QANKÖÇÜRMƏ İLƏ KEÇƏN İNFEKSİYAL | infeksion xəstəliklər

QANKÖÇÜRMƏ İLƏ KEÇƏN İNFEKSİYAL

QANKÖÇÜRMƏ İLƏ KEÇƏN İNFEKSİYAL

Qan köçürmə xəstəliklərin yayılmasının bir növüdür. Çoxlu miqdarda pataloji agentlər potensial olaraq qan köçürmə vasitəsi ilə yayıla bilir. Bunlara bakteriyalar, viruslar və iptidailər aiddir. Bunların arasında bakteriyalar ən geniş yayılanlardır. 
  Qan köçürmə yolu ilə keçə bilən viral agentlərə aşağıdakılar aiddir: 
●  İnsanın İmmun çatışmazlıq virusu (İİV)
●  Hepatit virusları 
●  Qərbi Nil virusu (WNV) 
●  Sitomeqaloviruslar (CMV) 
●  İnsan T-hüceyrə limfotrafik viruslar (HTLV) 
●  Parvovirus B19
  Malyariya xəstəliyinin törədicisi olan ,Plasmodium cinsi kimi ibtidai orqanizmlər də transfuziya vasitəsi ilə yoluxa bilər.
  Kreutzfeld-Yarob xəstəliyinin törədiciləri olan prionlar da qanköçürmə ilə yoluxur və hazırki üsullardan istifadə etməklə qandakı bu  orqanizmləri inaktivləşdirmək mümkün olmur.
      

Bakterial infeksiyalar
  Bakteriyalar və ya hər hansı başqa infektiv agentlər köçürüləcək materialın sterilliyini* pozur.  Bunlar donorun qanından, dərisindən və ya çirkli ətraf mühitdən keçə bilər. Bakterial yoluxmanın baş vermə intensivliyi köçürülən qan məhsulunun növündən asılı olur.
  Qan məhsullarının təxmini hesablanmış yoluxma riski trambositlərdə 5.000-dən 1-də, eritrositlərdə isə 30.000-dən 1-də olmuşdur. Bakterial infeksiyaların trambositlərlə yoluxmasının rastgəlmə hallarının daha yüksək olması saxlanma yerindəki temperatur fərqi ilə izah oluna bilər. Həmçinin, saxlanma müddəti də vacibdir və bakterial yoluxma ilə birbaşa əlaqəlidir.
  Transfuziya yolu ilə yoluxan bakterial patogenlər haqqında məlumatların *dəyərləndirilməsi zamanı bir xəstələnmə halının açıqlanması da vacibdir. Bacthem araşdırması zamanı xəstələnmə halları mümkün, ehtimal olunan və dəqiq yoluxma olaraq sinifləndirilmişdir*
●  Mümkün yoluxma-Resipientin qan kulturasında bakterial patogen inkişaf edir və infeksiyanın başqa mənbəyi yoxdur. Lakin eyni bakteriyanı donorun qanında aşkar etmək mümkün olmur.
Ehtimal olunan yoluxma-Resipientin qan kulturası neqativdir və ya yoxlamaq mümkün olmamışdır, amma donorun qanında bakteriyanın açıq aşkar inkişaf etdiyi görülür
●  Dəqiq yoluxma-Resipientin və donorun qan kulturasından alınmış  yaxmalarda eyni bakterial flora inkişaf edir. 
  Transfuziya ilə yoluxan bakterial infeksiyalar haqqında başqa maraqlı fakt bundan ibarətdir ki, bakteriyaya yoluxma riski xəstəliyin mütləq şəkildə üzə çıxacağı demək deyil. Bu uyğunsuzluğun səbəblərinə aşağıdakılar aiddir:
●  Bakteriyanın kifayət dərəcədə inokulyasiya etməsi kulturada müsbət nəticələrin alınmasına səbəb ola bilir, lakin, bu kliniki əlamət və simptomların üzə çıxması üçün yetərli olmur
●  Bakteriyaların infektivlik və virulentlik dərəcələri lazım olandan az olur.
●  Qanın bakteriyaya yoluxması kulturanın yoxlanılması prosesində baş verir.


      

Transfuziya yolu ilə yoluxan bakteriyaların mikrobioloji spektri.
  İnfeksiyalaşmış qan məhsullarından çoxlu sayda mikroorqanizmlər aşkarlanmışdır. Həmçinin, dünyanın müxtəlif yerlərində bakteriya növlərinin geniş variasiyası vardır. Bunlara aşağıdakıları misal göstərmək olar:
●   Bacthem araşdırmasında Yersinia, Proteus, Pseudomonas, Escherichia, Klebsiella, Acinobacter və Serratia, eləcə də gram pozitiv orqanizmlər arasında Propionibacterium, Staphylococcus, Bacillus və Enterococcus növləri qan kulturasından izolə edilmişdir.
●   Yaponiyada qırmızı xaç cəmiyyəti Propionibacterium acnes növünün bakterial infeksiyalar arasında ən geniş yayılmış patogen olduğunu bildirmişdir.
●   Hollandiyada qan banklarında ən çox rast gəlinən patogen koaqulaza-neqativ stafilokokklardır
●   Bəzi tətqiqatçılar Yersinia enterocolitica növlərini transfuziya yolu  ilə yoluxan bakterial infeksiyaların əsas törədicisi olduğunu düşünürlər. Bu orqanizmlər aşağı temperaturda çoxalır və inkişaf edir, bu da bu orqanizmlərin qan məhsullarını saxlanılması zamanı sağ qalma şanslarını artırır.
     

