Qonoreya | infeksion xəstəliklər

Qonoreya

Qonoreya

Qonoreya

Qonoreya cinsi yolla keçən bir xəstəlikdir.Buna bakteriya Neisseria gonorrhoeae ilə infeksiya səbəb olur.Bədənin ilıq, nəmli sahələrinə yoluxur,o cümlədən:

•Urethra (sidik kisəsindən idrarı boşaltan boru)
•Gözlər
•Boğaz
•Vagina
•Anus
•Qadın reproduktiv trakt (fallop boruları, serviks və uterus)

Qonoreya qorunmayan oral,anal və ya vaginal cinsi əlaqə zamanı yoluxur.Çoxsaylı cinsi partnyorları olan və ya prezervativdən istifadə etməyənlər ən çox infeksiyaya məruz qalanlardır.İnfeksiyaya qarşı ən yaxşı müdafiə, monogamiya (yalnız bir partnyorla cinsi əlaqə) və müvafiq prezervativlərdən istifadədir.Qorunmasız seksə səbəb ola biləcək davranışlar da infeksiya ehtimalını artırır. Bu davranışlara spirtli içki istifadəsi və narkotik maddə istifadəsi, xüsusilə də intravenoz narkotiklərin istifadəsi aiddir.

Simptomlar

Simptomlar adətən yoluxmadan sonrakı 2-14 gün ərzində baş verir.Bununla birlikdə,qonoreya ilə yoluxmuş bəzi kəslərdə heç də əlamətdar olmayan simptomlar görülə bilər.Simptomları olmayan, həmçinin asimptomatik daşıyıcı adlanan insanların yoluxdurucu olduğunu unutmaq olmaz.Xəstədə tipik simptomlar olmadığı halda,xəstənin digər insanlara infeksiyanı yaymaq ehtimalı artır.

Kişilərdə simptomlar

Kişilərdə bir neçə həftə ərzində bilinən simptomlar inkişaf edə bilmir.Bəzi kişilərdə simptomlar ümumiyyətlə görünməyə də bilir.
Tipik olaraq, infeksiya yoluxmadan bir həftə sonra simptomları göstərməyə başlayır.Kişilərdə ilk diqqətəçarpan simptomlar sidik ifrazı zamanı yaranan yanma və ağrı hissi olur.Xəstəlik irəlilədikdə digər simptomlar da ola bilər:

•Tez-tez sidiyə getmə
•Penisdə iltihababənzər eyakulyasiya (ağ, sarı,krem rəngi və ya yaşılımtıl) və ya damcı xaric olması
•Penisin başlanğıcında şişlik və ya qızartı
•Xayalarda şişlik və ağrı
•Daimi boğaz ağrısı

İnfeksiya simptomlar müalicə olunduqdan sonrakı bir neçə həftə ərzində də bədəndə qalacaqdır.Nadir hallarda qonoreya üzvlərdə,xüsusilə də uretra və xayalarda zədələnməyə səbəb ola bilir.Ağrı isə rektuma yayılır.

Qadınlarda simptomlar

Bir çox qadında qonoreyanın bilinən əlamətləri inkişaf etmir.Xəstəlik simptomlar inkişaf etdikdə,digər xəstəlik simptomlarına bənzədiyi üçün onları müəyyənləşdirmək daha çətin olur.Qonoreya infeksiyası ümumi vaginal göbələk və ya bakterial infeksiya kimi görünə bilər.

Belirtiler:

•vaginadan iltihabi axıntı (maye,kreməbənzər və ya yaşılımtıl)
•sidik ifrazı zamanı ağrı və ya yanma hissi
•tez-tez sidiyə getmə
•boğaz ağrısı
•cinsi əlaqə zamanl ağrı
•hipoqastral nahiyədə ağrı
•qızdırma

Testlər

Gonorrhea infeksiyası bir neçə yolla təyin oluna bilər.Məsələn simptomatik sahədən (penis, vagina, rektum və ya boğaz) çubuq vasitəsilə nümunə götürə bilər.Bu nümunə daha sonra əşya şüşəsinin üzərinə yerləşdirilir.Həkiminiz oynaq və ya qan infeksiyası olduğundan şübhələnərsə, o, nümunəni qan və ya oynaqdan iynə vasitəsilə maye çəkərək də götürə bilər.Sonra nümunəyə boya əlavə edilir və mikroskop altında araşdırılır.Hüceyrələr boyaya qarşı reaksiya verərsə,qonoreya infeksiyası ehtimalı özünü doğruldur.Bu metod nisbətən sürətli və asandır, lakin test tam dəqiq məlumat vermir.
İkinci bir üsulda isə eyni tipdə nümunə alaraq xüsusi qabda yerləşdirmək nəzərdə tutulur.Bu nümunə,bir neçə gün əlverişli şəraitdə inkubasiya ediləcəkdir.Əgər qonoreya varsa, gonorhea bakteriyası koloniyası artacaqdır.
İlkin nəticə 24 saat ərzində hazır ola bilir.Son nəticəni almaq isə üç günə qədər çəkə bilir.

