlik dövründə öz-özünə sağalan vəziyyətdir. Övrə və dermoqrafizmin mövcudluğu, xəstənin xüsusilə hiperhəssas olduğunu təyin edə bilər.

Övrə, dəri və toxumaların daha dərin qatının şişkinliyi olan angioödemlə müşayiət edilə bilər. Nəticədə, ətraflar, dodaqlar və cinsi orqanlarda rəngsiz, təzyiqlə çuxurun yaranmadığı, bərkimiş toxuma sahələri yarana bilər. Qırtlağın ödemi qorxulu hadisədir, ağız boşluğudaxili ödem ilə səciyyələnir, potensial olaraq respirator distress və ölümlə nəticələnir. Angioödem allergenə birinci dəfə və ya daha sonra məruz qaldıqda yarana bilər. Angioödem övrə ilə müşayiət edilmədikdə, ilk növbədə AÇF inhibitorunun qəbul edilməsi istisna edilməlidir, daha sonra irsi C1 esteraza inhibitorunun çatışmazlığı və Makl-Uels sindromu kimi səbəblər nəzərə alınmalıdır. 

Övrənin fiziki müayinəsi zamanı aşağıdakı sahələr spesifik olaraq əhəmiyyətlidir:

  •  Baş: alopesiya sahələri
  •  Üz: dodaq və ya göz qapağının ödemi, oral xoralar və gözlərin quruluğu
  •  Boyun: boyunun limfadenopatiyası, tiromegaliya və ya tiroid düyünlər
  •  Udlaq: inyeksiyalaşmış streptokoklu angina və badamcıqlarda çuxurun yaranması ilə müşayiət olunan tonzilyar şişkinlik
  •  Ətraflar: anqiodem və qoltuqaltı limfadenopatiya
  •  Döş qəfəsi: tənəffüs səslərinin yaranması və auskultasiya zamanı ağciyər infeksiyasına işarə edən səslər; taxikardiya, küy və ətrafların zəif perfuziyası (məs., dırnaq yatağına 5 saniyədən çox təzyiq göstərdikdən sonra barmaq perfuziyası, soyuq ətraflar və aşağı ətraflarının pulsunun zəif olması) daxil olmaqla, ürək dayanması əlamətləri
  •  Qarın boşluğu: hepatosplenomeqaliya və palpasiya olunan şişlər
  •  Qasıq və cinsiyyət orqanları: cinsiyyət orqanlarının şişməsi və femoral limfadenopatiya
  •  Rektal: palpasiya zamanı bədxassəli patologiya
  •  Dərinin müayinəsi: övrə yaraları; xəstənin dərisinin qaşınması və qızarmasının, xəstəliyin kəskinləşməsinin və qabarların yaranmasının gözlənməsindən ibarət dermoqrafizm sınağı (3-5 dəqiqə); işığa qarşı həssas səpgilər və atopik dermatit kimi digər vəziyyətlər üçün tipik olan yaralar.

Övrə şişkinliklərinin mastositozdan fərqləndirilməsinin çətin olduğunu qeyd etmək vacibdir. Dəridə mastositlərin ocaqlı toplanması, erkən başlayan mastositoz tək övrə yaraları (mastositomalar), səthi hiperpiqmentasiya ilə müşayiət olunan çoxsaylı yaralar (Urticaria pigmentosa) və ya diffuz mastositoz ilə səciyyələnir. Darye əlamətləri (təzyiqdən sonra övrə suluqlarının yaranması), demək olar ki, mastositoz yaraları üçün universaldır, lakin daha köhnə və daha kiçik yaralarda aşkar edilməsi çətin ola bilər. Uşaqlıq dövründəki mastositoz suluqlama ilə müşayiət oluna bilər. Böyüklərdə yaralar, adətən, qırmızı-qəhvəyi rəngli kiçik papula və ya makula şəklində olur, lakin teleangiektaziyalar da rast gələ bilər (məs., səpgili makulyar persistə edən teleangiektaziya).

Diaqnostika

Bütün xəstələrdə ağırlaşdırıcı qida və ya preparat amili olmur.

İlkin tibbi yardım göstərilən spesifik xəstələrdə:

  •  Streptokoklu angina zamanı: beta hemolitik streptokokun aşkar edilməsi üçün boğaz kulturası

Allerqoloq tərəfindən aşağıdakı müayinələr keçirilir:

  •  Şübhə doğuran allergik övrə: dəri skarifikasiya sınağı
  •  Şübhəli akvagen övrə: ilıq suya salmaq

Dermatoloq, adətən, aşağıdakı müayinələri keçirir:

  •  Övrə vaskuliti və ya mastositoz şübhəsi yaradan, 36 saatdan artıq davam edən fərqli yaralar: yaranın dəri biopsiyası, nəticə müsbətdirsə, dəri biopsiyası nümunəsinin CD 117, CD 25 və c-kit codon 816 (KİT geninin məhsulunun 186 nömrəli tripletinin mutasiya sınağı) mutasiyalarının molekulyar diaqnostikası.
  •  Şübhəli günəş övrəsi: minimal eritema dozası sınağı 
  • Şübhəli soyuq övrəsi: buz kubu sınağı
  •  Şübhəli xolinergik övrə: metaxolinlə dəri provokasiya sınağı və ya isti suya salmaq
  •  Şübhəli təzyiq övrəsi: çiyinə kütlənin qoyulması və müşahidə 
  • Övrə və ya differensial diaqnozun təsdiq edilməsi üçün, 24 saatdan çox davam edən yaralar, atipik yaralar və ya hərarətlə müşayiət edilən yaralar üzrə dəri biopsiyası keçirilməlidir. 