Transfuziya yolu ilə yoluxan bakterial infeksiyaların kliniki xüsusiyyətləri.
  TTBİ-lərin geniş müxtəlifliklə kliniki simptomlara malik olmasına (ölüm də daxil olmaqla) baxmayaraq, qızdırma (>39°C, və ya 102°F), titrəmə, taxikardiya (1 dəqiqə ərzində 40-dan çox ürək döyünməsi) və sistolik qan təzyiqinin 30mm H9 və daha çox azalması əsas əlamətlərdir. Üşütmə və qızdırma ən çox rast gəlinən simptomlardır. Başqa əlamətlərə onurğa ağrıları, qarında ağrı, qusma və hipotermiya aiddir.
  TTBİ şübhəsi varsa tez bir zamanda  aşağıdakıların yerinə yetirilməsi vacibdir.
●   Qan köçürməni dayandırmaq
●   Xəstəyə su vurmaq və bayılma vəziyyətindən çıxarmaq
●   Simptomların hər hansı xəta nəticəsində uyğun olmayan qan məhsulunun köçürülməsi ilə əlaqədar olaraq üzə çıxmadığından əmin olmaq, qan bankını infeksiya ehtimalı barədə xəbərdar etmək lazımdır.*Qan məhsulu TTBİ-nin təstiqləməsi və bakteriya* növünün müəyyən olunması üçün müayinə olunmalıdır.
●   Xəstədə emprik parenteral antibiotik terepiyası başladılmalıdır və bu bakterial agentin aşkar olunmasına və antibiotiklərin **kankret növlərinin müəyyən olunmasına qədər davam etdirilməlidir.
İnfeksiyanın qarşısını almaq üçün ciddi sterilizasiya tədbirləri həyata keçirilməli və donor ciddi şəkildə müayinə olunmalıdır. Bunun üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:
●   Tebril temperaturu olan və yoluxma şübhəsi olan donorların qanından istifadə təxirə salınmalıdır
●   İynənin daxil ediləcəyi nahiyyə xlorheksidin və ya yodin məhdullarından istifadə edilməklə dezinfeksiya edilməlidir
●   Donordan götürülmüş qanın ilk porsiyasının dəri florası ilə yoluxma ehtimalı olduğuna görə bu porsiya istifadə olunmamalıdır.
●   Bakterial yoluxmanın aşkar edilməsi üçün labarator metodlardan istifadə olunmalıdır
●   Əldə olunmuş qanın təmizlənməsi üçün bakteresidlərdən istifadə olunmalıdır.
  

Virus infeksiyaları

İnsan immun çatışmazlıq virusu.
  İİV-retrovirusların bir növüdür və QİÇS xəstəliyinin törədiciləridir. ABŞ-da 1,2 milyondan çox insan İİV ilə yaşayır və hər 8-dən 1-i bundan xəbərsizdir. Kişilər arasında homoseksual davranışları olanların 82%-də İİV aşkarlanıb və bu bütün halların 67%-ni təşkil etmişdir. İİV hallarının 1%-dən azı qan və ya qan elementlərinin köçürülməsi ilə əlaqələndirilir.
      Hepatit B virusu.
Hepatit B virusu (HBV) Hepadnaviridal fəsiləsinin üzvüdür və yüksək temperatura və nəmişliyə da

vamlıdır. Virusun genomu hissəvi skiləşmiş, sikulyar deoksiribo nuklein turşusundan təşkil olunmuşdur.
Hepatit B dünyada geniş yayılmış problemdir. Bir hesablamaya görə dünya əhalisinin 1/3 hissəsi HBV-ya yoluxmuş olub. Təxminən 300 milyon insan həyatları boyunca daşıyıcı olurlar, və ildə yalnız 2%-də öz-özünə serxonversiya baş verir. ABŞ-da illik 300.000 kəskin HBV halları CDC tərəfindən müəyyən edilir.
  Hepatit B-nin səthi antigeninin (HBsAg) müəyyən olunması dünyada qayda halını alıb. Buna baxmayaraq az viral yüklənməsi olan bəzi xroniki daşıyıcı donorlarda HBsAg-ın müəyyən olunması mümkün olmaya bilər. Bu çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdə qan bankları Hepatit B-nin  nüvə antigeninə qarşı anticismin ( anti-HBcAg) müəyyən edilməsi üsulundan istifadə edirlər. Nüvə anticismi infeksiyanın erkən dövrlərində yaranır və hətta aşağı səviyyəli viremiya hallarında belə müsbət qalır.
      Hepatit C virusları.
  Hepatit C virusları sferik, tək zəncirli RNA tərkibli virusdur Flaviviridae fəsiləsinin üzvüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə dünyada təxminən 170 milyon şəxs HCV ilə yoluxmuşdur. 
  HCV əsasən infeksiyalaşmış qanın dəriyə düşməsi yolu ilə yoluxur. İnkişaf etməkdə olan ölkələrdə bir çox yeni HCV infeksiyası halları intravenoz dərmanların aşırı istifadəsi ilə əlaqələndirilir və intensiv skrinninq proqramları vasitəsilə müəyyən edilir.
  Keçmişdə qan köçürmə kəskin HCV infeksiyası üçün böyük risk amili idi və resipientlərin 10%-dən çoxu infeksiyaya tutulurdular. Qan donorlarının anamnestik müayinə olunması və yüksəlmiş serum alanın amintransferazanın( ALT) skrininqi posttransfuzion non-A, non-B hepatitlərin rastgəlmə intensivliyini azaltmışdır. 1990-cı ildə donorların anti-HCV anticismlərinə görə yoxlanması posttransfuzion HCV-ni demək olar ki, aradan qaldırdı. Doğurdan da bu müayinə üsulu tranfuziya əlaqəli HCV infeksiyanın yaranma riskini 1/103.000-dən də aşağı salmışdır.