Ağırlaşmalar

Qadınlar müalicə olunmadıqda komplikasiyalara daha çox məruz qalırlar. Qadınlarda qonoreya müalicə edilmədikdə infeksiya qadın reproduktiv yolu ilə yuxarıya doğru qalxa və uterus, fallop boruları və yumurtalıqları əhatə edə bilər. Bu vəziyyət pelvik iltihab xəstəliyi (PİX) olaraq adlandırılır və ağır,xroniki ağrıya səbəb ola bilir.Bu xəstəlik qadın reproduktiv orqanlarına zərər verə bilər.PİX digər cinsi yolla ötürülən xəstəliklərdən də yarana bilər.Qadınlarda  həmçinin gələcəkdə hamiləliyin qarşısını alan və ya ektopik hamiləliyə səbəb ola bilən fallop borularının tutulması və ya çapıqlaşması inkişaf edə bilər. Ektopik hamiləlik,mayalanmış yumurta hüceyrənin uşaqlıq xaricində implantasiya edilməsinə deyilir.Qonoreya infeksiyası doğum zamanı yenidoğulmuşa keçə bilər.
Kişilər xəstəlik zamanı sidik yollarında çapıqlaşma ilə qarşılaşa bilərlər.Onlarda penisinin daxili hissəsində ağrı verən bir abses inkişaf edə bilər.İnfeksiya sonsuzluğa səbəb ola bilər.
Qonoreya infeksiyası qan dövranına düşərsə,həm kişilər, həm də qadınlarda artrit, ürək qapağı zədələnməsi və ya beyin və  onurğa beyni mayesi iltihabına səbəb ola bilər. Bunlar nadirən olur,lakin sağlamlıq üçün ciddi təhlükə daşıyırlar.

Müalicə

Müasir antibiotiklər qonoreyanı müalicə edə bilər.Əksər dövlətlərdə dövlət tərəfindən maliyyələşdirilən səhiyyə klinikalarında xəstəlik üçün pulsuz diaqnoz və müalicə təmin edilir.

Evdə müalicə üsulları

Qonoreya infeksiyasını evdə müalicə edəcək heçbir vasitə və ya dərman yoxdur.Əgər qonoreya olduğunuzdan şübhələnirsinizsə,həkimə müraciət etmək lazımdır.

Antibiotiklər

Qonoreya çox vaxt Seftriaxonun əzələdaxili inyeksiyası ilə və ya Azitromisinin peroral qəbulu ilə müalicə olunur. Antibiotiklərlə müalicə zamanı ilk günlərdən etibarən xəstəliyinizdə yüngülləşmə hiss etməlisiniz.İnfeksiyanın qarşısının alınması üçün xəstə şəxsin cinsi partnyorunun müayinə,xəstəlik aşkar olunarsa müalicəsi vacibdir.
Qonoreyanın antibiotikə qarşı davamlı formalarının meydana çıxması artmaqda olan bir problemdir. Bu hallar daha geniş müalicə tələb edə bilir, yəni yeddi günlük antibiotik müalicəsi və ya ikili terapiya ilə (iki müxtəlif antibiotik ilə)yeddi günlük müalicə nəzərdə tutulur.Uzun müddətli terapiya üçün istifadə edilən antibiotiklər gündə bir və ya iki dəfə verilir.Ən çox istifadə olunan antibiotiklər azitromisin və doksisiklindir.Alimlər qonoreya infeksiyasının qarşısını almaq üçün vaksin hazırlamaq üçün çalışırlar.

Profilaktikagonorrhea ile ilgili görsel sonucu

Qonoreya və ya digər cinsi xəstəliklərin qarşısını almaq üçün ən yaxşı yol qorunmaqdır.Cinsi əlaqədə olarkən həmişə prezervativdən istifadə edin.Cinsi tərəfdaşlarınızla xəstəliklər barədə açıq olmaq vacibdir,cinsi xəstəlik testlərini və sağlam olub olmadıqlarını öyrənmək vacibdir.
Əgər partnyorunuzda hansısa infeksiyanın əlamətləri görünürsə, onunla cinsi əlaqədən çəkinin.Xəstəlikdən şüphələnirsinizsə onu tibbi yardım almağa cəlb edin.
Əgər artıq digər cinsi yolla yoluxan xəstəlikləriniz varsa,sizdə qonoreya infeksiyası yaranma riski daha yüksəkdir.Tez-tez cinsi partnyor dəyişən şəxslər daha yüksək risk altındadır.

Qonoreyanız varsa nə etməlisiniz?

Əgər qonoreyadan şüphələnirsinizsə ,hər hansı bir cinsi fəaliyyətdən qaçının.Dərhal həkiminizlə əlaqə saxlayın.
Həkimə müraciət zamanı:

•Əlamətlərinizi ətraflı izah edin
•Cinsi tarixçənizi həkimlə müzakirə edin
•Əvvəlki cinsi tərəfdaşlarınızla əlaqə yaradılmasını təmin edin.Həkiminiz onlara anonim şəkildə müraciət edə bilər.

Seksual tərəfdaşlarınızla əlaqə saxlasanız,onların da dərhal test edilməli olduğunu bildirin.
Əgər antibiotiklə müalicə alırsınızsa,infeksiyanın tamamilə müalicəsi üçün tam kursu almaq vacibdir. Antibiotikləri erkən kəsmək bakteriyaların antibiotikə qarşı müqavimət yaratma ehtimalını daha da artıra bilər.İnfeksiyanın tam təmizləndiyinə əmin olmaq üçün bir-iki həftə sonra həkimə müraciət edin.
Test nəticələri neqativdirsə  və cinsi tərəfdaşınızda da hər hansı bir infeksiya yoxdursa,cinsi fəaliyyətə davam edə bilərsiniz.

Həkim mütəxəssis infeksionist

Digər xəstliklər

Xlamidioz

Xlamidioz

Hepatit E

Hepatit E

Rəy bildirin









Həkim mütəxəssis infeksionist

Bilgi almaq istəyirsən?