QRİP
Qrip bizi narahat etsə də,çox rastlaşdığımız bir haldır.Qrip virusun səbəb olduğu respirator(tənəffüs sistemi) xəstəlikdir.Qrip yüksək kontagiozluğa(yoluxdurma qabiliyyəti) malikdir və normal olaraq, öskürmə,asqırma ilə digər insanlara yoluxur.
Siz həmişə xəstə biri ilə kontaktda olarkən (məs.əl-ələ görüşərkən) qripə yoluxa bilərsiniz.Yetkin şəxslərdə kontagiozluq simptomlar yaranmadan 1-2 gün öncə başlayır və xəstəlik başlayandan 7 gün sonraya qədər artır.Bu o deməkdir ki,siz hətta virusla yoluxduğunuzu bilmədən öncə,xəstəliyi başqa birinə də yoluxdura bilirsiniz.
SİMPTOMLAR
Qarışıq qrip ağır bir soyuqdəymə əlamətləri ilə ortaq əlamətlərə sahib olur.Bu əlamətlərə burunun axma və ya tutulması,boğaz ağrısı və öskürək daxildir.Aşağıdakı simptomlar sizə onları ayırd etməkdə köməklik edəcək.Qripdə olub ağır soyuqdəymədə olmayan simptomlar:
-yüksək temperatur
-soyuq tər və titrəmə
-oynaq və ətraflarda ağrılar
-yorğunluq və əzgin hissetmə
Bundan başqa həzm sistemində ürəkbulanma,qusma və diareya kimi pozğunluqlar yarana bilər.Bu pozğunluqlar uşaqlar arasında böyüklərə nisbətən daha çox rast gəlinir.
Normal halda simptomlar 1 həftəyə qədər uzana bilir.Ancaq əzgin və yorğun hissetmə,halsızlıq bir neçə həftə davam edə bilir.
Qeyd etmək lazımdır ki,hərkəsdə xəstəlik bütün simptomların yaranması ilə müşahidə olunmur.Məsələn,xəstələrin qızdırma olmadan da qrip keçirməsi mümkündür.
MÜALİCƏ
Qrip virus mənşəli xəstəlik olduğuna görə antibiotiklər bu xəstəliklə paralel hər hansısa bakterial mənşəli xəstəlik halı yoxdursa,xəstəyə heçbir təsir göstərmiyəcəkdir.Bəzi hallarda antiviral dərman preparatları (oseltamivir(Tamiflu) və zanamivir (Relenza)) təyin edilə bilər.
Ağrıkəsicilər bədən və başağrısı kimi bəzi simptomları yüngülləşdirə bilər.Bəzi ağrıkəsicilər,məsələn,aspirin 12 yaşdan kiçik uşaqlara təyin edilə bilməz.
Qripə yoluxmuş xəstə nə etməlidir:
-Ev şəraitində qalmalıdır
-Digər insanlarla mümkün qədər əlaqəni azaltmalıdır
-Yerini isti etməli və istirahət etməlidir
-Çoxli maye qəbul etməlidir
-Alkoqol və siqaretdən istifadə etməməlidir
-mümkündürsə yemək yeməlidir
Yaxşı olar ki,şəxs evdə tək qalsın və yaxınlarından biri ona arada baş çəksin.
İnsanlar qripə yoluxduqda həkimə müraciət etməlidirlər mi?
Əgər bu hallar varsa həkimə məlumat verilməlidir:
-Xəstə şəxs zəif və yaşlıdırsa
-Onun temperaturu 4-5gün ərzində enmirsə
-Simptomlar ağırlaşırsa
-Şəxs ciddi xəstəlik hiss edirsə
-Nəfəsalma aktları qısalıbsa və döş qəfəsində ağrılar inkişaf edibsə
Əgər bu hallar sizi narahat edirsə həkiminizə müraciət edin.Həkimə zəng vurmaq sizin üçün yanına getməkdən daha rahat olacaqdır.