      Protozoal infeksiyalar. 
         Malyariya.
Malyariya dünyanın bir çox tropik və subtropik regionlarında endemikdir. Dünyada illik 300 milyondan çox insan malyariyaya yoluxur və onlardan 1 milyonu ölür. Bu xəstəliyin törədiciləri Plasmodium cinsinin 5 növüdür:
●   P falciparum
●   P malariae
●   P ovale
●   P vivax
●   P knowlesi
  Malyariya əsasən ağcaqanad dişləməsi nəticəsində keçir, amma transfuziya yolu ilə yoluxma hallarına da rast gəlinir. Bu yolla ötürülmə riski xəstəliyin yayılma  dərəcəsindən asılıdır. Məsələn, malyariyanın yüksək endemik olduğu Benində, müayinə olunan qan donorlarının 1/3-də P falciparum trofozoitləri aşkar olunur və bu da xəstəliyin transfuziya yolu ilə yoluxmasını mümkün edir.
  Malyariyanın az rast gəldiyi ərazilərdə, yaxın zamanlarda endemik bölgələrdən bu əraziyə gələn səyahətçilər və ya immigrantlar infeksiyanın ötürülməsinin əsas mənbəyidirlər. FDA- təklif edir ki, malyariya xəstəliyi keçirilənlər 3 il ərzində donor olmalıdırlar.
      Tripanasoma cruzi
Tripanasoma cruzi Chagas xəstəliyin törədicisidir və əsasən böcəklərin dişləməsi yolu ilə yayılır. Xəstəliyin kəskin və xroniki formaları var. Kəskin forma əsasən Mərkəzi və Cənubi Amerika kimi endemik ərazilərdə uşaqlara yoluxur, və qızdırma, limfoderopatiya və hepatosplenomeqaliya əlamətləri ilə üzə çıxır. Ağır hallarda miokardit və ensefelit də baş verə bilər.
  Endemik ərazilərdə insanlar Teruzi parazitlərinin xroniki daşıyıcıları ola bilərlər və Teruzi parazitlərinin qanköçürmə yolu ilə yoluxmasına səbəb ola bilirlər. Belə hallar xəstəliyin yüksək yayıldığı ərazilərdə baş verir.
       Patogenlərin İnaktivasiyası
  Ən üstün inaktivasiya metodu qanın və qan məhsullarının funksiyasına ən az,lakin, infeksiyalara qarşı ən effektiv təsir göstərən inaktivasiya metodudur. Bunlara aşağıdakıları misal göstərmək olar. 
 Solvent-detergent metodu
Bu metod lepid zarli viruslarının membramını dağıdır və protein S, antitripsin və antiplazmin zülalları istisna olmaqla bir çox plazma zülallarına təsir göstərmir. Bu metod HİV, HTCV, epstein-bar  viruslarının, HBV və HCV viruslarının məhv olmasında effektivdir. Lakin, HAV və parvoviruslara qarşı bu üsul effektiv deyil. Ona görə də bu metodun istifadə olunduğu qan 2 agentə qarşı yoxlanılmalıdır.
  Qalıq solvent detergentin təmizlənməsi prosesi zamanı S proteinin, antitripsinin və antiplazminin itirilməsi baş berə bilər. Bu qaraciyər transplantasiyasının reperfuziya mərhələsində olan hiperfibrinolizli xəstələrdə narahatlıq doğurur.
       Metilen mavisi
  Metilen mavisi hüceyrəvi elementlərdən ibarət boyadır. İşığın təsirindən boya aktivləşir və əlaqədə olduğu divarı dağıdır. Bu metod Avropada virusların inaktivasiyası məqsədi ilə geniş istifadə olunur. Bu metodların istifadəsində bəzi limitlər varki bunlara intrasellular patogenlərə qarşı effektivsizlik və koaqulyasiya faktorları ilə qarşılıqlı əlaqədə olması aiddir.

 

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

vərəm, verem, virus, xestelik, ag ciyer

VƏRƏM

Qrip, flu

Qrip

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?