Qida allergiyası | infeksion xəstəliklər

Qida allergiyası

Qida allergiyası

Qidalara qarşı allergiya qida zülallarına qarşı xoşagəlməz immun cavabdır.

Reaksiyalar İqE ilə mediasiya olunan, İqE ilə mediasiya olunmayan və ya qarışıq İqE ilə mediasiya olunan/olunmayan ola bilər. Burada, əsasən, qidaya qarşı İqE ilə mediasiya olunan reaksiyalar nəzərdən keçirilir.

Bir çox reaksiyalar yerfındığı, ağac fındığı, süd, yumurta, balıq, molyusk, buğda və soyanın təsiri ilə meydana gəlir. Simptomlar, adətən, qidanın udulmasından sonra 20 dəqiqə ərzində və demək olar ki, həmişə 2 saat müddətində meydana gəlir.

Simptomlar qaşınmadan və dəridə yüngül səpgilərdən kəskin anafilaktik tənəffüs, mədə-bağırsaq və ya ürək-damar (məs., hipotenziya) təzahürlərinə qədər dəyişə bilər.

Əzələdaxili inyeksiya şəklində yeridilən epinefrin (adrenalin) kəskin ümumi simptomlar (anafilaksiya) üçün seçilmiş müalicədir; daha zəif reaksiyalar şübhəli qida allergeninin orqanizmdən uzaqlaşdırılmasından peroral antihistamin maddələrə qədər dəyişən müalicə üsulları ilə müalicə olunur.

Xəstələr üzərində tibbi identifikasiya əşyaları daşımalı, allergik reaksiyanın ilkin əlamət və simptomlarını tanımalı, epinefrin (adrenalin) avtoinjektorundan və təcili yardım xidmətlərindən istifadə etməyi bacarmalıdırlar.

Etiologiya

Qida allergiyası, əsasən, həm genetik, həm də ətraf mühitlə bağlı faktorların nəticəsi olaraq inkişaf edir. Genetik faktorlarla əlaqədar:

  •  Yerfındığı allergiyası ümumi əhali ilə müqayisədə, bacı/qardaşında yerfındığı allergiyası olan uşaqda 7 dəfə yüksək ehtimal ilə əmələ gələ bilər. 
  •  Qida allergiyasının inkişafında rolu olan xüsusi genlər müəyyən edilməmişdir.

Allergiyanın inkişafında rolu olduğu güman edilən ətraf mühit faktorlarlarına daxildir: 

  •  Bakteriya və infeksiyalarla təmasın azaldılması (gigiyena hipotezi)
  •  Omega-3 polidoymamış yağ turşularının istifadəsində artım
  •  Pəhriz antioksidantlarının azaldılması
  • Vitamin D çoxluğu və ya çatışmazlığı.
  •  Dəri ilə mümkün təmas. 

Patofiziologiya

İqE ilə mediasiya olunan qida allergiyaları çox sürətlə meydana gəlir (adətən, qidanın udulmasından bir neçə dəqiqədən 2 saata qədər)  

  •  Qida allergenləri üçün spesifik epitopların İqE anticisimləri atopik xəstəliyi olan pasiyent tərəfindən ifraz olunur.
  •  Sonra bu anticisimlər mastositlərdə İqE reseptorları ilə əlaqəyə girir və tənəffüs traktında, MB traktında və dəridə bazofillər aşkar olunur.
  •  Qida allergeni ilə təmasda İqE anticismləri çarpaz əlaqəlidir və mastositlərdən və bazofillərdən mediatorların azad olması ilə nəticələnir.
  •  Sitokinlər, xemokinlər, histamin, prostaqlandinlər və leykotrienlərdən  azad olaraq, damarların genişlənməsi, yumşaq əzələnin daralması və tüpürcək ifrazı ilə nəticələnir.

Reaksiyalar xüsusi orqan sisteminə uyğun ümumiləşdirilə və ya lokallaşdırıla bilər. Simptomların övrə, angioödem, rinokonyunktivit, MB anafilaksiyası və ümumiləşmiş anafilaksiya kimi reaksiyalarla nəticələnən mediatorların mastositlərindən və dövr edən bazofillərdən xaric olunan mediatorlar ilə əlaqədar olduğu fərz edilir. İqE ilə mediasiya olunmayan qida allergiyaları, adətən, MB traktı ilə məhdudlaşan xroniki və ya subkəskin simptomlar şəklində təzahür edir. İqE anticisimi ilə əlaqədar/hüceyrələrlə mediasiya olunan qida allergiyaları atopik dermatit xəstəlik hadisəsində qidaya reaksiya verən T hüceyrələrin dəridə yerləşməsi ilə və ya eozinofil qastroenteropatiya xəstəlik hadisəsi zamanı eozinofilləri yerləşdirən və fəallaşdıran mediatorlar ilə əlaqələndirilə bilər. 