QRİP AĞIRLAŞMALARI
Bir çox halda qrip ciddi bir xəstəlik olmur,sadəcə,xəstəyə narahatçılıq verə bilir.Lakin buna baxmayaraq,bəzi insanlarda bəzi ağırlaşmalar ola bilir.Bu hallar əsasən immuniteti aşağı olan şəxslərdə-uşaqlarda,yaşlılarda və bəzi uzun müddətli xəstəlik keçirən şəxslərdə yaranır.
Ağırlaşma riski daha yüksək olan insanlar:
-65 yaşdan yuxarı yaş qrupu,körpələr və uşaqlar
-hamilə qadınlar
-ürək qan-damar sistemində problem olan şəxslər
-tənəffüs sistemi xəstəlikləri olan şəxslər (bronxit,astma və s.)
-böyrək xəstəlikləri olan şəxslər
-diabet xəstələri
-steroid qəbul edən şəxslər
-xərçəng xəstəliyi ilə bağlı müalicə alan şəxslər
-uzunmüddətli xəstəlik keçirdiyi üçün immun sistemi zəifləmiş olan şəxslər.
Bəzi ağırlaşmalara qrip virusuna bakterial pnevmoniyanın,dehidratasiyanın,konjestif ürək çatışmazlığı,astma və ya diabet kimi ağırlaşan tibbi problemlərin qoşulması səbəb olur.Uşaqlarda qulan infeksiyaları və sinus problemləri inkişaf edə bilir.
PROFİLAKTİKA
Qrip vaksini yenidən qriplə yoluxmaqdan qoruyan ən yaxşı vasitədir.200.000-dən artıq insan hər il qrip ağırlaşması ilə xəstəxanaya daxil olur və onların 36.000-i qrip səbəbiylə həyatını itirir.
Hər il dünyada orta hesabla, 250.000-500.000 insan qrip səbəbiylə ölür.Sənaye ölkələrində ölümlərin çox hissəsi 65 yaşın üstündəki insanların üzərinə düşür.
Sağlamlıqla bağlı mütəxəssislər və dünyəvi hökümət sağlamlıq qurumları qripdən qorunmağın tək yaxşı yolunun hər il vurulacaq olan qripəleyhinə vaksin olduğunu bildirirlər.
İki tip vaksin mövcuddur:vaksinin inyeksiyası və nazal-sprey yolu ilə bədənə daxil edilməsi.Vaksin iynə ilə vurulursa (əsasən qoldan) tibbi şərtləri uyğun olan,6 aydan yuxarı olan uşaqlar da daxil olmaqla hərkəsə təyin oluna bilər.Nazal-sprey vaksini zəiflədilmiş canlı qriv viruslarından hazırlanmış vaksindir.
MÖVSÜMİ QRİP VAKSİNİ
Qrip vaksini özündə 3qrip virusunu birləşdirir:
Bu viruslar şəkillərini dəyişdirə bilir.Buna görə də müəyyən vaxtda hansı virusun necə təsir göstərdiyini alimlər hər il üzərində işləyərək öyrənir və vaksin hazırlayırlar.Vaksin vurulduqdan təxminən,2 həftə sonra qoruma təsirini göstərir.Mövsümi qrip vaksinləri sentyabrdan vurulmağa başlanır.Qrip virusu yanvar ayında pik nöqtəyə çatır.
DİQQƏT!BƏZİ İNSANLAR QRİP VAKSİNİ ÜÇÜN UYĞUN DEYİLDİR:
QRİP VİRUSU TİPLƏRİ
Qrip viruslarının 3 növü mövcuddur-qrip A,qrip B və qrip C.A və B virus növləri ABŞ və Avropada hər qış yaşanan mövsümi epidemiyalara səbəb olur.C tipli virus növü yüngül respirator xəstəliyə səbəb olur və epidemiyalar yaratmır.