Xroniki övrənin müayinəsi

Kəskin spontan övrə xəstələri üçün heç bir müayinə tövsiyə edilmir. Xroniki spontan övrə xəstələrində bu sınaqlar keçirilməlidir: 

  •  Infeksion xəstəliklər (məs., Helikobakter pilori )
  •  I növ allergiya
  •  Funksional əkscisimlər
  •  Tiroid hormonları və autoəkscisimlər
  •  Dəri sınaqları (fiziki sınaqlar daxil olmaqla)
  •  3 həftəlik psevdo-allergensiz pəhriz
  •  Triptaza (ağır sistemli xəstəliyin göstəricisi)
  •  Avtoloq zərdab dəri sınağı
  •  Yara dərisinin biopsiyası

Aşağıdakı müayinələr faydalı ola bilər:

  •  EÇS/CRZ (C-reaktiv zülal): xroniki iltihab zamanı yüksəlmiş olur
  •  Leykositlərin sayı: virus infeksiyası zamanı limfositlərin sayı; bakterial infeksiya zamanı neytrofiliya və ya parazitoz və ya xroniki allergiya zamanı ezonofiliya
  •  C1, C2, C4 səviyyəsi: komplement və kinindən asılı övrə zamanı tipik qanunauyğunluqlar (məs., C1 esteraza çatışmazlığı)
  •  TSH, T4 və T3 funksiya sınaqları, radio-yod sərfiyyatı, anti-TPO və anti-TG əkscisim: aktiv autoimmun tiroidit və ya tiroid karsinoma zamanı patolojidir 
  •  Zərdab İgE: allergik şəraitdə yüksəlmişdir
  •  Qaraciyərin funksional testləri: son zamanlarda keçirilmiş hepatit və ya EBV zamanı patolojidir
  •  Hepatit A, B və C əkscisim titrləri
  •  Antistreptolisin O (ASO) və EBV titri (hərarətlə əlaqəli olduqda)
  •  Anti-nüvə əkscisim sınağı, anti-Ro əkscismi, anti-La əkscismi və anti-Smit əkscismi: sistemli qırmızı qurdeşənəyi və ya Söqren xəstəliyi üzrə müsbət nəticə. Bunlar işığa qarşı həssas xəstələrdə icra edilir.

Aşağıdakı tədqiqatlar ailə və ya tibbi anamnezi olan, seçilmiş xəstələrdə icra edilməlidir.

  •  Şübhəli yoğun bağırsaq karsinoması: CEA əkscisim və nəcis qvayakı
  •  Mədə-bağırsaq sisteminin yuxarı şöbələri ilə əlaqədar problemlər: Helikobakter pilori müayinəsi 
  •  Ailə anamnezində angioödem və şübhəli C1 esteraza çatışmazlığı: C1 esteraza səviyyəsi sınağı
  •  Müvafiq səyahət anamnezi və şübhəli bağırsaq parazitozu olan xəstələrdə: nəcisdə helmint yumurtaları və parazitlərin aşkar edilməsi üçün sınaq (O və P) x 3
  •  Şübhəli autoimmun xəstəlik, qammopatiya və ya çoxsaylı miyeloma: qammaqlobulin və zülal elektroforezi
  •  Komplementin tərkib hissələrinin çatışmazlığı: krioqlobulinlər (məs., hepatit B və ya C infeksiyası fonunda, autoimmun xəstəlik [məs., sistemli qırmızı qurdeşənəyi, revmatoid artriti], çoxsaylı miyeloma və ya leykemiya)
  • Şübhəli mastositoz: alfa və beta triptaza, histamin və sidikdə 1,4 metilimidazol sirkə turşusu səviyyəsi

Həkim-mütəxəssislərin keçirdiyi sınaqlara aşağıdakılar daxil olmalıdır:

  •  Şübhəli allergik övrə: Şübhəli hallarda allergoloq tərəfindən İgE skrininqi və allergiya sınağı. Dəri biopsiyası lazım olarsa, dermatoloqa istiqamətləndirilmə tövsiyə edilir
  •  Şübhəli kontakt dermatiti: dermatoloq tərəfindən dəri sınağı keçirilməlidir.
  •  Şübhəli yoğun bağırsaq xərçəngi: kolonoskopiya; kolorektal/mədə-bağırsaq üzrə mütəxəssisə istiqamətləndirilməlidir.

 Diffuz dəri yaraları və ya limfadenopatiya olan böyüklərdə mastosit leykemiyasının istisna olunması üçün: sümük iliyinin biopsiyası. Hematoloq/onkoloqa istiqamətləndirilməlidir

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Qonoreya

Qonoreya

Hepatit E

Hepatit E

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?