Klinika

Müayinə pasiyent və ya valideyn tərəfindən qeyd edilən xüsusi əlamət və simptomları ətraflı şəkildə təsvir etməklə başlanmalıdır, əsas diqqət dermatoloji, tənəffüs, mədə-bağırsaq, oftalmoloji və kəskin ürək və ya sistemli təzahürlərə ayrılmalıdır. Qida allergiyası diaqnozunu təsdiqləyən dəlillər bunlardır:

  •  Qaşınma, üzdə qızarma, urtikar səpgi və dərinin angioödemi
  • Asqıraq, rinoreya, burun tutulması, ağızda dəmir dadı, xırıltılı səs, stridor, çeçəmə hissi, laringeal ödem, dispnoe, taxipnoe, fitverici tənəffüs, öskürək və ya sianoz
  • Ürəkbulanma, qusma, abdominal sancı, şişkinlik və ishal
  • Gözün selikli qişasının qızarması, gözün yaşarması, göz yuvasının ödemi
  • Kəskin hallar zamanı keçici narahatlıqlar, taxikardiya, bradikardiya, aritmiya, hipotoniya və ürəktutma.
  • Atopik xəstəliyin kliniki təzahürünü dəstəkləyən dəlillərə qida allergiyası olan ailə üzvü, digər allergik xəstəliklərin (məsələn, atopik dermatit, allergik rinit, astma) olması, perinatal dövrdə qidanın (məsələn, yerfındığı yağı) dəri ilə təması, pəhrizdə vitamin D, omega-3 polidoymamış yağlı turşular və ya antioksidantların artıqlığı və ya çatışmazlığı və bakteriyalar və infeksiyalarla təmasın az olması daxildir. Böyük Britaniyada aparılan tədqiqatlar göstərmişdir ki, əgər birinci dərəcəli ailə üzvünün yerfındığı allergiyası varsa, yerfındığı allergiyası riski 7 dəfə artıq olur. Tək yumurta əkizlərinin cüt yumurta əkizləri (6.8%) ilə müqayisədə, qida allergiyasına uyğunluq faizi 64% olaraq göstərilmişdir. Atopik dermatit və ya allergik rinitdən əziyyət çəkən xəstələrin qida allergiyasina malik olma ehtimalı daha yüksəkdir. Astmanın mövcudluğu ölümcül reaksiyaya məruzqalma üzrə risk faktorudur. Atopik dermatit və qida allergiyası olan uşaqların üçdə ikisi yumurtaya reaksiya verir.

Diaqnostika

Əgər ilkin müayinə qida allergiyası olduğunu göstərirsə, diaqnostik analiz yerinə yetirilməlidir. Müayinə ya laboratoriyada İgE spesifik sınağı, ya da dərinin allergiya sınağı (prik test) ilə başlaya bilər. Əgər sınağın nəticəsi mənfidirsə (məs., xəstə bu qidaya həmişə dözümlüdürsə və yanaşı simptomları yoxdursa), diaqnostik sınaqlar aparılmamalı və qida allergiyası simptomların səbəbi kimi istisna edilməlidir. Əgər əvvəllər qidanın böyük miqdarlarına qarşı tolerantlıq nümayiş edilmişdirsə, müsbət nəticə olduqda belə, bu qidanın uyğun allergen olma ehtimalı aşağıdır. Qida və tərəvəzlərin kommersial cəhətdən hazırlamış ekstraktları zülalın kimyəvi dəyişkənliyi səbəbilə proqnostik deyil. Dəri sınağı üçün təzə meyvə və tərəvəzlər istifadə olunmalıdır. 

Dəri sınağının spesifikliyi aşağı olduğu üçün kliniki anamnez nəzərə alınmadan, qida allergenlərinin geniş spektrini sınaqdan keçirmək düzgün deyil, çünki bu hal yanlış müsbət nəticələrə gətirib çıxara bilər. Bu sınaqlar baş verə biləcək nadir, lakin potensial olaraq həyat üçün təhlükəli hallar üzrə ixtisaslaşmış allergiya mütəxəssisi tərəfindən yerinə yetirilməlidir. Əgər spesifik sınaqların nəticələri immun sınaqları və dəri sınaqlarının aşkar etdiyi proqnostik reaksiya dəyərlərindən aşağı olarsa və ya diaqnozla əlaqədar şübhələr mövcuddursa, qida provokasiyası tətbiq olunmalıdır. Həyatın erkən mərhələsində aparılmış qida üzrə mənfi dəri sınaqları sonralar uşaqlıq dövründə spesifik İqE hiperhəssaslığının inkişaf etməsini istisna etmir.

İkiqat kortəbii, plasebo nəzarətli qida provokasiyası sınaqları qida allergiyası diaqnozunun qoyulması üçün əsas sınaq hesab edilir. Bu provokasiyalar dərəcələndirilir və plasebo və qida mərhələləri eyni sayda olmalıdır. Əgər xəstə bu provokasiyadan keçirsə, açıq qidalanma tətbiq olunur. Xəstə buna qarşı dözümlüdürsə, qida allergiyası istisna olunur.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Laym xəstəliyi

Laym xəstəliyi

Sirroz

Sirroz

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?